Sətəm Məhəmməd Abdel Rəhman əs-Suqami (; ) — Səudiyyə terrorçusu, təyyarə qaçıran, 11 sentyabr 2001-ci il terror aktını həyata keçirən 19 intiharçı-terrorçudan biri. Dünya Ticarət Mərkəzinin şimal qülləsinə koordinasiyalı hücum nəticəsində çırpılan American Airlines reys 11 təyyarəsini qaçıran beş nəfərdən biri.

Suqami Əl-Qaidə tərəfindən cəlb olunanda hüquq tələbəsi idi. O, başqa təyyarə qaçıran Məjed Moqed ilə birgə Əl-Qaidəyə qoşuldu və onunla Əfqanıstana getdi. Orada 11 sentyabr terror hücumlarına qatılmaq üçün seçildi. 2001-ci ilin aprelində ABŞ-yə gəldi.

Öncəki həyatı və təhsili Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad anadan olan Suqami, Kral Səud Universitetinin hüquq fakültəsində oxuyurdu. Orada Əl-Qaidə tərəfindən ehtimal olunan keçmiş tələbə yataq otağı yoldaşı Məjed Moqed ilə birlikdə cəlb olundu. Onlar İbn əl-Şeyx əl-Libi tərəfindən təşkil edilən Kabil yaxınlığındakı böyük bir təhsil müəssisəsi olan Haldenə gəldilər. 2000-ci ilin noyabr ayında ikisi də Bəhreyndən İrana keçdilər.

Hücumlar 10 sentyabr 2001-ci ildə Suqami Bostondakı Milner otelində Mərvan əl-Şəhhi, Fayez Bənihəmməd və Mohand əl-Şəhri ilə birgə ortaq otaq icarəyə götürdü.

Hücum günü Suqami 11-ci təyyarədə Səudiyyə Ərəbistanı pasportundan istifadə edərək uçuş üçün qeydiyyatdan keçdi. Loqan Beynəlxalq Hava Limanında, baqajının əlavə yoxlanmasını tələb edən və sərnişin təhlükəsizliyi məntəqəsində əlavə yoxlamadan azad edən CAPPS kompüter sistemi tərəfindən seçildi.

İstinadlar

Kateqoriya:11 sentyabr terror aktları iştirakçıları