"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi — İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən qurumdur. Hazırda ərazisi 22 hektar təşkil edən İçərişəhərdə  təqribən 1300 ailə yaşayır. Burada yüzlərlə tarixi abidə yerləşir, onlardan 4-ü dünya, 28-i ölkə əhəmiyyətlidir. İçərişəhərdə bir neçə muzey, 20-yə yaxın hotel, yüzlərlə iaşə və ticarət obyektləri də fəaliyyət göstərir. 2005-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncama əsasən yaradılmışdır.

Tarixi "İçərişəhər"Е. И. Тамм. Энциклопедия туриста. — Большая Российская энциклопедия, 1993. — С. 174. — 607 с. kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir.Сара Ашурбейли. Государство Ширваншахов / Главная редакция восточной литературы. — Элм, 1983.. — С. 111. — 341 с. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır.Л. С. Бретеницкий, Б. В. Веймарн. Искусство Азербайджана IV–XVIII веков. — М., 1976. Стр. 64. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1952–1957-ci illərdə İçərişəhərin qala divarları bərpa edilmişdir. 1977-ci ildə İçərişəhərə tarix-memarlıq qoruğu statusu verilmiş,Тимур Ханагаоглы. Какие новинки ждут нас в Ичери Шехер? // газета : Неделя. — 4 августа 2011.,1985-ci ildə isə o Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahısınndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.

Yaradılması 17 fevral 2003-cü ildə Prezident Heydər Əliyev "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalamışdır. Sərəncamdan sonra burada tikinti işləri dayandırılmış və şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır. 10 fevral 2005-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam vermişdir. Sərəncama əsasən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmışdır. İdarənin əsas məqsədi İçərişəhər ərazisində maddi-mədəniyyət abidələrinin qorunması, tədqiqi, bərpası istiqamətində dövlət siyasətini həyata keçirmək, qoruğun sosial-iqtisadi inkişafını təmin etmək, onu müasir tələblərə cavab verən beynəlxalq turizm mərkəzinə çevirməkdir. Bu məqsədlərə çatmaq istiqamətində və İçərişəhərdə cəmləşən tarixi abidələrin və bütün memarlıq-şəhərsalma kompleksinin gələcək nəsillərə qoruyub, çatdırmaq üçün idarəyə qoruğun ərazisində mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətləri verilmişdir.

16 may 2007-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi təsdiq edildi.

17 dekabr 2009-cu ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında" prezident sərəncamına əsasən, İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün vəsait ayrılmışdır.Австрийские и немецкие специалисты реставрируют бакинскую мечеть , day.az, 30 июня 2010, İstifadə tarixi: 22 iyun 2015

24 noyabr 2016-cı ildə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" publik hüquqi şəxs yaradılıb.

7 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsasında yaradılmış, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində yerləşən tarix və memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxs olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti təmin edilib.

Fəaliyyəti 300px|thumb|İçərişəhər qoruğu rəhbəri Ələsgər Ələsgərov Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə bir yerdə İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və orada arxeoloji işlərin aparılması məsələləri də müvafiq normativ hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya mədəni əhəmiyyətli bütün abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağan olunur. Hazırda İçəri Şəhərin qorunması, tədqiqi və təbliği ilə Qoruq İdarəsi məşğul olur.Заповедник "Ичеришехер" подготовил необычные турпрограммы для гостей "Евровидения 2012" , day.az, 21 мая 2012, İstifadə tarixi: 22 iyun 2015

İdarənin fəaliyyəti müddətində ərazidə aparılan bütün işlər nəzarət altına alınmış — ilk növbədə abidə və tarixi binaların inventarizasiyası, pasportlaşdırılması aparılmış, ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı mühüm işlər görülmüşdü və ən əsası – İçərişəhərin Baş Planının hazırlanması prosesinə start verilmişdir.

2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən Bakının tarixi mərkəzinin memarlıq irsinin sistemli şəkildə konservasiyası və gələcək inkişafını beynəlxalq prinsiplərə müvafiq olaraq planlaşdırılmasının təmin edilməsi məqsədi ilə İçərişəhərin "Baş Plan"ı hazırlandı. 2009-cu ildə "Baş Plan" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqləndi. Baş-planın əsas məqsədi İçərişəhərin memarlıq irsinin sistemli konservasiyası və beynəlxalq prinsiplərə cavab verən gələcək planlı inkişafının təmin edilməsidir. Plana uyğun olaraq İçərişəhərdə hər tikilinin tarixini tədqiq etmək; onların funksional istifadə edilməsinin analizini, vəziyyətini öyrənmək; tarixi - memarlıq dəyərini müəyyən etmək; habelə qeyd olunan tikililərin bərpa işlərinin məqsədəuyğunluğunu təyin etmək nəzərdə tutulur. Aparılan tədqiqatların nəticəsində gələcək addımlar müəyyənləşdirilmişdir. Eyni zamanda Bakı qalasının kommunal və kommunikasiya infrastrukturunun vəziyyəti təhlil edilmişdir. Baş Plan İçərişəhərdə şəhərsalma konsepsiyasının müəyyən edilməsində ən vacib sənəddir. Bu sənədi köhnə şəhərin konservasiyası və inkişafına dair əsas plan adlandırmaq olar. Bu çox mürəkkəb, cətin bir iş idi və bir neçə il ərzində Azərbaycan mütəxəssisləri cəlb olunmaqla beynəlxalq ekspertlər qrupu tərəfindən ərsəyə gətirilmişdir.

İçərişəhərin 2003-cü ildə daxil edildiyi “Məhv olma təhlükəsində olan Dünya mədəni irs obyektlərinin siyahısı”ndan çıxarılması haqqında qərar YUNESKO-nun Dünya Mədəni İrs Komitəsinin İspaniyanın Sevilya şəhərində 25 iyun 2009-cu ildə keçirilən növbəti illik sessiyasında qəbul edilmişdir. İştirakçılar görülən işlər haqqında məlumatlandırılmış və belə qənaətə gəlmişlər ki, İçərişəhərin qorunmasına heç bir təhlükə yoxdur.

İçərişəhərin mühafizəsi, bərpası, arxeoloji işlərin aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu qurulması sahəsində əsaslı işlər görülür. 2011-ci ilin fevral ayında Asəf Zeynallı küçəsindəki 20 saylı bina təmir edilmiş, onun bünövrələri bərkidilmiş, yeni texnologiyaların köməyi ilə binanın fasadına tarixi görünüşü bərpa edilmişdir. Bina 1890-cı ildə inşa edilmişdi. Bərpa işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin " Bakı şəhərinin mərkəzinin konservasiyasına dair müfəssəl plan"a əsasən yerinə yetirilmişdir.В Ичери шэхэр восстановлено историческое здание 1890 года , day.az, 8 февраля 2011, İstifadə tarixi: 22 iyun 2015

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində bütün sahələrdə yüksək səmərəliliyə malik yeniliyin tətbiqinə çalılşırlar. İdarədə Coğrafi İnformasiya Sistemi vasitəsilə "İçərişəhər" Tarix-Memarlıq Qoruğu ərazisinin, arxeoloji abidələr və arxeoloji qazıntı yerləri üzrə rəqəmli elektron xəritə tərtib olunub. Yaradılmış elektron xəritə və məlumat bankının köməyi ilə müxtəlif tarixi dövrlər üzrə şəhərin dəyişən planının izlənməsi və tədqiq edilməsi mümkündür. İçərişəhərdə gedən bərpa-restavrasiya işləri ciddi elmi araşdırmalar aparılarkən, elmi əsaslara söykənərək həyata keçirilir.

Bu gün qanunvericiliyə əsasən İçərişəhər" və "Qala" Qoruqlarında təmir, bərpa və yenidənqurma işləri yalnız "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə aparıla bilər. Qoruqların ərazisinin abadlaşdırılması, sanitar təmizliyi, abidələrin, yaşayış və qeyri-yaşayış sahələrinin təmiri məsələləri İdarənin diqqət mərkəzindədir. Mühəndis-kommunikasiya xətlərinin və yol örtüyünün əsaslı təmiri istiqamətində işlər isə mütəmadi olaraq aparılır.

Memarlıq abidələri üzərində aparılan bərpa işləri Avropanın aparıcı bərpa şirkətləri ilə birlikdə həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində Məhəmməd Məscidi, "Qız Qalası" və Şirvanşahlar Sarayı kompleksində irimiqyaslı bərpa-konservasiya işləri aparılıb. Konservasiya işlərinə rəhbərliyi Avstriyanın məşhur bərpaçı-mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni bərpa etmiş Erix Pummer edib. Bərpa işləri beynəlxalq standartlara cavab verən ən müasir texnologiyalar ilə həyata keçirilib.

İçərişəhər əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkandır. İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Bunu gələcək nəsillərə ötürmək üçün hər il kütləvi tədbirlər keçirilir, o cümlədən "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı, Beynəlxalq İncəsənət Festivalı, Meydan Bazarı, "Beynəlxalq Novruz Bayramı Festivalı", "Eurovillage — Avropa şəhərciyi" Beynəlxalq Festivalı, "İçərişəhərdə incəsənətə həsr olunmuş həftəsonları" layihəsi, sərgilər və sair.

Layihələr İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fəaliyyəti çərçivəsində müxtəlif layihələr həyata keçirir: Bərpa-Konservasiya işləri