34-cü küçə () ― Nyu-York şəhəri Manhetten borosunun mərkəzi Midtaun hissəsində yerləşən iki tərəfli küçə; adanı şərqdən qərbə keçən əsas magistral yollardan biri. Küçə qərbdən Vest Sayd Hayveydən şərqdəki FDR magistralına qədər uzanır. Küçə, qərbdəki Nyu-Cersi ştatı ilə şərqdəki Kuins arasında birləşdirici nəqliyyat arteriyası kimi xidmət edir, oradan o, Nyu-Cersiyə aparan Linkoln tunelinə və Lonq-Aylendə istiqamətlənən Kuins — Midtaun tunelinə keçir. Küçə Midtaunun cənub sərhədi sayılır.
34-cü küçədə Empayr Steyt Bildinq, Meysis Herald Skver və Ceykob Ceyvits Konqres Mərkəzi daxil olmaqla bir neçə görkəmli bina yerləşir. Pensilvaniya stansiyası kimi digər obyektlər 34-cü küçədən bir məhəllədə yerləşirlər. Küçədə M34 / M34A avtobus xətləri ilə fəaliyyət göstərir və həmçinin bir neçə metro stansiyası var.
Tarixi Küçə 1811-ci il baş planına uyğun olaraq düzəldilib. Ona əsasən, şərqdən qərbə uzanan 15 küçəsi 30 metr enində, qalanları isə 18 metr olmalı idi. 2010-cu ilin aprel ayında Nyu-York Şəhər Nəqliyyat Departamenti 34-cü küçədə ekspres avtobusun fəaliyyətə buraxılmasını təklif etdi.
Xüsusi avtobus zolaqları yaratmaq üçün, küçə yolunun Altıncı və Beşinci prospektlər istiqamətində birtərəfli olması lazım idi, prospektlər arasında isə piyada sahəsi yaranmalı idi. Sonda küçədə ikitərəfli yolun olduğu kimi qalmasına qərar verildi.
İstinadlar
Kateqoriya:Hadson Yard Kateqoriya:Midtaun-Manhetten Kateqoriya:Manhetten küçələri