David Serxio Trezege (, ) — Əslən argentinalı olan keçmiş Fransalı futbolçu. Karyerasının böyük hissəsini İtaliyanın "Yuventus" klubunda keçirib. Bu klubun heyətində ən çox qol vuran xarici futbolçudur.
Bioqrafiya Trezeqe 1977-ci ildə Fransanın Ruan şəhərində, keçmiş futbolçu Xorxe Ernesto Trezeqenin ailəsində doğulub.
Karyerası
İlk illər David Trezeqe 1985-ci ildə Argentinanın "Platense" klubunun uşaq komandasında futbolun sirrlərini öyrənməyə başlayıb. Davidin ilk peşəkar utbol klubuda 1994-cü ildə heyətində meydana çıxdığı Platense olub.
Platense 1994-cü ildə Trezeqe "Platense" klubunun gənclər komandasından əsas komandasına cəlb olunur. Davidin burada debutu 12 iyun 1994-cü ildə olur. Mövsum ərzində meydana 5 dəfə çıxsada qol ilə fərqlənə bilmir. Mövsum sonunda klubda maddi problemlər yarandığından gənc oyunçu Fransaya yollanır. Burada paytaxtın "PSJ" klubu onu transfer etmək istəsədə klubun maliyyə şərtləri Trezeqeni razı salmır.
Monako Gənc David 1995-ci ildə illik 180 min frank maaş ilə "Monako" klubu ilə müqavilə bağlayır. O 5 il bu klubun ormasını geyinir. "Monako"nun əsas heyətində Fransa çempionatında 93 oyunda 52, ikinci heyətində isə 34 oyuna 24 qol vurur. "Monako" klubu ilə o iki dəfə Fransa çempionu olur, bir dəfə isə Fransa Super Kubokunu qazanır.
Yuventus Futbolçunun karyerasının böyük hissəsi İtaliyanın "Yuventus" klubu ilə bağlıdır. Turin klubunun heyətində futbolçu İtaliya çempionatında 245 oyunda meydana çıxaraq 138 qol vurur. "Yuventus"da vurduğu qolların ümumi sayı isə 171 qol olur. O həm də "Yuventus" tarixinin ən yaxşı əcnəbi bombardiridir. Turin klubu ilə 2 dəfə A Seriyası bir dəfə isə B Seriyası çempionu olur, iki dəfə isə İtaliya Super Kubokunu qazanır.
Herkules 2010-cu ildə Yuventus ilə müqaviləsini pozan futbolçu İspaniyanın "Herkules" komandası ilə müqavilə bağlayır. "Herkules"də meydana çıxdığı 31 oyuna 12 dəfə fərqlənir.
Bani Yas 2011-ci ili avqust ayının 30-da Birləşmiş Ərəb Əmirliyinin "Bani Yas" klubu ilə müqavilə bağlayır. Ancaq burada cəmi 4 oyuna çıxır. Tezliklə zədələnir və müqaviləsini pozaraq Argentinaya yollanır.
River Pleyt 2011-ci ilin dekabrında Argentinanın "River Pleyt" klubu ilə müqavilə bağlayır və burada 2 il oynaraq Argentina çempionatında 35 oyuna 26 dəfə fərqlıənir.
Nuls Old Boys 2013-cü ildə bu kluba qoşulan Trezeqe, burada bir mövsümdə meydanda olduğu 24 oyunda 7 dəfə fərqlənir.
Puna Siti David Trezeqenin karyerasında son klub isə Hindistanın "Puna Siti" klubu olur. O burada meydanda olduğu9 oyunda 2 dəfə fərqlənir.
Karyera statistikası
+Klub statistikasıKlubMövsumLiqaKubokBeynəlxalqƏlavəCəmiDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolPlatense1993–94Premyer Dvizionu30———301994–9520———20Yekun50———50Monako1995–96Liqa 14000—10501996–975000——501997–98271831942141241998–99271210522035141999–200030221062103824Yekun9352512186112562Yuventus2000–01A Seriyası25142051—32152001–02342420108—46322002–03179101040028132003–04251631541134222004–051891154—24142005–06322300961042292006–07B Seriyası311510——32152007–08A Seriyası362030——39202008–09811040—1212009–101970083—27102010–11000010—10Yekun245138162573021320171Herkules2010–11La Liga311200——3112Baniyas2011–12Pro-League3000—1040River Pleyt2011–12Premyer B Nasional191321——21142012–13Premyer Dvizionu16300——163Yekun351621——3717Nuls Old Boys2013–14Premyer Dvizionu2470062—309Pune Siti2014Hindistan Super Liqası9200——92Cəmi445227234824092559
Əlaqəli keçidlər İtaliya A Seriyası bombardirləri
İstinadlar
Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Erkules FK futbolçuları Kateqoriya:River Pleyt FK futbolçuları Kateqoriya:Puna Siti FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:BƏƏ Pro Liqası futbolçuları Kateqoriya:Hindistan Super Liqası futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa milli futbol komandasının oyunçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:FİFA 100 Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:İtaliyada legioner Fransa idmançıları Kateqoriya:Monakoda legioner futbolçular Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:BƏƏ-də legioner futbolçular Kateqoriya:Hindistanda legioner futbolçular Kateqoriya:"Fəxri legion" ordeninin kavalerləri Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:Cəngavərlik tituluna layiq görülmüş futbol şəxsləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular