Bəhmən Mirzə xəzinəsi və ya Bəhmən Mirzə xəzinəsi məqbərəsi — Qacar sülaləsindən olan Bəhmən Mirzə Qacarın şərəfinə ucaldılmış məqbərə. Bəhmən Mirzə Qacar XIX əsrdə yaşamış Qacarlar dövləti siyasətçisi və tarixçisi olmuşdur. Türk Qacar sülaləsindən olan Abbas Mirzənin dördüncü oğlu olan Bəhmən Mirzə siyasi səbəblərə görə Rusiya imperiyasına köçməyə məcbur olmuş və Şuşada yaşamışdır. O, Bəhməni ailəsinin qurucusudur.
Bəhmən Mirzə Qacar 1847-1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti ona təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə Tiflisdən oraya göndərirlər. Onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olmuşdur. Birinci Dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etməmişdir.
Bir çoxu Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun sıralarında xidmət etmişdir.
Məqbərə Məqbərə Azərbaycan Respublikasının Şuşa şəhərində yerləşir. Məqbərə Bəhmən Mirzənin hələ sağlığında əmri ilə tikilmiş və ümumilikdə, 3 böyük otaqdan ibarətdir. Girişdəki geniş otaq foye və giriş üçün istifadə edilmişdir, ikinci otaq kitabxana, üçüncü otaq isə Bəhmən Mirzənin dəfn olunması üçün istifadə olunmuşdur. 1992-ci ilin may ayının 8-də Şuşanın erməni silahlıları tərəfindən işğal edilməsindən sonra bu şəhərdə yerləşən məqbərənin taleyi barədə uzun müddət məlumat olmamışdır.
Həmçinin bax Yuxarı Gövhər ağa məscidi Aşağı Gövhər ağa məscidi Nizami məqbərəsi Vaqif türbəsi
İstinadlar
Kateqoriya:XIX əsrdə tikilmiş dini binalar Kateqoriya:Şuşadakı dini tikililər