Hikmət Cövdətzadə () — Sovet türkoloqu, dilçi, ədəbiyyatşünas.
Erkən həyatı Hikmət Cövdətzadə 1899-cu ildə İstanbul ümumtəhsil məktəbində təhsil almağa başlamış, 1909-cu ildə məzun olmuş, sonra 1904–1910-cu illərdə gimnaziyada oxumuşdur. 1913-cü ildə İstanbul Pedaqoji İnstitutunu bitirmişdir. 1918-ci ildə O, Batumiyə köçmüş və 1924-cü ildə burada türk məktəbi açmışdır. Hikmət Cövdətzadə, elə bu şəhərdə müəllimlik edən Nayma Süleymanova Kakabadze ilə evlənmişdir.
1920-ci illərinin sonundan etribarən (hələ tələbə ikən) Hikmət Leninqrad Şərq İnstitutunda Türk dilinin tədrisinə başlayıb. 1926-cı ildə SSRİ-də Acariya Xalq Təhsili Komissarının təşkil etdiyi Birinci Ümumittifaq Türkoloji Qurultayının işində, Gürcüstandan bir nümayəndə kimi iştirak etmişdir. 1930-cu illərdə dosent, sonra Leninqrad Şərq İnstitutunda (LŞİ) professoru olmuş, həmçinin Leninqrad Fəlsəfə, Dilçilik və Tarix İnstitutunda (LFDTİ) (1934-cü ilə qədər); 1931–34-cü illərdə Hərbi- Dəniz Akademiyasında da dərs demişdir. Yaşayan Şərq Dilləri Mərkəzi İnstitutu/LŞİ oxumuşdur. 1933-cü ilin noyabrından SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.
Represiyalar dövründə 11 sentyabr 1937-ci ildə həbs edilmiş, 10 noyabr 1939-cu ildə məhkum edilmişdir. 17 aprel 1945-ci il, Rusiyanın Krasnoyarsk Krayı Kansk şəhər həbsxana düşərgəsində vəfat etmişdir. 1957-ci ildə ölümündən sonra bəraət almışdır.
Elmi nəaliyyətləri Hikmət Cövdətzadə türk dili ilə bağlı dərsliklərin tərtib edilməsi və türk dilinin tədrisi tarixində yer tutur. İstedadlı müəllim, İstanbul Müəllimlər Seminariyasının tələbəsi, Leninqrad Şərq İnstitutu (1926–1937) və Leninqrad Universitetinin dosenti (1933–1937).
Hikmət Cövdətzadə "Türkcə Danış: Danışıq kitabçası " (L., 1927),Турецкая хрестоматия. (Со словарем) Х. Джевдет-заде, Л., 1931, раздел "Турецкий язык", № 1440 "Türk antalogiyası (lüğətli)" (L., 1931), "Müasir Türk dilinin qrammatikası"Репрессированное востоковедение Я. В. Васильков, А, М. Гришина, Ф. Ф. Перченок, стр.121 (L., 1934; A. N. Kononov ilə birlikdə yazılmışdır) və Leninqrad Şərq İnstitutu tərəfindən şüşə qrafika metodu ilə H. M. Tsovikyan , S. S. Djikia və A. N. Kononov ilə birlikdə müəllif olaraq nəşr olunan bir sıra dərsliklər.Советское востоковедение ч. III Х. М. Цовикян,Тюркологический сборник "К шестидесятилетию А. Н. Кононова", стр.8
H. Cövdətzadənin A. N. Kononovla birlikdə yazdığı müasir türk dilinin qrammatikası, Türkiyədə əlifba islahatından sonra nəşr olunan latınlaşmış qrafikaya əsaslanan Türk dilinin ilk dərsliyidir. Təhsil məqsədləri də kitabın hazırlanmasını diktə edilirdi: Türk qrammatikası məsələlərini müstəqil nəzəri əhatə edən elementləri özündə cəmləşdirən Türk dilinin quruluşunun sistematik bir təqdimatı.
Şərqşünaslıq İnstitutunun planlarına görə O, 19–20-ci əsr Türk ədəbiyyatı tarixi ilə də məşğul olmalı idi. Ayrıca "Türk ictimai-siyasi antologiyası" nı (LŞİ, 1935, kollotip. Nəş.)
Əsərləri Türkcədanış: danışıq kitabçası. — L., 1927; Türk dilinin antalogiyası. — L., 1931; 396 səh .; Müasir Türk dilinin qrammatikası: (Fonetika, morfologiya və sintaksis). (A. N. Kononov ilə birlikdə). — L., 1934; III və IV kurslar üçün Türk antalogiyası, (A. N. Kononov, S. S. Jikia, H. M. Tsovikyan ilə birlikdə). — L., 1935;
İstinadlar
Xarici keçidlər İnsanlar və talelər. Şərqşünasların biobiblioqrafik lüğəti — Sovet dövründə siyasi terror qurbanları(1917–1991) Türk qrammatikasının formalaşmasının əsas mərhələləri S. D. Şukrinov, səh 490; Türk dillərində şərtlilik və güzəşt L. Q. Vəliyeva, səh.104, № 9;
Kateqoriya:Türkoloqlar Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:SSRİ filoloqları Kateqoriya:SSRİ türkoloqları