Cuzeppe Sinyori (; )— İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya millisinin üzvü olub.
Sinyori, A Seriyasında ardıcıl 10 səfər oyununda qol vurmaqla rekorda sahibdirKriştian Ronaldo ilə birlikdə. (1991–92-də "Focca" ilə bir oyun, 1992–93-də "Latsio" ilə 9 oyun).
Karyera
Klub "İnter" klubunun uşaq futbol məktəbinin yetirməsi olan Cüzeppe Sinyori, ilk debütunu, 1984-cü ildə həvəskarlar çempionatında oynayan "Leffe" komandasında edib. Burada iki mövsüm çıxış edən futbolçu pozunu yaxşı tərəfdən göstərir və komandasının D Seriyasına yüksəlməsinə kömək edir.
Sinyori 1986-cı ildə C Seriyasında yarışan "Pyaçentsa" klubuna keçir. "Pyaçentsa"da 3 il oynadı, 46 matçda 7 qol vurur. 1987–88 mövsümunu icarə əsasında "Trento" klubunda keçirir.
1989-cu ildə "Focca" klubuna keçir. Burada baş məşqçi Zdenek Zeman, Sinyorini cinahdan çıxararaq hücumun mərkəzinə yerləşdirir. Sinyori, "Focca"da 105 oyunda meydana çıxır və 38 qol vurur. "Focca" klubu İtaliya A Seriyasına çıxır.
1992-ci ildə Sinyori, ilk mövsümdə 26 qolla İtaliya çempionatının bombardiri olduğu "Latsio"ya keçdi. O, həmçinin növbəti mövsümdə 23 görüşdə 23 qol vuraraq təkrar A Seriyasının bombardiri olur. 1995-ci ildə "A Seriyası"nda meydana çıxdığı 27 görüşdə 17 qol vurdu. Elə həmin il Cüzeppe Sinyori "Latsio"nun kapitanı təyin edilir. 11 iyun 1995-ci ildə Serxio Kraniotti Sinyorini çox əhəmiyyətli pul qarşılığında "Parma"ya buraxdığını açıqladı. Bu, "Latsio" azarkeşlərini qəzəbləndirir. Onlar, Karionttinin evinin yanına yığışaraq orda nümayiş keçirir. Tiffozi, evə pomidor, yumurta və sikkələr ataraq, və Kraniottidən Sinyorinini satmamasını tələb edir. "Latsio" rəhbərliyi açıq şəkildə bunu gözləmirdi: elə həmin gün Kraniotti danışıqları dayandırdığını açıqladı. 1996-cı ildə Sinyori 31 matçda 24 qol vuraraq üçüncü dəfə çempionatın bombardiri oldu, lakin Sakki onu, İtaliya milli komandasının Avro-96 üçun olan heyətinə dəvət etmir. Növbəti mövsüm Sinyori A Seriyasında 15 qol vurur. "Latsio"da Dino Zoff baş məşqçi postunu tərk edir və isveçli Sven-Qoran Eriksson "Latsio"nun baş məşqçisi təyin edilir. Futbolçunun yeni baş məşqçi ilə münasibətləri pozulur."Latsio" , Sinyorinin yoxluğunda İtaliya Kubokunu qazandıqda, Eriksson, oyunçuya mükafat verməkdən imtina edir. Mövsüm sonunda, Sinyori "Latsio"nu tərk etmək məcbüriyyətində qalır.
1998-ci ildə o "Sampdoriya"ya keçir və 17 matçda Sinyori cəmi 3 qol vurur.
Onurğa əməliyyatı keçirdikdən sonra 1998-ci ilin iyulunda "Bolonya"ya keçir və burada 5 ildə 67 qol vurdu.
Sonra Yunanıstanda "İraklis", Macarıstan klubu "Sopron" komandalarında oynayır və 2006-cı ildə karyerasını bitirir.
Milli komanda 31 may 1992-ci ildə İtaliya Milli komandasının heyətində, Portuqaliya ilə matçda debüt edir.
Karyera statistikası
Klub +KlubMövsümLiqaKubokQitəDigərToplamDivisionOyunQolOyunQolOyunQolOyunQolOyunQolLeffe1984–85D Seriyası85———851985–86303———303Toplam388000000388Pyaçentsa1986–87C Seriyası14130——171Trento1987–88C Seriyası313———313Pyaçentsa1988–89B Seriyası32550——375Focca1989–90C Seriyası3415———34151990–91341131——37121991–92A Seriyası321120——3411Toplam1003751000010538Latsio1992–93A Seriyası322666——38321993–9424231030—28231994–9527175470—39211995–9631244131—38261996–9732154030—39151997–98624532—139Toplam152107241619300195126Sampdoriya1997–98A Seriyası173———173Bolonya1998–99A Seriyası2815511162146231999–200031151064—38192000–01231521——25162001–0214310——1532002–032412—32—27142003–0422610——236Toplam1426610220120017481Karyerasında toplam5262304719391521614265
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pyaçentsa FK futbolçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:Sampdoriya FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya D Seriyası futbolçuları Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:Focca FK futbolçuları Kateqoriya:AlbinoLeffe FK futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:İtaliya şəxsləri