Şöhrət Elçin oğlu Məmmədov () — Azərbaycan müğənnisi, bəstəkar.
Həyatı və karyerası 1 iyul 1995-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2001–2009-cu illərdə Fərəhli kəndində Kamran Kərimov adına orta məktəbində təhsil almışdır. 2009-cu ildə Qazax rayonu Səməd Vurğun adına 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi akademiyasının 1-ci kursuna daxil olmuş, peşəkar hərb təhsilini aldıqdan sonra 2016-cı ildə həmin akademiyanın məzunu olmuş, leytenant kimi ilkin hərbi rütbə ilə hərbi xidmətinə davam etmişdir. 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi sıralarından ayrılmış və xidmətini dayandırmışdır. Uşaq yaşlarından musiqiyə böyük həvəsi olan müğənni hərbi xidmətindən ayrılandan sonra musiqi karyerasına başlamışdır. İlk mahnısının sözləri və bəstəsi özünə aid olan "Ay Ömrüm" mahnısı olmuşdur və bu mahnı ilə də qısa müddət ərzində populyarlıq qazanmışdır. Bundan sonra da bir neçə hitlər ərsəyə gətirmişdir. Sənətçi "Öpüm Nəfəsindən" adlı mahnısı ilə də geniş səs gətirmişdir. Bu mahnısı bir neçə ölkədə səsləndirilmişdir. Mahnı Türkiyə sənətçiləri Mustafa Ceceli və Ekin Uzunlar tərəfindən səsləndirilmişdir. Sənətçinin daha sonra təqdim etdiyi "Olarmı" mahnısı da qısa bir zamanda böyük diqqət görmüşdür. Daha sonra təqdim etdiyi "O Sənsən" mahnısı da qısa bir müddət ərzində YouTube platformasında trenddə birinci yerə çıxmışdır.
2024-cü ilin oktyabrında əcnəbi vətəndaş ilə ailə həyatı qurmuşdur.
Diskoqrafiyası
Sinqlları
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycanın kişi müğənniləri