HAL Light Combat Helikopter, HAL tərəfindən istehsal olunan Hindistanın çoxməqsədli hücum helikopteridir. İlk uçuşunu 29 mart 2010-cu ildə etmiş və 2017-ci ildən tam istehsalına başlanılmışdır. Əsas istifadəçisi Hindistan Quru Qoşunları və Hindistan Hərbi Hava Qüvvələridir. 2010-cu ildən hal-hazırkı dövrə qədər 4 ədəd istehsal olunmuşdur. Vahidinin qiyməti 20.2 milyon US$ təşkil edir. HAL Dhruv helikopterinin bazasında inkişaf etdirilmişdir.

Texniki xüsusiyyətlər Mənbə: Heyət: 2 Uzunluq: 15.8 m Pər uzunluğu: 13.3 m Hündürlüyü: 4.7 m Pər sahəsi: 136.85 m² Maksimum uçuş çəkisi: 5,500 kq Mühərrik: 2 × HAL/Turbomeca Shakti turboşaft

Silahları 1 × 20mm M621 topu 4 × 70/80 mm raketləri 4 × MBDA Mistral hava-hava tipli radar əleyhinə raket və 2 × Helina, LAHAT Tank əleyhinə idarəolunan raket 4 × 250 kq (550 lb) bomba

İstinadlar