Cüzeppe Savoldi ( ; ) — İtaliyalı keçmiş futbolçu. "Atalanta", "Bolonya" və "Napoli", eləcə də İtaliya millisində oynayıb.
Bioqrafiya Cüzeppe 21 yanvar 1947-ci ildə İtaliyanın Berqamo əyalətində yerləşən Qorlaqo komunnasında doğulub.
Karyerası
Klub karyerası Savoldi A Seriyasında debütunu 1965-ci ildə "Atalanta"nın heyətində edib. 1968–1975-ci illərdə "Bolonya"da oynayır. "Bolonya"da keçirdiyi 201 oyunda 85 qol vurur. 1975-ci ildə iki milyard lirəyə (1,2 milyon funt) Napoliyə transfer olunur. Bu, o dövr üçun rekord qiymət idi.
"Napoli"də 4 il oynadıqdan sonra yenidən "Bolonya"ya qayıdır. Ancaq 1980-ci ildə "Bolonya"da olarkən Savoldi futbol qalmaqalında iştirak etməkdə günahlandırlır. Bunun nəticəsində 3,5 illik diskvalifikasiya edilərək futboldan uzaqlaşdırılır. İki illik cəzadan sonra 1982/83 mövsümündə təkrar futbola qayıdır. Futbola ikinci dönuşundən sonra "Atalanta" ilə müqavilə bağlayır və burada 1 mövsüm keçirib 16 oyunda meydanda olaraq bir qol vurur.
Karyerası ərzində İtaliya A Seriyasında 405 matçda iştirak edib və 168 qol vurub.
Milli komanda Savoldinin İtaliya milli komandasında çıxışları çoxda uğurlu olmayıb. O, burada yalnız dörd oyun və bir qol ilə yadda qalıb.
Məşqçi karyerası Savoldi karyerasını bitirdikdə sonra üç il məşqçi işləyir. İlk klubu 1988-ci baş məşqçisi olduğu "Telgate" klubu olurAlmanacco illustrato del calcio 1990, edizioni Panini, pag. 329. Ancaq bir il sonra klub dağılır və Savoldi klubdan ayrılmaq məcburiyyətində qalır. Daha sonra 1991-ci ilə qədər "Karrarese" klubunda məşqçi kimi işləyir.Almanacco illustrato del calcio 1990, edizioni Panini, pag. 336Almanacco illustrato del calcio 1991, pag.310 .
Ailə üzvləri Kiçik qardaşı Canluci Savoldi və oğlu Canluka Savoldi də peşəkar futbolçulardı.
Qeydlər
Xarici keçidlər
Ədəbiyyat
Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:İtaliya şəxsləri