Aleksandra Lavrentyevna Suvirova () — Azərbaycan-sovet teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1941).

Həyatı Aleksandra Suvirova -cü ildə Moskvada anadan olmuşdur. Səhnə fəaliyyətinə 1918-ci ildən Bakıdakı özfəaliyyət dərnəklərində başlamış, 1927–1959-cu illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında işləmişdir. Aktrisanın yaradıcılığı üçün yüksək temperament, səmimiyyət səciyyəvi olmuşdur.

Aleksandra Suvirova 1962-ci ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 8 yanvar 1941

İfa etdiyi əsas rollar Rol Tamaşa Müəllif Dezdemona Otello Uilyam Şekspir Cülyetta Romeo və Cülyetta Uilyam Şekspir Negina İstedadlar və pərəstişkarlar Aleksandr Ostrovski Polina Gəlirli yer Aleksandr Ostrovski Nina Maskarad Mixail Lermontov Sofya Ağıldan bəla Aleksandr Qriboyedov Tatyana Meşşanlar Maksim Qorki Anya Albalı bağı Anton Çexov Mehriban Xanlar Səməd Vurğun Gülnar Vaqif Səməd Vurğun Silviya İki ağanın bir nökəri Karlo Qoldoni Qoqa Portfelli adam Aleksey Fayko Olqa Belə də olacaq Konstantin Simonov Berejkova 16 nömrəli kreslo Dmitri Uqryumov Mariya Antonovna Müfəttiş Nikolay Qoqol Luiza Məkr və məhəbbət Fridrix Şiller Polejayeva Narahat qocalıq Leonid Raxmanov

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktrisaları