Taxta Körpü qəsəbəsi və ya Laçın obaları — Ağcabədi rayonunda əsasən Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbə.

Tarixi thumbnail|Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin binası

Bura 1990-cı illərə qədər Laçınlıların qışlaq ərazisi olmuşdur. 18 may 1992-ci ildə Laçın rayonu erməni silahlıları tərəfindən işğal edildikdən sonra rayon əhalisi əsasən burada məskunlaşmışdır. Ərazi Laçın Qaçqınlarının Taxta Körpü Düşərgəsi kimi də tanınır.

Laçın Rayon İcra hakimiyyəti də bu qəsəbədə yerləşir.

Mədəniyyət Taxtakörpü qəsəbəsində 2 hektarlıq sahədə Heydər Əliyev parkı salınmışdır.AĞCABƏDİ RAYONUNUN TAXTAKÖRPÜ QƏSƏBƏSİNDƏ LAÇIN RAYON UŞAQ MUSİQİ MƏKTƏBLƏRİ KOLLEKTİVLƏRİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ

Sosial infrastruktur Qəsəbədə Təcili tibbi yardım məntəqəsi, Laçın Petrol yanacaqdoldurma məntəqəsi, Kapitalbankın şöbəsi fəaliyyət göstərir.Taxta Körpü

İstinadlar

Kateqoriya:Ağcabədi rayonunun qəsəbələri Kateqoriya:Laçın rayonu