Forum teatr - ortaya qoyulan problemin məhz tamaşaçılar tərəfindən həll olunduğu teatr növüForum Theatre - theatrical form. İstifadə tarixi: 11 mart 2026.. Problemin seçilməsində isə hər hansı məhdudiyyət yoxdur. Oynanılan oyunda konkret problem ortaya qoyulur və bu problem həlli yolu tapılması üçün tamaşaçıların müzakirəsinə verilir. Beləliklə, tamaşaçı hadisələrin gedişatında aktiv rol oynayaraq nəticəni dəyişdirə bilir. Forum teatrında improvizasiya açar rol oynayır. Forum teatrı əsasən qısa və yığcam olur. Əsas obrazlar əzilən və əzən tərəflərlə məhdudlaşır, qalan personajlar köməkçi (neytral) obrazlar hesab olunur.

Forum teatr aktiv iştirak, səlahiyyətləndirmə, problem həll etmə və dialoq üçün təhlükəsiz məkan kimi əsas 4 prinsip üzərində qurulurPUFT - Protect Us from Tetanus. İstifadə tarixi: 11 mart 2026.. Forum teatrının əsas məqsədi həll olunması istənilən problem ətrafında tamaşaçılarla müzakirələr aparmaqla cəmiyyəti bu problemlə üzləşdirmək, çıxış yolu tapmaq və çıxış yolunu insanlar arasında yaymaqdır.

Forum teatr hamının hər şeyi deyə bildiyi, fikirlərini azad ifadə etdiyi demokratik mühit yaradır. Bu səbəbdən forum teatr cəmiyyətdəki müxtəlif problemlərin həll olunmasında böyük təsirə malikdir.

Tarixi 1960-cı illərdə Aqusto Boal və teatr şirkəti müxtəlif ədalətsizliklərə və problemlərə qarşı durmağı təşviq edən oyunlar səhnələşdirərək Braziliyanın ən kasıb bir neçə yerini gəzdi. Bir tamaşadan sonra bir qadın ona hekayəsini danışaraq ondan yardım istədi. Hekayəyə görə, qadının əri 1-1.5 il müddətində ona çox az pul verir. Qazanılan pulun böyük hissəsini isə gələcəkdə ev almaq üçün banka qoyduğunu deyərək qəbzləri arvadına verir. Oxuyub - yaza bilməyən qadın isə buna inanır və uzun müddət ərinin ona verdiyi qəbzləri yığır. Bir müddətdən sonra həmin qadın qəbzləri qonşusuna verərək pulları hesablamağı ondan xahiş edir. Məlum olur ki, kişi pulları öz məşuqəsinə xərcləmişdir və qəbzlər məşuqəyə alınan malların qəbzləridir. Özünü aldanmış və alçaldılmış hesab edən qadın Aqusto Bouldan istəyir ki, bu hadisəni səhnələşdirərək xalqı savadlanmağa həvəsləndirsin ki, başqa qadınlar da bu vəziyyətə düşməsin. Bununla belə, Aqusto Boal qadına verə biləcək məsləhət tapmır. O, çıxış yolunu oynanılan oyunu bir müddətlik saxlamaqla problemin həlli yolunu tamaşaçılardan soruşmaqda görür. Beləliklə, forum teatr yaranır.

Dünya ictimaiyyəti forum teatrını Aqusto Boulun "Əzilənlərin teatrı" adlı məqaləsi ilə tanımışdır.

Daha sonra 1973-cü ildə Boal böhran anında baş qəhrəman üçün həll yolunu tapmağa əsaslanan "eyni vaxtda dramaturgiya" teatr üsulunu Peruda tətbiq etməyə başladıWhat is Forum Theater? İstifadə tarixi: 11 mart 2026.. Tamaşaçılar həll yollarını təklif edir, aktyor heyəti isə yerindəcə ifa edirdilər. Tamaşaçının təklifi aydın olmayanda isə o, səhnəyə dəvət olunur və ondan oyunu aktyorlar ilə birlikdə ifa etməsi xahiş olunurdu.

Tətbiqi Dünyada bir çox universitet və təşkilatlar forum teatrdan aktiv istifadə edir.

Həmçinin bax

Teatr Rekvizitlər Remarka

İstinadlar Kateqoriya:Teatr