Dünyada dəniz səviyyəsinin yüksəlməsi, təxminən, 20-ci əsrin əvvəllərində başladı. 1900-2016-cı illərdə dəniz səviyyəsi bütün dünyada 16-21 sm-ə qədər yüksəldi. Peyk radar ölçmələrindən əldə edilən daha dəqiq məlumatlar 1993-cü ildən 2017-ci ilə qədər dəniz səviyyəsinin 7.5 sm yüksəldiyini ortaya çıxardı, bu da hər 100 ildə 30 sm artım trendinin olduğunu göstərir. Bu yüksəlişin əsas səbəbi dəniz suyunun termik genişlənməsini artıran və örtük buzlağı və buzlaqları əridən, insanın səbəb olduğu qlobal istiləşmədir. 1993-2018-ci illərdə okeanların termik genişləməsi dəniz səviyyəsinin yüksəlməsinin 42%-ni, mülayim buzlaqların əriməsinin 21%-ni, Qrenlandiyadakı buzlaqların əriməsinin 15%-ni və Antarktidadakı buzlaqların əriməsinin 8%-ni təşkil edir. İqlimşünas alimlər 21-ci əsrdə bu rəqəmlər daha da artacağını gözləyirlər. Under all RCP scenarios, the rate of sea level rise will very likely exceed the rate of 2.0 [1.7–2.3] mm/yr observed during 1971–2010

Dəniz səviyyəsinin gələcəyini layihələndirmək çətindir, buna səbəb iqlim sisteminin müxtəlif aspektlərinin kompleks olasıdır. Keçmiş və indiki dəniz səviyyəsi ilə bağlı iqlim tədqiqatları inkişaf etmiş kompüter modellərini artırdıqca, proyeksiyalar da buna uyğun olaraq artmışdı. 2007-ci ildə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (İDHP) 2099-cu ilin sonuna qədər dəniz səviyyəsinin ən yüksək təxmin kimi 60 sm-i qəbul etsə də,"Models used to date do not include uncertainties in climate-carbon cycle feedback nor do they include the full effects of changes in ice sheet flow, because a basis in published literature is lacking." 2014-cü il hesabatında bu təxmin 90 sm-ə yüksəldi. Sonralar aparılan bir sıra araşdırmalar qlobal dəniz səviyyəsinin 200-270 sm-ə qədər yüksəlməsinin "fiziki olaraq mümkün olduğunu" göstərdi."The projections and results presented in several peer-reviewed publications provide evidence to support a physically plausible GMSL rise in the range of 2.0 meters (m) to 2.7 m, and recent results regarding Antarctic ice-sheet instability indicate that such outcomes may be more likely than previously thought." Uzun dövrlü proyeksiyaların konservativ təxminə görə, 2000 illik periodda temperaturun hər bir Selsi dərcə artışı dəniz səviyyəsini təqribən 2.3 metr artırır, misal olaraq iqlim süstlüyü göstərilə bilər. 2021-ci ilin fevralında Ocean Science-də nəşr edilən məqalə İDHP-nin 2100-cü ilə qədər dəniz səviyyəsi ilə bağlı proyeskiyalarının xeyli konservativ oluduğunu və dəniz səviyyəsinin əvvəl təxmin ediləndən daha çox yüksələcəyini göstərdi.

Dəniz səviyyəsi bir qayda olaraq Dünya hər yerində eyni şəkildə artmayacaq və Arktika kimi bəzi yerlərdə, hətta azca da olsa düşməyəcək. Lokal faktorlara tektonik təsirlər, torpaq çökmələri, qabarma və çəkilmələr, su axınları və qasırğalar aiddir. Dəniz səviyyəsinin yüksəlməsi sahil və ada regionlardakı əhalinin yaşayışına ciddi şəkildə təsir edə bilər. Minilliklər boyu davam edən bir neçə dərəcə istiləşmə ilə sahil bölgələrdə geniş su daşqınları gözlənilir.Box SYN-1: Sustained warming could lead to severe impacts, p. 5 , in: Synopsis, in Əlavə təsirlərə daha yüksək qasırğalı dalğalar və daha təhlükəli tsunamilər, əhalinin yerinin dəyişməsi, aqrar torpaqların itirilməsi və deqradasiyası və şəhərlərə dəyən böyük ziyan aid edilə bilər.. Dəniz ekosistemləri kimi təbii mühitlər də bu yüksəlmədən təsirsiz ötüşmür: balıqlar, quşlar və bitkilər öz yaşayış sahələrini itirir.

Cəmiyyətlər dəniz səviyyəsinin yüksəlməsinə 3 yolla uyğunlaşa bilər: geri çəkilməyi bacarmaq, sahil dəyişikliyinə uyğunlaşmaq və ya dalğaqıran bəndlər kimi ağır konstruksiyalı metodlar və ya qum təpələri və sahil qidalanması kimi yüngül metodlardan istifadə edərək qorunmaq. Bəzən bu uyğunlaşma strategiyaları əl-ələ verir, lakin digər vaxtlarda fərqli strategiyalar arasında seçim edilməlidir. Batmaqda olan şəhərlər kimi bəzi insan mühitləri üçün dəniz səviyyəsinin yüksəlməsinə uyğunlaşma çökmə kimi digər ətraf mühit məsələləri ilə qarışıqlaşa bilər. Təbii ekosistemlər adətən daxili ərazilərə doğru hərəkət edərək yüksələn dəniz səviyyələrinə uyğunlaşırlar; lakin təbii və ya süni maneələr səbəbindən həmişə bunu edə bilməyəcəklər.

İstinadlar

Kateqoriya:Dəniz səviyyəsi Kateqoriya:Sahil coğrafiyası Kateqoriya:Ətraf mühitin mühafizəsi