Timur Bəy (), və ya Timur Sijan () — briqada generalı, 1933-cü ildə Şərqi Türkistanda Kumul üsyanı zamanı üsyan liderlərindən biri. 1933-cü ildə Qaşqar döyüşündə iştirak etmiş və daha əvvəl Turfan üsyanı rəhbərlərindən olmuşdur (1932). Türk milliyyətçi partiyası Gənc Qaşqar Partiyasına aktiv üzv olmuş və özünü "Timur Şah" olaraq elan etmişdir. Timur Bəydə Xotan əmirləri Buğra qardaşları (Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra) kimi Şərqi Türkistanı Çindən ayrılaraq müstəqil görmək istəyirdi. 1933-cü ilin avqustunda onun qoşunları Qaşqar yaxınlığında general Ma Zçanqın rəhbərliyindəki Çin Respublikası Milli İnqilab Ordusunun hueylərdən ibarət 36-cı Diviziyası tərəfindən hücuma məruz qaldı. Timur Bəy qətlə yetirilərək, başı kəsildi. Ma Zçanq onun başını 1933-cü il avqustun 9-da Qaşqar şəhərində İd Kah məscidin yaxınlığında asaraq ümumi tamaşaya qoydu.

İstinadlar

Xarici keçidlər The Soviets in Xinjiang (1911–1949) by Mark Dickens

Kateqoriya:Uyğurlar Kateqoriya:Şərqi Türküstan tarixi Kateqoriya:Uyğur dövlət xadimləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Türküstan