Saturn-Apollo 1 (SA-1) - Saturn I daşıyıcı raketinin ikinci uçuşu. ABŞ Apollon proqramının və "Haiuoter" Layihəsinin bir hissəsi.
Uçuş Uçuş hazırlıqları 27 fevral 1962-ci ildə Kanaveral burnundakı bazada başladı. İlk uçuşdan fərqli olaraq yanacaq sıçramasının qarşısını almaq üçün propellan tankerlərə əlavə dəyişiklik edilən raketin uçuşu 25 apreldə reallaşdı. 2 dəqiqə 40 saniyə ərzində havada qalan daşıyıcı raket 80 km yüksəkliyə qalxmışdı.
SA-2-nin 420 ton çəkisi var idi və uçuş uğurlu alınmışdı.
Məqsədlər SA-2-nin məqsədləri SA-1 ilə əsasən eyni idi. SA-2 Saturn I raketini və H-1 motorları yoxlamaq üçün buraxılmışdı. Xüsusi olaraq, onun hədəfləri hərəkətə gətirmə performansını və missiya adekvatlığını, raketin struktural dizaynını və aerodinamik xarakteristikanı, bələdçi və nəzarət sistemləri və nəhayət raket təchizatını və yer dəstək ləvazimatını yoxlamaq idi. NASA bütün missiyanın uğurla tamamlandığını açıqladı. Əlavə olaraq, SA-1-dəki yanacaq sıçrama problemi minimallaşdırılmışdı.
Bu uçuş, həm də alimlərə Yerin ionosfer qatını, o cümlədən kosmosdakı buzların davranışını öyrənməyə kömək etməliydi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Apollon proqramı