thumb|Dur-Şarrukindəki Lamassu heykəli. Çikaqo Universiteti, Şərq İnstitutu. Gips (?) Neo-Asur Dövrü, c. E.ə. 721–705.

Lamassu (Mixi: an.kal; ; ; bəzən lamassus olaraq tanınırKriwaczek, Paul. Babylon: Mesopotamia and the Birth of Civilization, p. 37.) ― adətən insan başlı, öküz və ya aslan bədənli və quş qanadları olan bir assuriya himayə İlahıdır. Bəzi yazılarda bir qadın ilahəsinin nümayəndəsi olması və ya onu əvəz etməsi bildirilmişdir. Lamassunun erkək ekvivalenti mənasını verən Şedu (Mixi: 𒀭𒆘, an.kal × bad; ; ; İvrit: שד) az istifadə olunan bir addır. Lamassu; zodiakların, əsas ulduzların və bürclərin nümayəndəsidir.

İkonoqrafiya Lamassu sənətdə insan başlı qanadlı öküz və ya aslan formasında qarışıq şəkildə təsvir edilmişdir. İnsan başlı qanadlı bir heyvan motivi Yaxın Şərqdə geniş yayılmışdır və ilk dəfə eramızdan əvvəl 3000-ci illərə aid qədim Eblada tapılmışdır. İlk fərqli lamassu motivi, II Tiqlat-Palasar dövründə iqtidarın simvolu şəklində Assuriyada görülmüşdür.

Aşşur heykəltəraşlığı, adətən, sarayların girişində görkəmli lamassu cütlərini yerləşdirirdi və bu heykəllər həm daxili həyətə, həm də küçəyə baxırdı. Künclərdə yüksək relyeflərdə “ikiqat görünüşlü” fiqurlar kimi təmsil olunurlar. Öndən baxdıqda sanki ayaq üstə dururlar, yan tərəfdən baxanda yeriyirlər və ilk versiyalarında dolayı yolla baxanda beş ayağının olduğu görünüşü yaranır.

İstinadlar

Biblioqrafiya Henri Frankfort, The Art and Architecture of the Ancient Orient, Pelican History of Art, 4th ed 1970, Penguin (now Yale History of Art),

Xarici keçidlər

Webpage about the Šêdu in the Louvre Museum

Kateqoriya:Memarlıq tarixi Kateqoriya:Qədim Yaxın Şərqdə incəsənət və memarlıq Kateqoriya: Memarlıq Kateqoriya:İnsan başlı mifik varlıqlar Kateqoriya:Şumer incəsənəti və memarlığı Kateqoriya:Şir ilahələr Kateqoriya:Qoruyucu ilahələr Kateqoriya:Mesopotamiya ilahələri