Enrike Kolyar Monterrubio (; ) ― sağ cinah vinger mövqeyində oynamış İspaniya futbolçusu.

Karyerası Onun gənc yaşlarında çıxış etdiyi ilk klub doğma şəhərindən olan "İmperial" klubu idi. Daha sonra "Penya Norit"ə keçdikdən sonra o, nəhayət "Atletiko Madrid" klubuna qoşulur və bu klub onun peşəkar karyerasında ilk olur.

1952-ci ildə Kolyar qardaşları Enrike, Xuan de Dios, Pepe və Antonio Üçüncü divizyonda çıxış edən "Kadis" klubuna transfer olundular.

Növbəti 1953/54 mövsümündə o, "Atletiko Madrid" ilə La Liqada debütünu etdi, ancaq cəmi 4 oyun keçirə bildi və 1954/55 mövsümündə yenidən icarəyə verildi, bu dəfə ikinci futbol divizionunda çıxış edən "Real Mursiya"ya. O, mövsüm bitməmiş təzədən Madrid klubuna geri qaytarıldı və 1969-cu ilə qədər burada qaldı və ümumlikdə 16 mövsüm keçirtdi.

Madrid komandası ilə birlikdə 470 oyun keçirdi (onlardan 339-u liqada), "Atletiko" ilə ən çox oyun keçirən dördüncü və 105 qolla komandanın səkkizinci bombardiridir.

1955 ilə 1962-ci illər arasında Kolyar Xoakin Peyro ilə yarımmüdafiə tandemi qurdu.

"Atletiko" ilə o, UEFA Kuboklar Kuboku, La Liqa və Generalisimo Kubokunun qalibi oldu.

Karyerasını "Valensiya" klubunda bitirdi.

O, 1955―1963-cü illər arasında İspaniya milli futbol komandası forması ilə 16 oyuna 4 qol vura bilmişdir və 1962 FİFA Dünya Kubokunun iştirakçısı olmuşdur.

Nailiyyətləri Mursiya

Sequnda divizyonu: 1954-55

Atletiko Madrid

UEFA Kuboklar Kuboku: 1961–62 İspaniya liqası: 1965–66 İspaniya Kuboku: 1959–60, 1960–61, 1964–65

İspaniya U18

UEFA U-18 çempionatı: 1952

İstinadlar

Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Atletiko Madrid FK futbolçuları K Kateqoriya:Real Mursiya FK futbolçuları Kateqoriya:Valensiya FK futbolçuları Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İspaniya B milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:1962 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:İspaniya uzunömürlüləri Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Madriddə doğulmuş futbolçular