thumb|Fermer torpağın məhsuldarlığını və bitki qidalanmasını yaxşılaşdırmaq üçün çürüyən gübrə yayır Bitkilərin qidalanması — Bitkilər qidasız yaşaya bilmədiyindən xarici mühitdən daim qida maddələri alırlar. Qidalanma sayəsində orqanizm böyüyür, inkişaf edir və çoxalır. Qidalanma ətraf mühitdən həyat fəaliyyəti üçün lazım olan qida maddələrinin udulması və mənimsənilməsi prosesidir. Bitkilərin bir çoxunun qidalanmasında onların kökləri iştirak edir.
Qida maddələrinin formaları. Anionlar və kationlar Bitki üçün lazım olan qida elementləri torpaqda bərk, maye və qaz halında mövcuddur. Torpaqda bərk halda olan qida maddələri Ca, Fe, Mg, K-dur. Torpaqda maye halda olan qida maddələri isə ionlar şəklindədir. Qaz halında olan qida maddələri isə torpaq havasında oksigen, karbon iki oksid, azot və s. kimi elementlərdir. Bitki kökləri torpaq məhlulunda olan mineral ionları ala bilir. Müsbət (+) və ya mənfi(-) yüklü atom qruplarına ion deyilir. Torpaq məhlulunda olan ionlar 2 yerə bölünür: anionlar kationlar Mənfi (-) yüklü ionlara anion deyilir. Anionun əmələ gəlməsi üçün element atomununelektron alması lazımdır. Müsbət (+) yüklü ionlara kation deyilir. Kationun əmələ gəlməsi üçün atomun elektron verməsi lazımdır. Torpaqdakı kalium (K+), kalsium (Ca2+), maqnezium (Mg2+) və manqan (Mn2+) və s. bir çox müsbət yüklü ionlar mənfi yüklü gil hissəciklərində tutularaq saxlanılır. Ona görə də bu ionlar yağış suları və suvarmalar zamanı yuyularaq torpağın aşağı qatlarına getmirlər və bitki üçün daim istifadə ediləcək formada qalırlar.
Əsas anionlar və kationlar (NO3-), fosfat (H2PO4-) və sulfat (SO42-) kimi mənfi yüklü minerallar mənfi yüklü gil hissəcikləri tərəfindən itələnir və bununla da torpaq məhlulunda sərbəst olaraq qalır. Ona görə də mənfi yüklü belə minerallar torpaq məhlulu ilə birgə yuyularaq aşağı qatlara süzülür. Gil hissəciklərində olan müsbət yüklü mineral ionlar, kation mübadiləsi prosesinin nəticəsi olaraq kalium (K+), hidrogen (H+) kimi ionlarla yer dəyişdirir və bununla da sərbəst qalır. Sərbəst qalan bu ionlar torpaq məhlulunda bitki köklərinin əmici telləri tərəfindən mənimsənilə biləcək vəziyyətdə olur.
Bitkilərin yeraltı qidalanması Bitkilərin kökləri vasitəsilə torpaqdan su və suda həll olmuş mineral maddələri udmasına yeraltı və ya torpaq qidalanması deyilir. Su əmici tellərdən daxil olur, kökün qabıq hüceyrələrindən keçərək kök borucuqlarına daxil olur. Su və suda həllolunmuşmineral maddələr kökün yaratdığı təzyiq altında ötürücü toxuma vasitəsilə gövdəyə qalxır. Suyun borularda hərəkəti kök təzyiqi nəticəsində baş verir. Bu prosesin sürəti temperaturdan asılıdır. Bitkilərin havadan qidalanması Bitkilərin havadan qidalanması yarpaqla qidalanmadır. Bitkinin havadan qidalanmasında iştirak edən əsas orqanı yarpaqdır. Ağızcıqlardan yarpağa hava daxil olur ki, onun da tərkibində olan karbon qazından bitki qida kimi istifadə edir. Yarpaq hüceyrələrindəki xloroplastlarda günəş enerjisini udma xüsusiyyətinə malik xlorofil olur. Əmici tellərlə torpaqdan su və mineral maddələr udulur və kökün ötürücü boruları ilə gövdəyə, oradan yarpaqlara ötürülür. Günəş enerjisindən istifadə etməklə bitki kimyəvi çevrilmə yolu ilə qeyri-üzvi maddələrdən (karbon qazı və sudan) mürəkkəb üzvi maddələr yaradır.
Bitkilərin kök vasitəsilə qidalanması Fotosintez zamanı işıqda üzvi maddə yaranması ilə bərabər, həm də ətraf mühitə oksigen də xaric edilir. Fotosintez etmək qabiliyyəti yaşıl bitkilərin əsas xüsusiyyətlərindən biridir. Qeyri-üzvi maddələrdən üzvi maddə yaradan orqanizmlər avtotroflar adlanır (“autos”– özü, “trofe” – qidalanma). Yaşıl bitkilər avtotrof orqanizmlərə aiddir. Bitkilər günəş enerjisindən üzvi maddələrin sintezində istifadə edir və digər canlılar da qidalanarkən onlardan yararlanırlar. Canlıların tənəffüsünü təmin edən oksigen də fotosintez nəticəsində alınır. Mineral maddələrin yarpaqdan bitkiyə ötürülməsi Ağızcıqlar təbii olaraq bir başa qida maddələrinin mənimsənilməsində iştirak etməsələr də, atmosferdə rast gəlinən və bitki üçün qida maddəsi sayılan bəzi qazları (N2, NH3, SO2) mənimsəyir. Məhz bundan istifadə edərək bitkilərə yarpaq vasitəsilə qidanı ötürürlər. Bu proses mineral gübrələrin püskürtülərək yarpaq vasitəsilə bitkilərə ötürülməsidir. Yarpaqdan qidalanma ağızcıqların qida maddələrini almasına əsaslanır. Ağızcıq boşluqları mənfi (-) elektrik yükünə sahib olmalarına görə müsbət (+) elektrik yükünə sahib olan kationlar bu boşluqlardan mənfi elektrik yüklü qida maddəsi olan anionlara nisbətən bitkinin yarpağına daha asanlıqla daxil olurlar. Qida maddələrinin molekullarının böyüklüyündən və elektrik yükündən asılı olaraq qida maddələrinin yarpaqdan daxil olma sürəti müxtəlifdir. Qida elementləri içərisində yarpaq vasitəsilə bitkiyə ən tez daxil olanı azotdur. Qida elementlərini yarpaq vasitəsilə bitkiyə ötürərkən püskürtülən məhlula yayıcı – yapışdırıcı maddələrin qatılması vacibdir ki, püskürtülən məhlul yarpaq üzərində uzun müddət qala bilsin. Əsasən kiçik molekullu qida elementlərinin (dəmir, sink, manqan və s.) yarpaq vasitəsilə bitkiyə ötürülməsi mümkündür. Çünki kiçik molekullar ağızcıq boşluqlarından daha asan şəkildə yarpağa daxil ola bilirlər. Bitki köklərinin ifrazat etdiyi maddələr Bitki köklərinin ifraz etdiyi maddələr. Bitki kökləri yalnız torpaqdan qida maddələri mənimsəyən bitki orqanları deyil. Bitki kökləri, eyni zamanda torpağa kökləri vasitəsilə müəyyən maddələr ifraz edirlər ki,bu maddələr torpağın münbitliyinin yaxşılaşdırılmasını təmin edir və müəyyən çətin parçalanan maddələrin parçalanmasına kömək edir. Köklər tərəfindən ifraz olunan karbon qazı (CO2) taxıl bitkilərinin inkişafında və yüksək məhsul verməsində müstəsna rol oynayır. Bitki kökləri vasitəsilə torpağa bir çox mineral elementlər və üzvi birləşmələr ifraz olunur. Bitki kökləri vasitəsilə kaliumun, natriumun, fosforun, kalsiumun və başqa elementlərin birləşmələrinin ifraz olunduğu müəyənləşdirilmişdir. Bitki kökləri üzvi maddələr də ifraz edə bilir. Bunlara sirkə turşusu, qarışqa turşusu, şəkər, aldehidlər, amin turşuları, etil spirti və oksalat turşusunu misal göstərmək olar. Köklər vasitəsilə ifraz olunan maddələrin miqdarı vegetasiyanın sonuna yaxın azalır və vegetasiyanın sonunda tamamilə dayanır. Müxtəlif bitkilərin kökləri tərəfindən ifraz olunan üzvi birləşmələr də müxtəlifdir. Paxlalı bitkilərin kökləri daha çox azot tərkibli üzvi birləşmələr (amin turşuları, amid birləşmələri), taxıl bitkiləri isə daha çox karbon tərkibli birləşmələr (şəkər, üzvi turşular) ifraz edir.
Bitkilər üçün tələb olunan qida maddələri Bitkilər üçün lazım olan qida elemetləri - makro və mikroelementlər olaraq iki qrupa bölünür. Bitki hüceyrələrinin tərkibinin əsas hissəsini su təşkil edir. Bitkilər susuz yaşaya bilmir. Onların böyümə dövründə suya daha çox ehtiyacı olur, meyvələr yetişdikdə isə suya tələbatları azalır. Bitkiləri su və mineral maddələrlə torpaq təmin edir. Bitkinin əsas qida maddəsini azot, fosfor və kalium birləşmələri, az miqdarda isə dəmir, mis, yod, bor və digər elementlər təşkil edir. Mühitdə lazım olan bu maddələrdən biri çatışmasa, bitkinin həyat fəaliyyəti kəskin surətdə pozulur. Ona görə də bitkinin məhsuldarlığını artırmaq üçün torpağa gübrə verirlər.
Azot Azot bioelement olub, orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin struktur vahididir. Əhəmiyyətli biopolimerlərin– zülalların, nuklein turşularının (DNT, RNT), həmçinin bəzi vitaminlərin və hormonların tərkibinə daxildir. Bitkilərin kütləsinin 0,3-dən 4,5 %-ə qədərini azot təşkil edir. Azot gövdənin və yarpaqların böyüməsini gücləndirir. Azot çatışmadıqda bitkilərin inkişafı ləngiyir, kiçik yarpaqlar formalaşır, onların saralması müşahidə olunur, az xlorofil əmələ gəlir, yarpaqlar solğun-yaşıl rəng alır və vaxtından əvvəl saralır, böyümə ləngiyir, gövdə nazik olur və zəif şaxələnir, yeni yaranan yarpaqlar daha kiçik olur, açılmadan quruyur və tökülür. Uzun müddət azot aclığı olduqda yarpaqların yaşıl rəngi sarı, narıncı və ya qırmızı çalarlar əldə edir. Azotun əhəmiyyəti Azot maddələr mübadiləsi prosesləri üçün lazımdır. Hüceyrələrin əhəmiyyətli hissələrinin hamısı (sitoplazma, nüvə, qabıq və s.) zülal molekullarından qurulmuşdur. Zülallar insanın qidalanmasının vacib tərkib hissəsidir. Azot tərkibində zülallar və digər azotlu birləşmələr olan qida məhsulları ilə orqanizmə daxil olur. Bu maddələr mədə-bağırsaq traktında parçalanır və sonra aminturşular və kiçik molekullu peptidlər şəklində sorulur ki, onlardan orqanizm öz xüsusi aminturşularını və zülallarını yaradır. İnsan orqanizmi həyat üçün lazım olan bəzi aminturşuları (əvəzolunmaz aminturşular: valin, leysin, izoleysin, treonin, fenilalanin, triptofan, lizin, arqinin, histidin, metionin) sintez etmək qabiliyyətinə malik deyil və onları qida ilə birlikdə“hazır” vəziyyətdə alır. Azot mənbələri Havada azot həcmcə 78% və kütləcə 75,50% olur. Azot fiksasiya edən bakteriyalar havadan azotu udaraq onu ammonyaka çevirə bilirlər. Bu bakteriyalar ya sərbəst yaşayır (məsələn, azotobakter, sianobakteriyalar, azospirillər), ya da paxlalı bitkilərin kökünə yerləşirlər (belə bakteriyalar rizobium tipində bakteriyalardır). Bir hektar torpaq üzərində olan atmosferdə 70 min tondan çox sərbəst azot olur və yalnız azotifikasiya nəticəsində bu azotun bir qismi ali bitkilərin qidalanması üçün istifadə oluna bilən hala keçir. Kök bakteriyalarının paxlalılar fəsiləsinə aid olan bitkilərlə simbioz şəraitində azotu (N2) əlaqələndirərkən bir hektar torpaq ildə 200-300 kiloqram azot ilə zənginləşə bilir, sərbəst yaşayan bakteriyalar isə ildə 15-30 kiloqram azot ilə torpağı zənginləşdirir. Çoxlu sayda bakteriyalar var ki, azotu fiksasiya edir. Torpaqda bitkinin mənimsəyə biləcəyi azotun miqdarı çox deyil. Azotun mənimsənilə bilən formaları Bitkilər torpaqdan azotu həll olan nitratlar (NO3-) və ammonium duzları (NH4+) şəklində mənimsəyir. Duzlar gövdə və yarpaqlara nəql olunur və orada biosintez prosesində olduqca sürətlə aminturşulara və zülallara çevrilirlər. Zülallar isə istənilən canlı orqanizmin ayrılmaz tərkib hissəsidir. Daha çox məlum olan və geniş istifadə edilən azotlu birləşmələr aşağıdakılardır: NH4Cl – ammonium xlorid; NH4OH – ammonium hidroksid, naşatır spirti; NH4NO3 – ammonium nitrat; NH3 – ammonyak; NaNO3 – natrium şorası (Çili şorası); KNO3 – kalium şorası (Hind şorası); Ca(NO3)2 – kalsium şorası (Norveç şorası); NH4NO3 – ammonium şorası. Azotun dövriyyəsi Azot müxtəlif yollarla yer üzünə çatır. Atmosferdəki azot şimşək və ildırım kimi hadisələr nəticəsində yer üzünə yağışlarla nitrat turşusu şəklində qayıdır. Nitrat turşusu torpaqda bakteriyalar tərəfindən nitratlara çevrilir və bitki bu qidanı torpaqdan ala bilir. Başqa bir dövriyyə şəkli də havadakı azotun birbaşa torpağa qayıtmasıdır. Torpaqdakı bəzi bakteriyalarla paxlalıların köklərində olan bakteriyalar havadakı azot qazını torpağın daxilinə çəkirlər. Azotun çevrilməsində 2 proses çox mühümdür: Nitrifikasiya Ammonium ionunun (NH4+) nitrat ionuna (NO3-) çevrilməsi prosesidir. Bu prosesdə 2 növ bakteriyalar iştirak edir. Nitrosomonas tipli bakteriyalar ammoniumu (NH4+) nitritə (NO2-)çevirir. İkinci mərhələdə isə Nitrobakter tipli bakteriyalar nitriti nitrata (NO3-) qədər oksidləşdirir. Nitrifikasiya prosesi 25-300 C-də neytral torpaqlarda daha intensiv gedir. Denitrifikasiya Anaerob şəraitdə bir çox bakteriyalar tərəfindən nitratın (NO3-) molekulyar azota (N2) və ya azot oksidlərinə qədər (NO2, NO, N2O) çevrilməsi prosesidir. Bu qazlar daha sonra atmosferə çıxır və azot itkisinə səbəb olur. Bitkilərin azota tələbatı