Aşağıda VI-XIV əsrlər arasındakı Türk xalqları tarixinin müəyyən edilmiş zaman xronologiyası verilmişdir. Anadolu Səlcuqlu dövlətinin xronologiyası bu zaman xronologiyasında yer alsa da, Səlcuqlu Rum sultanlığı üçün daha ətraflı xronologiyaı üçün Anadolu Səlcuqlu dövlətinin xronologiyasına baxın. Çağdaş Türkiyə Respublikasının və qanuni sələfinin xronologiyası üçün Osmanlı imperiyasının xronologiyası və Türkiyə tarixinin xronologiyasına baxın. Bu zaman xronologiyasında qeyd olunanların xaricində, türk xalqları Azərbaycan və Orta Asiya respublikaları ilə yanaşı Rusiya, Çin və İran kimi Osmanlı imperiyası və Türkiyə ərazisindən kənarda yaşamışlar. VI əsr İlHadisələr545Altay dağlarına Qərbi Vey elçisi. Aşina soyunun (türk aristokratları) lideri kimi Bumın xaqan haqqında ilk xatırlatma. 551Bumın xaqan, Altay dağları ətrafındakı türklərin müstəqilliyini elan edir, Monqol yaylasında Ötükəni fəth edir və xaqan () (qağan) titulunu alır. İmparatorluğu Türk xaqanlığı və ya daha populyar olan Göytürk xaqanlığı () olaraq bilinir. 552Bumın xaqan qardaşı İstəmi xaqanı(vassal) olaraq Qərb bölgələrinə göndərdikdən bir müddət sonra vəfat etdi. Böyük oğlu Qara İssıq xaqan olur. 554Bumın xaqanın ikinci oğlu Muğan xaqan taxta çıxır. Bir sıra uğurlu yürüşlərdən sonra Göytürklər Böyük ipək yoluna nəzarəti ələ keçirirlər. 558Sasanilər imperiyası ilə ittifaqda İstəmi xaqan Eftalitləri məğlub etdi və Mavəraünnəhri fəth etdi. 568II Yustinianın dövründə Bizans imperiyası ilə ittifaq, Soqdiananın rəhbərlik etdiyi türklərdən ibarət heyətin bizanslılarla ipək ticarəti etmək üçün Konstantinopola gəlişindən sonra meydana gəlir.572Bumın xaqanın kiçik oğlu Taspar xaqan, qardaşının ölümündən sonra xaqan oldu. 576Bizanslılar (razılaşmalarının əksinə olaraq) göytürklərin düşmənləri olan avarlarla müqavilə imzaladıqdan sonra Bizansla ittifaq kəsilir. Göytürklər Krımdakı Bizans qalasını ələ keçirdi.580Aqafiy, türk kutriqurlar və utiqurlar ilə birlikdə hun tayfa birliklərinə burqundları (alman tayfası) və ultizurları da daxil edir.Agathias, Historiae, V,11,3-4Runciman S., A history of the First Bulgarian empire, London, G.Bell & Sons, 1930, p.7, & notes 581Tardu xaqan, qərbdəki ikinci yabqu Krımı mühasirəyə aldı. 581Çindəki iki rəqib dövlət, Türk Xaqanlığına illik xərac verməyə başlayır. 584Taspar xaqan ölür, vətəndaş müharibəsi başlayır. (İşbara xaqan Apa xaqana qarşı) Tardu xaqan qarşısını alır. 587Tardu xaqan faktiki qərb hökmdarı idi. İkili xaqanlıqlar dövrü. Bundan sonra qərb xaqanlığına Qərbi Göytürk xaqanlığı (Onok) da deyilir. 588Birinci fars-türk müharibəsi. Türk xaqanlığının Əfqanıstanı işğal etmək cəhdi. Bəhram Çubin Türk xaqanlığını məğlub etdi. 593Türk xaqanlarının biri-birinin əvəz etməsinin sonu.
VII əsr İlHadisələr 609Şibi xaqan Şərqi Göytürk xaqanlığının xaqanı olur. 615 Şibi xaqanın məsləhətçisi Pey Ju tərəfindən Mayıdakı (Şoçjou) danışıqda edam edilir; xan, imperator Yanın oraya səfəri zamanı Yanmen əmirliyinə hücum edib,mühasirəyə alaraq qisasını alır (indiki Daysyan,Şansi). Həyat yoldaşı Sui şahzadəsi Yiçen tərəfindən xaqanlığın şimaldan hücum məruz qaldığı barədə yalan xəbərdarlıq edərək mühasirəni qaldırır. 618Tonq Yabqu xaqan Qərbi Göytürk xaqanlığının xaqanı olur. Qərbi Göytürk xaqanlığının bir hissəsi olaraq Qafqazda Xəzər xaqanlığının (və ya Xəzəriyanın) qurucusu Zibel kimi tanınır. 619İkinci fars-türk müharibəsi. Tonq Yabqu xaqan İsfahana qədər hücum edir,lakin qarşısı alınır. 625 Imperator Tonq Yabqu xaqanın rəhbərliyindəki türklərdən hərbi yardım istədiyi zaman I İraklinin rəhbərlik etdiyi Bizans imperiyası ilə ittifaq 626İllig xaqan Syuanu qala qapıları qarşısında hadisədən istifadə edərək,Veyhe çayına qədər hücum etdi. 627Üçüncü fars-türk müharibəsi. Börü Şad Dərbəndi fəth edir və Azərbaycana hücum edir. 628Seyanto xaqanlığı (Yinanın başçılığı altında) and Doqquz Oğuz türk tayfası Qərbi Göytürk xaqanlığının Yükük şad (qərb xaqanı) və Aşina Şeer xaqanlıqlarını (qərb xaqanı) məğlub edirlər. 630Tan sülaləsi, şərq xaqanlığının vassallarının qiyamını dəstəkləyir. Li Jin (Yaoşi) rəhbərliyi ilə Tan ordusu, Yinşan döyüşündə Şərqi Türk xaqanlığını məğlub etdi. İmperator Tay-tszun (Li Şmin) deyir ki,Veyhe çayındakı çayındakı rüsvayçılığımı kompensasiya etməyim kifayətdir (626).New Book of Tang, Vol. 93 Şərqi Türk xaqanlığı Çinin vassalı olur. 632Kubrat xan Böyük Bolqar xanlığının əsasını qoyur.638 Qərbi Göytürk xaqanlığını iki qola (Nuşibilər və Dulo) ayrıldı, sərhədi İli çayı oldu. 639Aşina Cieşeşuayın Cieşeşuay sarayına qarşı uğursuz basqını. (Məşhur türk mədəniyyətində Aşina Cieşeşuay Kür Şad olaraq tanınır). 640Yükük şad Onok qəbilələrini birləşdirməyə çalışır, lakin qısa müddətdə Əfqanıstandakı Künduzə qaçır. 642Qərbi Göytürk əsgərləri Qaraxocadan geri çəkilir və səltənət Tan sülaləsi qüvvələri tərəfindən tutulur. Tan sülaləsinə qarşı hərbi qarşıdurmalar yaxın bir neçə on il də, davam edir. 644Qərbi Göytürk xaqanlığı Qaraşəhərdə Tan sülaləsinə qarşı döyüşdə məğlub oldular. 648Qərbi Göytürk xaqanlığı Kuçarda Tan sülaləsinə qarşı döyüşdə məğlub olurlar. 650Xəzərlər Dörd xəlifələrdən Əbdürrəhman ibn Rəbiəni Qafqazda məğlub etdilər. 657Çin Qərbi Göytürk xaqanlığını məğlubiyyətə məruz qoyduğu hərbi yürüşə başlayır. Qərbi Göytürk xaqanlığı Çinin vassalı olur. Bu zaman Türgiş xaqanlığı meydandakı zəiflikdən istifadə edərək Onokun ən güclü varisi kimi ortaya çıxır. 664Qafqaz Albaniyası hökmdarı Cavanşir (636-669) ilə Şimali Qafqaz hunları Elteber Alp İlitver arasında imzalanmış sülh müqaviləsinə görə, sülalə evlilik birliyi şərtləri ilə, hunların bütün Alban qalalarını ələ keçirməsi, hunlara illik xərac və hunların Albaniyanı ərəb təcavüzündən qorumaq öhdəliyi alınır.Gmyrya L. Hun Country At The Caspian Gate, Dagestan, Makhachkala 1995, pp. 29, 199, ISВN 5-297-01099-3 (Strana Gunnov u Kaspiyskix vorot, Dagestan, Makhachkala, 1995)679 Danyu Da Duhufunun türk liderləri olan Aşide Venfu və Aşide Fenzhi Ashina Nişu Beini Türk xaqanı elan etdilər və Tan sülaləsinə üsyan qaldırdılar.Sima Guang, Zizhi Tongjian, Vol. 202680Pey Sintszyan Aşina Nişu Be və ordusunu məğlub etdi. Aşina Nişu Be öz adamları tərəfindən öldürüldü. 680Aşide Venfu () Aşina Funianı xaqan etdi və Tan sülaləsinə qarşı üsyan qaldırdı.. 681681-ci il müqaviləsi Bulqar xanı Asparux xan və Bizans imperatoru IV Konstantin arasında bağlanmışdır. Sülh müqaviləsi Asparux xanın ələ keçirilmiş Bizans əraziləri üzərində nəzarətini tanıyırdı. 681Aşide Venfu () və Açina Funian Pey Xincjiana təslim oldular. 54 türk (Aşide Venfu, Aşina Funian daxil olmaqla) Şərqi Çanan bazarında edam edildi. 681Aşina Qutluq, Aşina Funianın adamları ilə üsyan qaldırır. 682Aşina Qutluq İkinci Şərqi Göytürk xaqanlığını qurur. 685İltəriş xaqan, Hin Çuda çinliləri məğlub etdi. 694İltəriş xaqanın ölümü. Qapağan xaqan ikinci xaqan olur. 698 Qapağan Türküstanı (On Oq ərazisi) Türgiş xaqanlığına qarşı birləşdirir.S.G. Klyashtorny-T.İ.Sultanov: Türkün Üçbin Yılı (trans:D.Ahsen batur), Selenge yayınları, İstanbul, 2003, , p.108
VIII əsr İlHadisələr 704Əməvi sərkərdəsi Quteybə bin Müslüm Mavəraünnəhri istila etdi.711Bolçu döyüşündə Türk ordusu Türgişi məğlub etdi. 713Ərəblərin Mavəraünnəhri fəthi. Ərəblərin qələbəsi Türküstandakı gücün yenidən Türk Xaqanlığından Türgiş xaqanlığına keçməsinə gətirib çıxarır. 716 Bizans imperatoru III Feodosiy və Dunay Bolqar dövlətinin xanı Tervel arasında sərhədləri müəyyənləşdirən, Bizansın Xana illik xəracının ölçüsünü 30 lb qızıl olaraq təyin edən, əsirlərin dəyişdirilməsi, qaçqınların qaytarılması və iki ölkə arasındakı maneəsiz ticarəti möhkəmləndirən ilk müqavilə. 716 Qapağan Qağan Toquz Oğuza qarşı yürütdüyü kampaniyada öldürüldü və başı Çanana göndərildi.Runciman S., A history of the First Bulgarian empire, London, G.Bell & Sons, 1930, pp. 32-33 Kültigin çevriliş etdi. Qapağanın oğlunu və qardaşlarını öldürdülər və Bilgə xaqan xaqan etdilər. 716 (?) Qədim türk dilində ilk yazılı qeydlər. Tonyukukun Tonyukuk abidəsi. (Bu abidələr ölümündən bir neçə il əvvəl özü tərəfindən qoyulmuşdur.) 717 İnel xaqan Kültigin tərəfindən devrilir. Bilgə xaqan taxta çıxır. 717 Suluk xan Türgiş xaqanı olur. 718 Türk İmperiyasındakı qısa sabitlik dövrü. Bilgə xaqan və onun triumviratı (Kültigin və Tonyukuk) bütün qiyamları yatırır. 723 Əməvi Ərəblərinin qubernatoru Əl-Xaraşi, ikinci dəfə Xücənd türkləri və Soqdiana qaçqınlarını qırdırdı. 724 Mavəraünnəhrdən keçən Sırdərya çayının sahillərində, indiki Tacikistan ərazisində, Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş Susuzluq günü döyüşü.Al-Tabarī, Tārīkh al-rusul wa-al-mulūk, The History of al-Tabari, Vol. XXVI: The waning of the Umayyad caliphate, SUNY Press, 1989, , p. 27. 728 Türgiş xaqanı Suluk xan Əməvi Ərəb ordularını ikinci dəfə məğlub etdi. 730 Xəzərlər Cənubi Qafqazda Əməvi Ərəb ordularını məğlub etdilər. Lakin Xəzər xaqanının oğlu, sərkərdə Barcil döyüşdə öldü. 734 Bilgə xaqanın ölümü. 735 Orxon abidələrində Bilgə xaqanın və qardaşı Kültiginin abidələri. (Bilgə Kültiginin abidəsini, Bilgənin oğlu isə Bilgənin abidəsini ucaltmışdır.) Tonyukuk abidəsinə də (Bain Tsokto kitabələri) Orxon abidələri deyilir. (2004-cü ildə abidələr Asiya və Avstraliyadakı YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdir.) 737 Ərəblər xəzərləri məğlub edərək Xəzərin paytaxtı Bələncəri ələ keçirtdilər. Tezliklə xəzərlər ərəbləri geri çəkilməyə məcbur edirlər. Ancaq paytaxt İdilə köçürülür. 738 Suluk xan öldürülür. 740 Xəzər xanı Bulan yəhudiliyi qəbul edir. Lakin,təbəələr öz dinlərini seçməkdə sərbəst idilər. 744 Aşina soyuna üzv olmayan basmıl, uyğur və qarluq kimi türk boyları çevriliş edirlər. Aşina soyunun sonu. 745 İlk Uyğur xanı Qutluq Bilgə xaqan. Şərqdə Türk xaqanlığını əvəz edən uyğurlar və onların vassalı qarluqlar qərbdəki keçmiş On Oq ərazisini fəth etməyə başlayırlar. 747 İkinci Uyğur xaqanı Bayan Çur xaqan tərəfindən uyğurların ən böyük qala şəhəri Ordu-Balığın inşasına başlanması. 750 Ərəb imperiyasında Əməvilər sülaləsi hakimiyyəti bitir. Abbasilər türklərə qarşı daha tolerant siyasət yürüdürlər. 751 20.000-lik qarluq muzdlularının döyüşün ortasında ərəblərin tərəfinə keçdiyi Talas döyüşündə ərəblər çinliləri məğlub etdi. 753 Uyğur xaqanı Bayan Çur xaqanın Yaryat abidələri (təxmini vaxt) 755 Çindəki Talas döyüşündən sonra daxili müharibə. Bayan Çur xaqan Çin imperatorunu üsyançı general An Luşana qarşı dəstəkləyir. 756 Bizans imperatoru V Konstantin ilə Dunay Bolqar dövləti arasındakı sülh müqaviləsinə görə Bolqarıstan xanı Kormisoş xan uzun müddətli hərbi qarşıdurmaya son qoyur.Runciman S., A history of the First Bulgarian empire, London, G.Bell & Sons, 1930, pp. 37, 289 765 Üçüncü Uyğur xanı Boğu Manixeizmi qəbul edir. 766 Qarluqlar Türgişi məğlub etdi. Türkistanın (keçmiş Onak ərazisinin) çox hissəsi qarluqların hakimiyyəti altına keçdi. Aral gölünün qərbində Oğuz Yabqu dövləti adında konfederasiya meydana çıxır. 789 Ediz sülaləsi Uyğur xaqanlığındakı Yağlaqar sülaləsini əvəz edir.
IX əsr