Altay Bayındır () — Türkiyəli milli futbolçu. Mançester Yunayted FK futbol klubunun qapıçısıdır.

Klub Karyerası Altay Super Liqadakı ilk matçına 30 noyabr 2018-ci ildə MKE Ankaragücündə Çaykur Rizəspora qarşı 1–1 bitən qarşılaşmada çıxmışdır.

8 iyul 2019-cu ildə Altay dörd illik müqavilə ilə Fənərbaxça PFKya qatıldı. Altay, komanda yoldaşı Harun Təkin ilə performans fərqindən sonra ilk seçim qapıçısı oldu. Fənərbaxçadakı ilk oyununa 19 avqust 2019-cu il tarixində Şükrü Saracoğlu stadionunda Gazişəhər Gaziantep F.K.-ya qarşı Fənərbaxça üçün 5–0 bitən matçda çıxmışdır.

3 oktyabr 2020-ci ildə Super Liqanın 4-cü həftəsində Fatih Karagümrüklə olan qarşılaşmada Altay, Erik Sabonun penalti zərbəsini qaytardı, oyun Fənərbaxçanın 2–1 qələbəsi ilə sona çatdı. 6 dekabr 2020-ci ildə Super liqanın 11-ci həftəsində Fənərbaxçanın Dənizlispora 2–0 hesabı ilə qalib gəldiyi matçda Radosław Murawski-nin bir penalti zərbəsini qaytardı. Sərdar Əziz meydandan qovulduqdan sonra Fənərbaxçanın 10 nəfərlik səviyyəyə endiyi bu oyun zamanı ümumilikdə 7 qurtarış etdi. 1 sentyabr 2023-cü ildən Mançester Yunayted klubunda çıxış edir.

Beynəlxalq Karyera

Gənclik Altay, 2018-ci il Toulon Turnirində Türkiyə U-20-lərini təmsil etdi.

Türkiyə A milli Altay, 9 noyabr 2020-ci il tarixində Macarıstan və Rusiyaya qarşı UEFA Millətlər Liqası qarşılaşmaları üçün Şənol Günəş tərəfindən A milli-yə çağırıldı. Altay, ilk milli maçına 27 may 2021-ci ildə Türkiyə və Azərbaycan arasında 2–1 bitən yoldaşlıq oyununda çıxmışdır.

Karyera Statistikaları 17 fevral 2021 tarixindən etibarən KlubSezonLiqaKubokAvropaÜmumiMaçQolMaçQolMaçQolMaçQolMKE Ankaragücü2015–16100000102016–17200000202017–18701000802018–191702000190Ümumi2703000300Fənərbaxça2019–2032030003502020–212301000120Ümumi4304000470 Umumi karyera7007000770

İstinadlar

Xarici Keçidlər Altay Bayındır TFF oyunçu məlumatları Transfermark-Altay Bayındır

Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə 2-ci Liqası futbolçuları Kateqoriya:MKE Ankaragücü FK futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular