İbrahim Ağahüseyn oğlu Hüseynov (Şünasi) () — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı İbrahim Hüseynov 20 oktyabr 1906-cı ildə Bakıda varlı tacir Kərbəlayi Ağahüseynin ailəsində anadan olmuşdur. Səhnə təxəllüsü "Şünasi" olan İbrahim Hüseynov yuxarı sinifdə oxuyanda Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinə üzv olmuş, 1929–1932-ci illərdə Bakı İşçi Teatrında, 1932–1935-ci illərdə Gəncə Dövlət Teatrında işləmişdir. 1935–1938-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində oxumuşdur.

1929–1932-ci illərdə Bakı İşçi Teatrında "Anatollu, Dayıoğlu, Bibioğlu" proqramı olub. Tamaşaçılar arasında şöhrət qazanan proqramın ifaçıları Əhməd Anatollu (Anatollu), Qəzənfər Məlikov (Bibioğlu) və İbrahim Şünasi (Dayıoğlu) idilər.

Aktyorun yaradıcılığının əsas dövrü Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlıdır. O, 1938–1949 və 1956–1961-ci illərdə burada işləmiş, teatr müvəqqəti bağlananda 1949–1951-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışmışdır. 1951–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki muskomediya truppasında aktyorluq etmişdir.

İbrahim Hüseynov 18 sentyabr 1961-ci ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959

İfa etdiyi əsas rollar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında

Rol Tamaşa Müəllif Həsən bəy Məşədi İbad Üzeyir Hacıbəyov Mərcan bəy Ər və arvad Üzeyir Hacıbəyov Vəli Arşın mal alan Üzeyir Hacıbəyov Şulu Əlli yaşında cavan Zülfüqar Hacıbəyov Sandro Aşıq Qərib Zülfüqar Hacıbəyov Məşədi Səfi Evliykən subay Zülfüqar Hacıbəyov Qoşun və Uzun Toy kimindir? Məhərrəm Əlizadə və Ağası Məşədibəyov Xacə Məsud Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov və Niyazi Etibar və Azay Qızılgül Məhərrəm Əlizadə və Soltan Hacıbəyov Hatəmxan ağa və Şahbaz bəy Müsyö Jordan və dərviş Məstəli şah Mirzə Fətəli Axundov və Şəmsəddin Fətullayev Kamil Məhəbbət gülü Hüseyn Muxtarov və Süleyman Ələsgərov Salyanski Gözün aydın Məhərrəm Əlizadə və Fikrət Əmirov Dursun Duma Süleyman Rüstəm və Səid Rüstəmov Möhsün Ulduz Sabit Rəhman və Süleyman Ələsgərov Əmin Qızılaxtaranlar Həsən Seyidbəyli və Tofiq Quliyev Baləmi Rəisin arvadı Məhərrəm Əlizadə və Səid Rüstəmov Çiko Keto və Kote Vladimir Dolidze Napoleon Bayadera İmre Kalman

Bakı İşçi Teatrında Rol Tamaşa Müəllif Birinci tələbə Notrdam kilsəsi Viktor Hüqo Qonaq Çinar altında məhəbbət Yucin O'Nil Lyutov Küləklər şəhəri Vladimir Kirşon Cəlaləddin Hind qızı Əbdülhəq Hamid Novruz Yollar Hacıbaba Nəzərli

Azərbaycan Dövlət Dram Teatrında Rol Tamaşa Müəllif Mağaza müdiri Kimdir müqəssir? Georgi Mdivani Gəray Böyük məhəbbət Cabbar Məcnunbəyov Dördüncü əsgər Amerikanın səsi Boris Lavrenyov

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları