thumb|upright=1.4|Bitki hüceyrəsinin quruluşu Bitki hüceyrəsi — Çiçəkli bitkilərin bütün orqanları hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrə orqanizmin ən kiçik bioloji vahididir. Bitki hüceyrələri, adətən, çox kiçikdir. Onları adi gözlə deyil, ancaq böyüdücü cihazlarla görmək olar. Hüceyrələr bitki həyatında enerji istehsal etmə, ondan istifadə, malik olduqları əlamət və xüsusiyyətləri qız hüceyrələrə ötürmək kimi həyati vacib funksiyaları həyata keçirir. Hüceyrələr qılaf, sitoplazma və nüvə kimi əsas orqanlara malikdir.

Bitki hüceyrəsinin öyrənilməsi Bitkilərin fiziologiyası və anatomiyası sahəsində ilk tədqiqatlar Van-Helmont (1577–1644) və ingilis fiziki Robert Huk (1635–1703) tərəfindən aparılmışdır. R. Huk mikroskopu təkmilləşdirdikdən sonra, bir çox kiçik əşyaları, o cümlədən, bitkilərin ayrı-ayrı hissələrini mikroskop altında müşahidə etdi. O, 1665-ci ildə ilk dəfə olaraq bitkilərin hüjeyrəvi quruluşu barəsində aldığı mikroskopik nəticələri nəşr etdirdi və "Jellula" (hüceyrə) terminini elmə daxil etdi. Bunun ardınca 1671–1682-ci illərdə italyan tədqiqatçısı Marçello Malpiqi (1628–1694) və inigilis Neemiya Qryu (1641–1712) bir-birindən asılı olmayaraq demək olar ki, eyni vaxtda bitki anatomiyasına dair aldıqları nəticələri çap etdirmişdir. Bu tədqiqatlarda onlar bitkilərin nəinki müxtəlif orqanlarının hüceyrə və toxumalarını təsvir etmiş, həm də, bu quruluşların əhəmiyyətini də izah etməyə çalışmışlar. Bitkilərin anatomiyası və fiziologiyası XIX əsrdə botanikanın yeni bölməsi kimi tam formalaşdılar. Bu dövrdə, həm də, orqanizmlərin hüceyrəvi quruluşu və Yer üzərində canlılar aləminin inkişafı və təkamülü haqqında ümumiləşmiş nəzəriyyələrin yaradılması da uzun müddət mövcud olan qədim və orta əsr mistikasına son qoydu. Bütünlükdə isə bunlar dialektik təfəkkürün geniş inkişafına zəmin yaratdı. Orqanizmlərin hüceyrəvi quruluşu barəsində olan nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, "bütün bitkilər və heyvanlar, həyatın quruluş elementi kimi hüceyrələrdən ibarətdir və hər bir orqanizm inkişafını bir hüceyrədən başlayır".

Hüceyrəvi quruluş 1665-ci ildə R. Huk tərəfindən aşkar edilməsinə baxmayaraq, orqanizmlərin hüceyrəvi quruluşu barəsindəki nəzəriyyə yalnız 170 ildən sonra meydana gəldi. Belə uzun bir müddətin olmasının əsas səbəblərindən biri də Huk və bitki anatomiyasının banilərinin malik olduqları fərziyyələrlə əlaqədardır. Onlar belə güman edirdilər ki, bitki orqanizmi hüceyrədən başqa, digər elementlərdən – boruşəkilli damarlardan, liflərdən, quruluşuz selikdən təşkil olunmuşdur. Bu alimlərin fikrinjə, hüjeyrə bitki orqanizmi üçün heç də universal quruluş elementi deyildir. Heyvan orqanizmi isə, daha da mürəkkəb olub, sümükdən, qığırdaqlardan, əzələlərdən, qandan və digər toxumalardan təşkil olunmuşdur ki, bunların da hüceyrəvi quruluşu o zamanlar aşkar edilməmişdir. Güman olunurdu ki, heyvanların bədəni bitkilərinkindən tamamilə başqa cür qurulmuşdur. Odur ki, bitki və heyvan orqanizmlərinin hücdyrəvi quruluşa malik olmalarını sübut etməyə çox vaxt sərf olundu . Nəhayət, 1838-ci ildə M. Şleyden (1804–1881) müəyyən etdi ki, hüceyrə bitki orqanizmi üçün universal vahiddir. Bundan bir qədər sonra T. Şvan (1810–1882) geniş tədqiqat işləri sayəsində sübut etdi ki, heyvan orqanizmi üçün də hüceyrə universal quruluş vahididir. Beləliklə də, hüceyrəvi quruluş prinsipi bütün canlı varlıqlara şamil edildi və orqanizmlərin vahid hüceyrəvi quruluş nəzəriyyəsi tam formalaşdı.

Hüceyrə qılafı Hər bir bitki hüceyrəsi xaricdən möhkəm qılafla örtülür. Bəzi yerlərdə qılafın məsamələri var ki, bu da hüceyrəyə suda həll olmuş maddələrin daxil olmasına imkan verir. Hüceyrə qılafı seçicidir. Hüceyrə qılafı aşağıdakı funksiyaları həyata keçirir: Hüceyrənin ətraf mühitlə əlaqəsini təmin edir; Hüceyrəni xarici təsirlərdən qoruyur; Hüceyrəyə forma verir; Həll olmuş maddələrin hüceyrəyə daxil olmasını təmin edir. Bitki hüceyrəsinin quruluşunun öyrənilməsinə onun qılafından (və ya hüceyrə divarından) başlamağın əsas səbəblərindən biri də, onun ilk "hüceyrə" quruluşu kimi hələ 1665-ci ildə ingilis tədqiqatçısı Robert Huk tərəfindən aşkar edilməsi və hazırda ən çox öyrənilmiş sitoloji obyekt olmasıdır. Bitki hüceyrələrində möhkəm qılafın olması, onları heyvan hüceyrələrindən fərqləndirən xüsusiyyətlərdən biridir. Qılaf hər şeydən əvvəl, hüceyrəyə konkret forma verir və onun canlı kütləsi-protoplazmanı və plazmalemmanı xarici təsirlərdən və hüceyrədaxili yüksək turqor təzyiqindən (hidrostatik təzyiq) qoruyur. Ali bitkilərin hüceyrələrini xüsusi qidalı mühitdə becərdikdə və onlardakı qılafı fermentativ yolla ayırdıqdan sonra, hüceyrələr həmişə sferik (kürəvari) forma alır. Hüceyrənin qılafı adətən, rəngsiz və şəffaf olduğundan Günəş şüalarını asanlıqla buraxır. Qılaf vasitəsilə su və onda həll olmuş alçaqmolekullu maddələr daşına bilir (apoplastik yol). Hər bir hüceyrənin öz qılafı vardır və qonşu hüjeyrələrin qılafları bir-birilə, "aralıq lövhə" adlandırılan hüceyrələrarası maddə vasitəsilə yapışırlar. Odur ki, qonşu hüceyrələr bir-birindən iki qılaf və aralıq lövhə ilə ayrılırlar ki, belə quruluş törəməsini "hüceyrə divarı" kimi də qəbul edirlər. Hüceyrənin qılafı protoplazma tərəfindən qurulduğundan, odur ki, o, ancaq protoplazma ilə təmasda olduqda böyümə qabiliyyətinə malikdir. Çox hallarda hüceyrənin qılafı, protoplazmaya nisbətən daha uzun müddət qala bilir (hüceyrənin plazması əvvəlcə ölür) ki, bu da hüceyrənin quruluş vahidi kimi mövcudluğuna mane olmur. Belə hüceyrələr formalarını saxlayırlar. Buna görə də, bitki hüceyrəsi öldükdən sonra da məhlulların ötürülməsi və mexaniki dayaq kimi mühüm funksiyaları yerinə yetirə bilir.

Qılafın ikinci qalınlaşması Qılafın odunlaşması, onun matriksində protoplazma tərəfindən sintez olunan liqninin toplanması ilə əlaqədardır. Liqninin toplanması adətən, ikinci qalınlaşma başlayanda meydana çıxır və əvvəlcə ilk qılafda baş verir. Qılafın daxili qatı (üçüncü qılaf) çox nazikdir (0,1mkm-dək) və onda hemisellülozanın miqdarı çoxdur. Əgər hüceyrə qılafın quruluş elementlərinin sintezini dayandırır və ölürsə (ötürücü və mexaniki torxumaların hüceyrələri), bu halda üçüncü qılaf üzərində yenə bir nazik qat meydana gəlir. Bu qatda sferik formada ziyillər aşkar edilir. Hüceyrə qılafının bütün komponentləri, onun öz protoplazması tərəfindən sintez olunur, başqa sözə, qılaf, protoplazmanın həyat fəaliyyətinin məhsuludur və protoplazmanın xarici membranı – plazmalemma ilə ondan ayrılır. Qılafın əmələ gəlməsində əsas rolu, Holci aparatı və plazmalemma oynayır. Bu membran sistemləri, polisaxaridlərin sintezini həyata keçirən ferment komplekslərinə malikdir. Qılafın matriks polisaxaridlərinin sintezi diktiosomların sisternlərində başlayır və Holci qovuqcuqlarında davam edir. Sisternlərdən qopan qovuqcuqlar protoplazmanın səthinə doğru hərəkət edərək plazmalemmaya yaxınlaşırlar. Sonra qovuqcuqların membranı plazmalemmada düzülür və onun vasitəsilə polisaxarid matriks qılafla birləşir . Bəzi tip hüceyrələrin qılaflarının matriksində çoxlu miqdarda mineral maddələrə, o cümlədən, oksalat və kalsium karbonata rast gəlinir. Bunlar, çöküntü verməklə kristallaşırlar. Bu maddələr qılafa möhkəmlik və kövrəklik verir. Bir sıra hüceyrələrdə mum, kutin və suberin şəklində lipidlər də olur. Bu maddələr ayrıca qat əmələ gətirir və matriksin hidrofil hissəisnə qarışmırlar. Onlar kimyəvi cəhətdən bir-birlərinə yaxın olub, doymuş və doymamış yağ turşularının efirlərindən ibarətdir. Mum üzvi həlledicilərlə asanlıqla ayrılır və tezilklə əriyərək kristallar əmələ gətirir. Kutin və suberin isə ərimir, amorf olurlar və üzvi həlledicilərdə həll olmurlar. Qılafda kutin və suberin adətən mumla birlikdə toplanır və növbələşən paralel qatlar əmələ gətirir. Kutikula təbəqə halında açıq səthdə xarici tərəfdə (məsələn, yarpaqda), suberin isə daxili tərəfdə – plazmalemmaya doğru toplanır və suyu, qazları keçirmir. Odur ki, suberinli qat olan hüceyrələr tezliklə məhv olurlar .

Sitoplazma və yə protoplazma Sitoplazma hüceyrənin daxili möhtəviyyatını təşkil edir. Hüceyrənin bütün orqanoidləri vəhissəcikləri sitoplazmanın içərisində yerləşir. Hüceyrədə qidalanma, tənəffüs və başqa proseslər sitoplazma vasitəsilə həyata keçirilir. Hüceyrənin tərkibində proteinlər, nukleotidlər, enzimlər, karbohidratlar, yağlar, hormonlar və vitaminlər kimi üzvü maddələr vardır. Sitoplazmanın 75–90%-i sudan ibarətdir. Mineral maddələr isə sitoplazmada suda həll olmuş şəkildə mövcud olur. Protoplazma dedikdə, ilk baxımdan bitki və heyvan hüceyrələrinin canlı kütləsini (möhtəviyyatını) təşkil edən, hüceyrə qılafı ilə məhdudlaşan, fizki halına görə kolloid sistemlərə bənzədilən, müxtəlif maddələrin kompleksi başa düşülür. "Protoplazma" termini ilk dəfə çex bioloqu Y. Purkinye (Y. E. Purkinye, 1839) tərəfindən heyvan rüşeymini göstərmək üçün təklif edilmişdir. 1846-cı ildə isə alman botaniki K. Mol (G. Mol) bitki hüceyrəsinin yaşamaq qabiliyyətinə malik olan özlü kütləsini "protoplazma" adlandırmışdır. Hazırda "protoplazma" və "protoplast" terminləri bəzən sinonim kimi də işlədilir. Hər iki termin yunanca eyni mənanı bildirir (protos – ilk, plasma – tərtib olunan, yapılan, plastos – yapılan, yaradılan). Protoplast – fərdi hüceyrənin protoplazması, bitki hüceyrəsində isə – hüceyrə qılafı ilə məhdudlaşan protoplazma, yəni yalnız sitoplazma və nüvədən ibarət olan törəmə kimi nəzərdə tutulur. "Beləliklə, müasir təsəvvürlərə görə protoplazma dedikdə: "molekuldan böyük olan, müxtəlif quruluş elementləri əmələ gətirən və fasiləsiz yeniləşmə istiqamətində duzlu məhlullarla sıx əlaqə şəraitində fəaliyyət göstərən olduqca mürəkkəb liponukleoproteid kompleksi" başa düşülməlidir. Bu tərifdə göründüyü kimi, protoplazmanın kimyəvi, fiziki və bioloji əlamətləri birləşdirilmişdirref name=Paolillo></ref> .

Ribosomlar Ribosomlar ribonukleotidlərdən təşkil olunub, hüceyrədə tək-tək vəya qrup halında (polisom) yerləşir. Onlar zülalların sintez mərkəzidir. Ribosomlar nüvəcikdə istehsal olunur. Hüceyrənin ən kiçik orqanoididir.

Mitoxondiri