Nikomediya (; Nikomedeia) — Kiçik Asiyada, indiki Türkiyədə qədim yunan şəhəri. İndiki İzmit şəhəridir. Nikomediya 286-cı ildə imperator Diokletianın qərarı Roma imperiyasının ən şərq və ən böyük paytaxtı olmuşdur. Şəhər bu statusu tetrarxiya sistemi dövrünə (293–324) qədər saxlamışdır.

Tetrarxiya sistemi 324-cü ildə Böyük Konstantinin Krisopol döyüşündə Lisinini məğlub edərək yeganə Roma imperatoru olması ilə sona çatmışdır. 330-cu ildə Konstantin özünə yaxın olan Bizantion şəhərini (indiki İstanbul) Roma imperiyasının yeni paytaxtı seçmişdir.

Osmanlı sultanı Orxan qazinin Bizans üzərində qarşı qazandığı qələbə nəticəsində şəhər Osmanlı imperiyasının bir parçası olmuşdur.

Mənbə Κλεώνυμος καί Παπαδοπυος. Βιθυνικα. 1867. Cuenet V. Turquie d’Asie. Paris, 1894. Perrot et Delbet. Exploration archéologique de la Galatie. Texier C. Asie mineure. Paris, 1839.

Kateqoriya:E.ə. 264 Kateqoriya:Vifiniya Kateqoriya:Türkiyədəki qədim yunan arxeoloji abidələri Kateqoriya:Türkiyədəki Qədim Roma arxeoloji abidələri Kateqoriya:Orta əsr şəhərləri Kateqoriya:Keçmiş paytaxtlar Kateqoriya:Türkiyə şəhərləri