upright=1.51|thumb|Cizə piramidaları ərazisində Xefren ehramının qarşısında yerləşən məşhur Böyük Sfinks heykəli
Misirşünaslıq — Qədim Misir və Misirin tarixi məsələlərini tədqiq edib öyrənən elm. Qədim tarix və arxeologiya elmlərinin alt bölməsidir. Misirşünaslıqla məşğul olan insanlara "misirşünas" deyilir.
Yaranması
Elmin sahəsinin yaranmasına səbəb olan ən əhəmiyyətli hadisə, Fransız alimi François Champollionun Misir Kampaniyası dövründə 3 dilli (Qədim yunan dili, Demotik, Heroqlif) Rozetta daşının köməyi ilə heroqliflərin şifrəsini açmasıdır. Napoleonun bu səfərdə 35000 adamı arasında 167 mühüm elm adamı götürdüyü və bu alimlərin qarşılaşdıqları zəngin qədim mədəniyyəti tədqiq etdikləri məlumdur. 1809-cu ildən 1829-cu ilə qədər seriyalarla nəşr olunan Description de l'Égypte (Misirin təsviri) adlı əsər Misirlə elmi olaraq maraqlanan qərb alimlərinin ilk vacib əsəridir.
Tarixi XIX əsr XIX əsrdə kolleksiyalar, sərgilər və muzeylərlə artan Misir tarixinə olan maraq, 1831-ci ildə Parisdə yaradılan və Şampollionun rəhbərlik etdiyi Misirşünaslıq kafedrası, daha sonra 1846-cı ildə Berlində yaradılan və Karl Richard'a verilmiş Misirşünaslıq kafedrası ilə elmi zəmin əldə edir. Lepsiusun 1842-1845-ci illərdə reallaşdırdığı Misirə elmi səyahətləri 67 yeni piramidanın kəşfi ilə nəticələnmişdir. Tapıntıların çoxalması ilə eyni dərəcədə artan Misir marağı, 1867-ci ildə Göttingendə Misirşünaslığın yeni bir kafedrasının yaradılması ilə nəticələnmişdir. Brugş Paşa adı ilə tanınan Heinrich Brugsch bu şöbənin müdiri olaraq təyin edilir və bu şöbə Misirşünaslığın Almaniyada qurulan ikinci qolu olur.
XX əsr XX əsrdə artıq Qədim Misir dilinə aid lüğətlər və Qədim Misir haqqında ensiklopediyalar nəşr olunur ki, bu da indi Misirşünaslığın başucu kitabları adlandırıla bilər. Bu vaxta qədər filoloji məsələlərə diqqət ayıran şöbə, eyni zamanda arxeoloji tədqiqatlara da diqqət ayırmağa başlayır. Bunun xaricində Jsesh, WinGlyph və Visual Glyph kimi heroqliflərlə işləməyi asanlaşdıran proqramlar yaradılır.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
David, Rosalie. Religion and magic in ancient Egypt. Penguin Books, 2002. Chaney, Edward. 'Egypt in England and America: The Cultural Memorials of Religion, Royalty and Revolution', in: Sites of Exchange: European Crossroads and Faultlines, eds. M. Ascari and A. Corrado (Rodopi, Amsterdam and New York, 2006), 39–74. Chaney, Edward. "Roma Britannica and the Cultural Memory of Egypt: Lord Arundel and the Obelisk of Domitian", in Roma Britannica: Art Patronage and Cultural Exchange in Eighteenth-Century Rome, eds. D. Marshall, K. Wolfe and S. Russell, British School at Rome, 2011, pp. 147–70.
Jacq, Christian. Magic and mystery in ancient Egypt. Souvenir Press, 1998. Manley, Bill (ed.). The Seventy Great Mysteries of Ancient Egypt. Thames & Hudson. Mertz, Barbara. Red Land, Black Land: Daily Life in Ancient Egypt. Dodd Mead, 1978. Mertz, Barbara. Temples, Tombs and Hieroglyphs: A Popular History of Ancient Egypt. Bedrick, 1990. Mysteries of Egypt. National Geographic Society, 1999.
Sheppard, Kathleen. 2022. Tea on the terrace: hotels and Egyptologists' social networks, 1885–1925. Manchester University Press
Xarici keçidlər
Sections, all with content relevant to antiquity: Articles; Books, journals and external resources; Expeditions and fieldwork opportunities; and Professional organizations) List shows Egyptology societies and Institutes
Kateqoriya:Misirşünaslıq Kateqoriya:Kulturologiya