BAE Systems (qısa adı: BAE) aviasiya və müdafiə sənayesində fəaliyyət göstərən bir İngilis şirkətidir. Dünyanın ən böyük şirkətlərindən biridir.

thumb|250px|Konstruksiya və istehsalında şərik olduğu məhsul: F-35 Lightning II

Bu İngilis şirkətinin baş ofisi Farnboroughdadır. BAE-nin 20 ölkədə 85.800-dən çox işçisi var. BAE müdafiə sənayesindən başqa, aviasiya və kosmik sənayedə də işləyir.

BAE Systems 1999-cu ildə British Aerospace və Marconi Electronic Systemsin birləşməsi ilə ortaya çıxdı və beləliklə müdafiə sənayesindəki dördüncü ən böyük şirkət oldu.

2003-cü ilə qədər bu şirkət Lockheed Martin və Boeingin bir neçə filialını satın almışdır. 2005-ci ildə tank istehsalçısı Alvisi satın almış və quru nəqliyyat vasitələri şöbəsini inkişaf etdirdi. Elə həmin il United Defense şirkətini satın alaraq ABŞ-dakı mövqeyini gücləndirmişdir.

BAE-nin illik dövriyyəsi 15 milyard dollardır, bunun 40% -i ABŞ-dən əldə edilir. Amerikan olmayan bu şirkət Pentaqonun ən yaxşı 10 təminatçısı arasındadır.

BAE Türkiyənin döyüş təyyarəsi proqramı olan TFX layihəsinin həyata keçirilməsində də tərəfdaş şirkət olaraq seçilmişdir.

İstinadlar

Kateqoriya:London Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Birləşmiş Krallıq istehsalçıları Kateqoriya:Birləşmiş Krallıq brendləri