Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir.
Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır. 270px|thumb|right
İlk yardım Diz qapağında yara olduqda ona aseptik sarğı qoyulur. Sınmış sümük fraqmentlərinin öz istiqamətini dəyişməməsi məqsədilə nəqliyyat immobilizasiyası olunur. Dizi açılmış (bükülməmiş) vəziyyətdə Kramer ya improvizə edilmiş (əlaltı vasitələrdən) şina vasitəsilə fiksə edirlər. Şina arxadan daban sümüyündən başlayaraq sağrı nahiyəsinə qədər qoyulur. Diz qapağının sınıqları ilə zədələnmişlər təcili olaraq xərəkdə xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır.
Həmçinin bax Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
İstinadlar
Xarici keçidlər Diz oynağı sınıqları Diz zədələnmələri Diz deformasiyaları yaranma səbəbləri və müalicəsi
Kateqoriya:Əlifba sırasına görə xəstəliklər Kateqoriya:Tibb Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:Sümük sınıqları