Bəkir Vahab () — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü.
Həyatı Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib.
1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb.
Həmçinin bax Hüseyin Kürkçü Yaqub Şakirəli Həmdi Giraybəy
İstinadlar
Xarici keçidlər «Недописанные стихи» Бекира Ваапа / Bəkir Vahabın "Yazılmamış şeirləri"
Kateqoriya:Krım tatar şairləri Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar