Taksi 4 (T4xi olaraq da adlandırılır), Gérard Krawczykin rejissoru olduğu 2007-ci ildə istehsal olunmuş Fransız komediya filmidir. Ssenarisi Luc Bessona məxsus film, 2003-cü ildə buraxılmış Fransız döyüş/komediya filmi olan Taksi 3-ün davamıdır. Serianın digər filmlərində olduğu kimi Samy Naceri də "Daniel Morales" taksi sürücüsünü canlandırır, lakin bu dəfə maşını Peugeot 407-dir. Frédéric Diefenthal "Émilien Coutant-Kerbalec", Jean-Christophe Bouvet "General Bertineau" rolunu oynayır. Filmdə ayrıca Fransız futbolçu Djibril Cissé də rol alır, Bernard Farcy, Emma Sjöberg də filmdə iştirak edirlər.
Mövzusu Komissar Gilbert adi bir otel təmizləyicisinin terrorçu olduğunu və məşhur futbolçu Cibril Sissenin qanunsuz bir mühacir olduğunu düşünmüşdür. Belçikalı bir cinayətkar Afrikaya göndərilmədən əvvəl 24 saat müddətində Marsel polisində nəzarətdə saxlanılır. Emilien o qədər sadəlövh bir polisdir ki, oğru bunu dərk edərək asanlıqla Emilieni günahsız bir insan olduğuna inandırır.
Kateqoriya:Detektiv filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:Polis məmurları haqqında filmlər