Zəkəriyə Ağnəzərov (; ) — Sovet dövlət xadimi və partiya lideri. Başqırd Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri (1962–1986).
Bioqrafiyası Başqırd Muxtar Sovet Sosialist Respublikasının Zilayir kantonundakı Yamaşevo fermasında (indi Başqırdıstanın Baymak rayonunda fəaliyyət göstərməyən bir kənd) kəndli Şərəfətdin Ağnəzərovun ailəsində ilk uşaq olaraq dünyaya gəlir.
1940-cı ildə Temyasov Pedaqoji məktəbini bitirib. 1941–1942-ci illərdə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Baymak rayonundakı Murzeevskaya ibtidai məktəbində müəllim işləyir. 22 avqust 1942-ci ildə orduya çağırılır. Ufada xidmət edir, ancaq cəbhəyə göndərilmir.
1946-cı ildən Baymak rayon Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının ikinci katibi olur.
Müharibədən sonra K. A. Timiryazev adına Başqırd Dövlət Pedaqoji İnstitutunu 1950-ci ildə bitirir. 1962-ci ildə isə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Sosial Elmlər Akademiyasını bitirir.
1948–1954-cü illərdə təlimatçı, şöbə müdirinin müavini, katib, ikinci katib, 1951-ci ildən Başqırdıstan Komsomol Komitəsinin birinci katibi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasının aspirantı (1960–1962). 1954–1962-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Başqırd Vilayət Komitəsinin partiya orqanları şöbəsinin müdiri işləmişdir.
1962-ci ilin fevralından 1986-cı ilin yanvarına qədər Başqırdıstan MSSR Nazirlər Sovetinin sədri olur.
Başqırd Muxtar Sovet Sosialist Respublikası 6–9 çağırış SSRİ Ali Soveti Millətlər Sovetinin deputatı (1962–1978) olmuşdur. 9-cu çağırış Ali Sovetinə Başqırdıstan MSSR-nin 511 saylı Oktyabr seçki dairəsindən, Millətlər Sovetinin Nəqliyyat və Kommunikasiya Komissiyasının üzvü seçilmişdir. Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin və Başqırd Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı olmuşdur. 1966–1971-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Təftiş Komissiyasının üzvü idi.
1986-cı ildə təqaüdə çıxmışdır.
2 aprel 2000-ci ildə Ufada dünyasını dəyişir. Müsəlman qəbiristanlığında dəfn edilir.
İstinadlar
Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:RSFSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Başqırd MSSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Başqırdlar