Hayfa şəhərinin təmsilçisi olan bu komanda 11 dəfə İsrail çempionu olmuşdur. Hayfa "Makkabi"si avrokuboklardan Azərbaycan azarkeşlərinə yaxşı tanışdır və bu komandanın futbol tariximizə düşdüyünü desək, yanılmarıq. Məsələ ondadır ki, 1999-cu ildə "Qarabağ" klubu məhz bu komandanı İntertoto kubokunda (2:1 və 0:1) Müşfiq Hüseynovun "dubl"i sayəsində mübarizədən kənarlaşdırmışdı. "Qarabağ" bu qələbə ilə avrokuboklarda mərhələ keçən ilk klubumuz kimi tarixə düşdü.
Kateqoriya:İsrail futbol klubları