Talış-Muğan Muxtar Respublikasının bayrağı () – 7 avqust 1993-ci il tarixində tanınmamış Talış-Muğan Muxtar Respublikası tərəfindən qəbul edilmiş bayraq.

Təsviri 300px|left|thumbnail|Bayrağın tikilmə planı Bayrağın enin uzunluğuna nisbəti 2:3-dür. Bu bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bu parçalar bərabər enli üç şaquli zolaqdan, sağda qırmızı, ortada ağ, solda isə yaşıl rənglərdən ibarətdir.James B. Minahan. Encyclopedia of Stateless Nations: Ethnic and National Groups around the world. — Santa Barbara, California: ABC-CLIO, LLC, 2016. — С. 409. — ISBN 978-1-61069-953-2.Жирохов М.А. Меч и огонь Карабаха. Хроники незнаменитой войны. 1988–1994. — Москва: Центрполиграф, 2011. — С. 283. — 54–56 с. — ISBN 978-5-227-03227-0. Ağ zolağın mərkəzində yarımgünəş və dəniz təsvir olunmuşdur. Bu təsvir zolağın 9/10 hissəsini təşkil edir.

Rənglər və simvollar 30x30px Qırmızı Ağ Yaşıl Yarımgünəş DənizHexademical#D9241B#FFFFFF#00913E#ff8601#007bbeRGB217–36-27255–255-2550–145-62255–134-10–123-193

Qırmızı rəng — tarix boyu şəhid olmuş bütün talışları təsvir edir. Ağ rəng — xalqın sülh tərəftarı ruhunu təsvir edir. Yaşıl rəng — islamı təsvir edir. Yarımgünəş təsviri — islamın 12 imamını təsvir edir. Dəniz təsvir — talışların əsasən kütləvi yaşadığı coğrafi ərazidəki Xəzər dənizini təsvir edir.

İstinadlar

Kateqoriya:Talış tarixi Kateqoriya:Etnik bayraqlar Kateqoriya:1993-cü ilin bayraqları