Füzuli Cavad oğlu Cavadov () — Sovet futbolçusu.

Həyatı Futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972–1978-ci illərdə "ağ-qara" formanı geyinib. O, Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib.

2021-ci il aprelin 4-də koronavirusdan vəfat edib. Dəfn mərasimi saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olub. Binə qəbiristanlığında torpağa tapşırılıb.

Şəxsi həyatı O, Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası və futbolçu İsgəndər Cavadovun qardaşıdır.

İstinadlar

Kateqoriya:COVID-19 pandemiyasından Azərbaycanda vəfat edənlər Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:SKA Rostov-na-Donu FK futbolçuları