thumb|right|Emil Şahin - Xəyallar Emil Şahin oğlu Qonaqov () — azərbaycanlı bəstəkar.

Həyat və yaradıcılığı Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur. Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb. Həmçinin xüsusi olaraq qeyd edə bilərik ki, Ümummili Liderimiz Heydər Əliyevin 82-ci ildönümünə həsr olunmuş sənədli film üçün yaradıcı heyətin təşəbbüsü ilə "Xəyallar" kompozisiyası seçilmiş və bu əsər sözügedən ekran işində yer almışdır. Ona uğur qazandıran bəstələr sırasında "Follow may way" əsərini də xüsusi qeyd etmək istəyərdik. Yazdığı bəstə 2009-cu ildə "Eurovision" Beynəlxalq mahnı müsabiqəsində namizəd mahnı kimi irəli sürülmüşdür. Layihə, Azərbaycan Respublikasının Xalq artisti, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru Teymur Göyçayevin rəhbəri olduğu orkestrin musiqiçilərinin, həmçinin Azərbaycanın əməkdar artisti "Natiq Ritm Qrupu"nun rəhbəri Natiq Şirinovun və Xalq Artisti Alim Qasımovun iştirakı ilə gerçəkləşib. "Follow may way"in ifaçısı müğənni Ülviyyə Ağayevadır. Emil Şahin yaradıcılığında ümumilikdə 30-a yaxın bəstə var. Mahnıları Azərbaycan Respublikasının xalq və əməkdar artistləri tərəfindən ifa edilib. Hər bir layihəsi Azərbaycanda fəaliyyət göstərən televiziya və radio şirkətlərində eləcə də qardaş Türkiyənin radio qurumlarında xüsusi maraqla işıqlandırılıb. Hazırladığı layihə "Odlar yurdu" radio müsabiqəsində birinci yerə layiq görülüb. Məlumat üçün bildirək ki, o, 2014-cü ildən etibarən bir çox konsertlərin təşkilində fəal iştirak etmişdir Bu siyahıda ön cəbhədə hərbi xidmətdə olan əsgərlər, Bakıda yerləşən Sərhəd Qoşunlarının zabitləri üçün keçirilən konsertlərin adını çəkə bilərik. Yaradıcılığı boyu bir çox fəxri fərman və mükafatlara layiq görülmüşdür. O həmçinin "Qrand", "Seçilənlər", "Nəğmə payızı" mükafatlandırma mərasimlərində "İlin bəstəkarı" nominasiyasında təltif olunmuşdur. Bu günə qədər bir neçə xarici ulduzun Azərbaycana səfərini təşkil etmək də qazandığı uğurlar sırasındadır. Türk və əcnəbi ulduzlarla yaradıcı işləri olmuş və bu əməkdaşlıq hələ də davam etdirilməkdədir. Emil Şahin hazırda "Bir sevgi hekayəsi" adlı operetta üzərində çalışır. Həmçinin öz adını daşıyan "Emil Şahin prodüser mərkəzi"nin rəhbəridir.

Şəxsi həyatı Evlidir. 1 oğlu var.

Diskoqrafiyası

Mahnıları Tarix Mahnının adı İfaçı Sözlərin müəllifi Bəstəkar AranjimanLayihə Rəhbəri İstinadlar2006Xəyallar kompozisiyaEmil ŞahinEmil Şahin2007Səni tapdımAygün KazımovaLeyli ErolEmil ŞahinGiviEmil Şahin2008Sən getdinSevda Ələkbərzadəİsmayıl DadaşovEmil ŞahinEmin KərimiEmil Şahin2007EşqimRöyaYusif AğayevEmil ŞahinYaşar BaxışEmil Şahin2010Keçdi getdiZülfiyyə XanbabayevaLeyli ErolEmil ŞahinGiviEmil Şahin2010SevirəmFaiq AğayevLeyli ErolEmil ŞahinGiviEmil Şahin2009Follow my wayAlim QasımovÜlviyyə Ağayeva"Natiq" ritm qrupuZəhra BədəlbəyliEmil ŞahinElvin MusayevEmil Şahin2008Niyə?Elnur MəmmədovLeyli ErolEmil ŞahinGiviEmil Şahin2018Həyat bir nağılMirkamilMC MuradEmil ŞahinGiviEmil Şahin2013SevdimŞeron qrupuLeyli ErolEmil ŞahinGiviEmil Şahin2010DəyərRöyaLeyli ErolEmil ŞahinYaşar BaxışEmil Şahin2011SəninləAygün KazımovaCəlal QurbanovEmil ŞahinGiviEmil Şahin2015Tənha Külək — KompozisiyaEmil ŞahinEmil Şahin2017Yaralı ÜrəkElnur MəmmədovLeyli ErolEmil ŞahinHakan ErolEmil Şahin2011KaşRöyaİsmayıl DadaşovEmil ŞahinBəbirEmil Şahin2012BilmirəmElnur MəmmədovYusif AğayevEmil ŞahinYaşar BaxışEmil Şahin2015Yeni İlAygün KazımovaZülfiyyə XanbabayevaManana CaparidzeRöyaElnur MəmmədovMikayılEmil ŞahinYaşar BaxışEmil Şahin2016AnacanMirkamilMC MuradEmil ŞahinElvin MusayevEmil Şahin2023İcazə verZamiq HüseynovOGB, SaybuEmil ŞahinSamir ŞirinovEmil Şahin

Mükafatları TarixMükafatın adı2007"Qrand"2009"Seçilənlər"2010"Nəğmə Payızı"2012"İlin Bəstəkarı"2014"Qrand"2016"Fəxri Fərman" Rayonda vətənpərvərlik mövzusunda keçirilən tədbirdə fəal iştirak etdiyinə görə2016"Diplom" ƏNPX-in Konvoy Taborunun ŞH qarşısında keçirilmiş bayram tədbirində iştirakına görə2016"Fərman" Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilmiş tədbirdə iştirakına görə2007Ilin Hit Mahnısı (Dəyər Mahnısı)2007Ilin Hit Mahnısı (Niyə Mahnısı)

İstinadlar