Şəhər folkloru — folklor irsinin ümumi şeir növləri və janrlarına əlavə olaraq özəlliklə şəhər "modifikasiyalarını" da əhatə edən hissəsi. Məsələn: şəhər xalq şənlikləri, şəhər romantikası, şəhər mahnı və rəqsləri .
Şəhər folkloru əvvəlki kənd şifahi ənənələrindən fərqlənir. Hər şeydən əvvəl, ideoloji cəhətdən bu fərq daha çox hiss olunur, çünki şəhər əhalisinin əsas ideoloji ehtiyacları şifahi ənənələrlə (kütləvi ədəbiyyat, kino və digər tamaşalar, kütləvi informasiya vasitələri) birbaşa əlaqəsi olmayan başqa yollarla ödənilir. Bundan əlavə, şəhər folkloru, ortaq bir ideoloji əsası olmayan, müxtəlif hissələrə bölünməsi ilə cəmiyyətin sosial, peşəkar, klan, yaş təbəqələşməsinə uyğun olaraq parçalanır.
Şəhər folklorunun janrları Şəhər folklor mühitini özündə ehtiva edən folklor janrları arasında kiçik janrların meydana gəlməsi təsadüfi xarakter daşımır. Dinamik ünsiyyət formasında aşkara çıxan folklor deyimlərinin nəzəri cəhətdən öyrənilməsində janr spesifikasının izlənilməsi təbiidir. Toplumun fəaliyyət sferası təbiidir ki, janr törədilməsini deyil, münasibət səviyyələrini əks etdirir. Məhz bu kimi davranış modellərinin ifadə tərzinə elmi cəhətdən yanaşma bu canlı folklor örnəklərinin janr kimi öyrənilməsini zəruri edir.
Kəndə şəhər təəssüratını, şəhərə kənd ovqatını gətirən şəxslər folklorun zənginləşməsində mexaniki rol oynayırlar. Folklorun çulğalaşması nəticəsində yaranan folklor örnəkləri cilalanıb daha kamil səviyyədə meydana gəlmiş olur. Şəhər folklor mühiti məhz şəhər infrastrukturunda, şəhər tipli arealda reallaşaraq folklorun funksionallaşma səbəblərini aydın şəkildə göstərir. Bazarlarda, fabrik və zavodlarda, restoranlarda, idarələrdə, xəstəxanalarda, geniş prospekt, park və meydanlarda və bu kimi şəhər ərazisində yerləşən məkanlarda inkişaf edən folklor janrları şəhər folklor mühitinə aid edilir. Sənaye mərkəzləri genişləndikcə şifahi yaradıcılıqda şəhər folklorunun müxtəlif nümunələri yarandı.
Müasir şəhər folklorunun kiçik janrları Lətifələr Müasir şəhər nəsri Müasir şəhər mahnı folkloru Müasir ritual praktika Yazılı folklor Müasir uşaq folkloru Şəhər alt mədəniyyət folkloru İntellektual folklor Şəhər əfsanəsi
Kiçik janrlar Şəhər mühitində yaranan bir çox folklor sahələri kimi kiçik janrlarda da müxtəlif örnəklər meydana çıxdı. Şəhərləşmənin aktiv funksiyaları bu kimi nümunələrin reallaşmasını zəruriləşdirdi. Zarafatlaşmalar, dolamalar, cırnatmalar, atmacalar və s. bu kimi kiçik janrlarda müşahidə olunan örnəklər buraya aid edilə bilər. İlkin baxışda adi görünən bu kimi nümunələr əslində şəhər folkloru baxımından spesifik olaraq araşdırma tələb edir. Mövzu etibarilə bu kimi kiçik janrların törəndiyi nümunələrə diqqət yetirmək üçün təbiidir ki, öncə bazar instansiyası ilə bağlı yaranan deyimləri gözdən keçirmək lazımdır. Çünki dastan janrı kimi böyük auditoriyalarda, el-oba yığnaqlarında, toy mərasimlərində və bu kimi geniş məclislərdə meydana gələn böyük janrdan daha çox, bazar məkanında bədahətən meydana gələn janrlar kiçik janrların bazasını təşkil edir. Ancaq onu da yaddan çıxarmaq olmaz ki, kiçik janrlar əksər halda böyük janrların daxilində mövcud olub bir növ törədilmə funksiyasında çıxış edir. Törədən funksiyasında çıxış edən atalar sözlərinin tərkibində ilkin olaraq bu kimi örnəklər müşahidə olunur.
Atalar sözlərində “Bazara gedər – yağış yağar, dəyirmana gedər – qırğın olar” “Belə matahın var, Cəfərabad bazarına apar”; “Gördüyün küllü kömbədi, bazara çıxıb qoğal olub”; “Həftədə bir bazar, onu da dərviş pozar”; “Kasıba bazarın tulası da hürər”; “Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən” və s.Atalar sözləri. Tərtib edəni M.Yaqubqızı. – Bakı: Nurlan, – 2013, s. 71, 72, 192, 207, 248, 386 Zarafat formasında “Gördüyün küllü kömbədi, bazara çıxıb qoğal olub”, dolamalara aid “Bazara gedər – yağış yağar, dəyirmana gedər – qırğın olar”, cırnatmalara aid “Belə matahın var, Cəfərabad bazarına apar”, atmacalara aid “Həftədə bir bazar, onu da dərviş pozar”, “Kasıba bazarın tulası da hürər”, “Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən” deyimlər müxtəlif məzmun ifadə etməklə bərabər bu kimi kiçik janrlarda poetik baxımdan diqqət çəkir.
Meydan tamaşalarında Şəhər folklor mühitini ifadə edən meydan tamaşalarında da kiçik janrların müəyyən nümunələri görünür. Meydan tamaşaları əsasən mərasimlərdə şəhər məkanlarında icra olunduğu üçün şəhər folklor mühitinə aid edilə bilir. İ.Rəhimli yazır ki, açıq havada oynanılan, el-oba məskunlaşan yurdun mərkəzində, şəhər meydançalarında, karvansaraylarda, bazar içində, küçələrdə, kənd əkənək yerlərinin yanında göstərilən kütləvi xalq tamaşalarına ümumiləşdirilmiş şəkildə, sənət növü kimi "meydan teatrı" deyilir.Rəhimli İ. Azərbaycan teatr tarixi / İ.Rəhimli. – Bakı: Çaşıoğlu, – 2005, s. 6
A.Nəbiyev göstərir ki, meydan tamaşalarını şərti olaraq Cıdır tamaşaları, Zorxana tamaşaları, Əyləncə tamaşaları, Qaraçı tamaşaları, Fərdi tamaşalar kimi bir neçə qrupa ayırmaq olar.Nəbiyev A. El nəğmələri, xalq oyunları / A.Nəbiyev. – Bakı: Azərnəşr, –1988, –168 s, s. 384
Meydan tamaşaları kütləvi tamaşalar olduğu üçün aydındır ki, bu tamaşalarda kiçik janrlar bu və ya dolayı şəkildə özünü göstərməmiş deyil. Ancaq bu tamaşalar arasında Zorxana və Məsxərə tamaşalarında bu davranış formuluna daha çox rast gəlinir. Zorxana tamaşaları böyük şəhərlərdə təşkil olunması baxımından və bu mərasimlərdə şəhər meydanları seçildiyi üçün şəhər folklor mühitinin spesifik çevrəsinə daxil olur. Eyni zamanda zorxanalar digər yerlərdən fərqli olaraq böyük şəhərlərdə daimi fəaliyyət göstərirdilər ki, bu da şəhər mühitinin universum məzmununu daha da gücləndirir. Zorxana tamaşasında kiçik bir mətni nəzərdən keçirək: Əl-qolunu qatdadaram, ay oğlan! Bağrını çatdadaram, ay oğlan! Nişanlını alıb qaçaram, ay oğlan, Bəlalı başına bəlalar açaram, ay oğlanNəbiyev A. El nəğmələri, xalq oyunları / A.Nəbiyev. – Bakı: Azərnəşr, –1988, s. 90, 91
A.Nəbiyev göstərir ki, bu nəğmələr hərbə-zorba səciyyəli olardı. Bu kimi hərzə-hərzə danışıqdan qeyzlənən cavanlar meydana girib söyləyərdilər: Hay çəkərəm, zorxana titrər hayımdan, Qara pəlvan elə vurram, Kərpic düşər sarayından. Al qurşaqvu dolayaram boynuva, Adam gəlməz bir də sənin oynuva. Dınqaz, dınqaz dınqıldama, a pəlvan, Hərzə-hərzə meydan üstə zınqıldama, a pəlvanNəbiyev A. El nəğmələri, xalq oyunları / A.Nəbiyev. – Bakı: Azərnəşr, –1988,91
Zorxana tamaşasında işlək olan bu kiçik mətndə dolamalar, cırnatmalar, atmacalar geniş ifadə olunur.
Məsxərə tamaşalarında da bu kimi situasiyanın poetik təzahürü görünür. A.Nəbiyev göstərir ki, məsxırəbaz ada uyğun acıtma deyərdi: əvvəldə adı bir neçə dəfə təkrar eləyir, sonra acıtmanı söyləyərdi: Həsənağa, Həsənağa, Həsənağa, Həsənağa, Doldu yarağa, Mindi ulağa.
Məsxərəbaz bundan sonra Həsənağanın geyimini, boyunu, yerişini, danışığını, gülüşünü, hədə-qorxu gəlməsini məsxərəyə qoyar, bir çox hallarda məsxərəyə qoyulan dava salmaq istər, tez onu tutub ağaca bağlayardılar. Məsxərəbazı hədələmək, döymək qadağan idi.Nəbiyev A. El nəğmələri, xalq oyunları / A.Nəbiyev. – Bakı: Azərnəşr, –1988, s. 109
Qədim ritual elementləri olan bu meydan tamaşasında zarafatlaşmalar, dolamalar, cırnatmalar, atmacalar kifayət qədər geniş yer alırdı. E.Aslanov məzhəkə tamaşaları haqqında yazır ki, Lotu və məsxərəbaz repertuarının əsasını təşkil edən bu tamaşa növündə qaravəlli tamaşalarından fərqli olaraq şit və kobud zarafatlara daha çox yer verilir.El-oba oyunu, xalq tamaşası / Tərtib edən E.Aslanov. – Bakı, İşıq, –1984, s. 137
Meydan tamaşaları əsas etibarilə şəhər meydanlarında keçirilməsi baxımından şəhər folklor mühitini əhatə edir ki, bu tamaşalarda bu kimi davranış formullarını görmək olur.
Lətifələrdə
Şəhər mühitinə aid lətifələrdə də davranış formulunun kiçik janr olaraq işarələnən nümunələrini görmək olur. Zarafatlaşma, dolama, hətta cırnatma kontekstində şəhərlə bağlı aşağıdakı Molla Nəsrəddin lətifəsinə lətifələrin səciyyəvi örnəyi olaraq nəzər yetirək: “Deyirlər ki, Molla birinci dəfə kənddən şəhərə gələndə şəhərin qalalarını, bürclərini görüb heyran-heyran baxırmış. Bunu görən məmurlardan biri Mollanı ələ salmaq məqsədilə yaxınlaşıb ondan soruşur: – Nə olub, a kişi!? Dəvə nalbəndə baxan kimi nə gözünü zilləyib baxırsan? Molla deyir: – Vallah, mən kənd adamıyam. Şəhərə birinci dəfədi gəlirəm. Baxıram ki, evlər, küçələr, bağlar, dükanlar, hər şey var. Özləri də çox gözəldilər. Amma, bax, şəhərin ora-burasından göyə dikələn bu şeylər nədi, başa düşə bilmirəm. Məmur yaxındakı bürclərdən birini göstərib deyir: – Niyə başa düşmürsən? Bunlar bizim şəhərin başının tükləridi, belə dik-dik durublar. Molla başa düşür ki, məmur onu ələ salır. Bir ona baxır, bir dönüb bürcə baxır, bilmir nə desin. Elə bu dəqiqədə şəhər hakimi beş-on adamla bürcün üstünə çıxıb ətrafa baxmağa başlayır. Molla məmura deyir: – Şəhərinizə sözüm yoxdu, amma belə ki mən görürəm, deyəsən şəhərinizin başını təmiz saxlamırsınız. Məmur soruşur: – Niyə? – Bir bax, gör, bir tükün üstünə neçə bit dırmaşıbMolla Nəsrəddin lətifələri (təkrar nəşr). Tərtib edən M.H.Təhmasib. – Bakı: Öndər nəşr, – 2004, s. 53
Bu mətndə davranış kodeksinin janr olaraq meydana çıxan ifadə tərzi kimi zarafatlaşmalar, dolamalar, cırnatmalar, atmacalar yer almaqla bərabər, eyni zamanda məlum olur ki, şəhər folklor mühiti yalnız məzmun etibarilə şəhərə aid olan nümunələri özündə cəmləmir, eyni zamanda ortaq mədəniyyət daşıyıcılığında şəhər stiuasiyasında meydana çıxan örnəkləri də səciyyələndirir. Burada artıq mətnlərin kontaminasiyası kənd-şəhər, şəhər-kənd mühitinin bağlılığında aşkarlanır və məkan statusu folklor arealını müəyyənləşdirərək məzmuna da təsir edir. Bu cəhətdən dinamik folklor örnəkləri mühit olaraq konkret məkana aid edilə bilir.
Meyxanalarda Şəhər mühitinin qabaqcıl xalq janrı kimi meyxana örnəklərində kiçik janrlar görünür. Meyxanalar əsas etibarilə Bakı əhatəsində meydana gəlmişdir.Tağısoy N. Zakariyya Z. Meyxanənin poetikası / N.Tağısoy, Z.Zakariyya. – akı: Çaşıoğlu, – 2011, s. 46 Bu baxımdan şəhər folklor mühitinə aid edilə bilər. Onu da qeyd edək ki, uzun illər meyxana folklor janrı hesab olunmasa da bu fikirlər yanlışdır. Çünki folklorun poetik strukturu bu iddiaları inkar edir. Şifahi xalq ədəbiyyatı şifahi söz sənəti olması etibarilə meyxananı da öz arealına alır. Bu barədə N.Tağısoy, Z.Zakariyya göstərirlər ki, meyxana folklor olmaqla, xalq təmsilçiləri tərəfindən yaradılan sənət deməkdir.Tağısoy N. Zakariyya Z. Meyxanənin poetikası / N.Tağısoy, Z.Zakariyya. – akı: Çaşıoğlu, – 2011, s. 66
Meyxanalar eyni zamanda satira və yumor əsasında daha qabarıq şəkildə diqqət çəkdiyindən bu örnəklərdə zarafatlaşmalar, dolamalar, cırnatmalar, atmacalar kifayət qədər çoxdur. Xüsusilə meyxana deyişmələrində xarakterik olaraq bu kimi janra çevrilən davranış formulu açıq müşahidə olunur. Böyük şair Ə.Vahid Bağır CabbarzadəTağısoy N. Zakariyya Z. Meyxanənin poetikası / N.Tağısoy, Z.Zakariyya. – akı: Çaşıoğlu, – 2011, s. 193 ilə deyişməsində bir bənddə demək olar ki, mövzumuzu əhatə edir: Dövlətin yedin, düşdün yoxsulluğa, Gir qəbirə, ölgünən biryolluğa, Ya rüşvət ver, yazdır özün qulluğa, Sən də get al rüşvətini, gülni vur!Meyxanalar. Oturmusan səmavərdən yuxarı. – Bakı, Yazıçı, – 1993, s. 211
Bu kontekstdə də kiçik janrlarla əlaqəli misraları aydın görmək olur: “Dövlətin yedin, düşdün yoxsulluğa” (atmaca (fərdi-sosial kontekst); “Gir qəbirə, ölgünən biryolluğa” (cırnatma və dolama (fərdi-ictimai kontekst); “Ya rüşvət ver, yazdır özün qulluğa, Sən də get al rüşvətini, gülni vur” (zarafat və atmaca, ictimai-siyasi kontekst). B.Cabbarzadə başqa bir deyişmədə cırnatma və atmacadan istifadə edir:
Gəl, bu nəsihətindən tullayalım bir yana, Qorxum odur ki, məni axır salasan qana. Möhtəkirə yüz desən gəlməyəcək imana, İşim olubdur fəğan, gəl, gəl, ay evi dağılmış!. Meyxanalar. Oturmusan səmavərdən yuxarı. – Bakı, Yazıçı, – 1993, s. 214
Kiçik janrlarla əlaqəli misralara bu bəndin iki misrasında rast gəlirik: “Gəl, bu nəsihətindən tullayalım bir yana” (cırnatma, fərdi-ictimai kontekst);