BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası () — Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) 154 dövlət tərəfindən imzalanıb. Katibliyi öncə Cenevrədə olsa da, 1996-cı ildə Bonna köçüb. Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minmişdir. "UN FCCC" həm də Almaniyanın Bonn şəhərindəki BMT Kampusunda ofisləri olan, konvensiyanın fəaliyyətinə dəstək verməklə məsul Katibliyin adıdır.
Çərçivə Konvensiyasının son məqsədi onun 2-ci maddəsində:"atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen [yəni insan səbəbli] müdaxiləsinin qarşısını alacaq səviyyədə sabitləşdirilməlidir" şəklində göstərilib. Müqavilə, ekosistemlərin iqlim dəyişmələrinə təbii şəkildə uyğunlaşmasına, qida istehsalının gücləndirilməsini təmin etməyə, iqtisadi inkişafın davamlı şəkildə davam etməsinə imkan verən davamlı elmi araşdırmalara və müntəzəm görüşlərə, danışıqlara və gələcək siyasət sazişlərinə çağırırdı.
1997-ci ildə imzalanmış və 2005–2020-ci illəri əhatə edən Kioto protokolu UNFCCC çərçivəsində tədbirlərin ilk icrası olmuşdur. Kioto protokolu 2016-cı ildə qüvvəyə minən Paris sazişi ilə əvəz olundu. 2022-ci ilə qədər UN FCCC-də 198 tərəfdar var idi. Onun ali qərar qəbuledici orqanı olan Tərəflər Konfransı (COP), iqlim dəyişmələri ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır.R. Stavins, J. Zou, et al., "International Cooperation: Agreements and Instruments." Chapter 13 in: Climate Change 2014: Mitigation of Climate Change. Contribution of Working Group III to the Fifth Assessment Report of the Intergovernmental Panel on Climate Change. Cambridge University Press, 2014. Əsas imzalayan dövlətlər öz fərdi öhdəliklərinə əməl etmədiklərinə görə, UNFCCC qəbul edildiyi gündən karbon qazı emissiyasını azaltmaqdakı yönündəki fəaliyyətindəki uğursuzluğu tənqid olunur..
Müqavilə imzalayan dövlətlərin üç kateqoriyası üçün müxtəlif məsuliyyətlər müəyyən edilib. Bu kateqoriyalar inkişaf etmiş ölkələr, xüsusi maliyyə öhdəlikləri olan inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrdir. Əlavə 1 ölkələri də adlandırılan inkişaf etmiş ölkələr əvvəlcə 38 dövlətdən, 13-ü demokratiyaya və bazar iqtisadiyyatına keçiddə olan Şərqi Avropa dövlətləri və Avropa İttifaqından ibarət idi. Hamısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) aiddirlər.
Əlavə I ölkələri istixana qazlarının antropogen emissiyalarını məhdudlaşdırmaqla iqlim dəyişmələrinin yumşaldılmasına dair milli siyasətlər qəbul etməyə və müvafiq tədbirlər görməyə, habelə ayrı-ayrılıqda və ya birlikdə 1990-cı il emissiya səviyyələrinə görə atılan addımlar haqqında hesabat verməyə çağırılır. Xüsusi maliyyə öhdəlikləri olan inkişaf etmiş ölkələr Əlavə II ölkələri adlanır. Demokratiyaya və bazar iqtisadiyyatına keçiddə olan ölkələr istisna olmaqla, bunlara Əlavə I-in bütün ölkələri daxildir. Əlavə II ölkələri Monreal protokolu ilə nəzarət olunmayan bütün istixana qazları üçün mənbələr üzrə emissiyalarının milli inventarlarını hazırlamaq və onların udma qurğuları vasitəsilə atılması öhdəliyinə əməl etmək istiqamətində inkişaf etməkdə olan ölkələrin çəkdiyi xərcləri ödəmək üçün yeni və əlavə maliyyə resursları təqdim etməyə çağırılır. Bundan sonra inkişaf etməkdə olan ölkələrdən öz inventarlarını UNFCCC katibliyinə təqdim etmələri tələb olunur.
UNFCCC, xüsusilə əsas beynəlxalq müqavilələrdəki (Kioto protokolu və Paris sazişi) çatışmazlıqlara görə tənqidlərlə üzləşib. Məsələn, Paris sazişinin iqlimlə bağlı məqsədlərinə çatmaq üçün effektivliyi müzakirə olunmasına baxmayaraq, əksər ekspertlər bunun qlobal temperatur artımını 1,5 °C-dən aşağı saxlamaq kimi daha iddialı məqsəd üçün yetərli olmadığını bildirirlər. Mümkün icra mexanizmləri, istixana qazları emissiyaları üçün tarixi məsuliyyət (iqlim ədaləti) və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi (məsələn, Yaşıl İqlim Fondu vasitəsilə) ətrafında müzakirələr aparılır.
İnkişafı İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) ilk qiymətləndirmə hesabatı 1990-cı ildə yaradıldı. Hesabatda bu günə qədər olan elmi konsensusun geniş icmalı verilmişdir. Hesabatda istiləşmənin sübutuna dair məsələlərin müzakirəsinə geniş yer verilmişdi. Müəlliflər insanların fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artdığına əmin olduqlarını bildiriblər. Bu da, Yer səthinin daha çox istiləşməsi ilə nəticələnir. Hesabat, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UN FCCC) yaradılmasına rəvac verib.
1992-ci il Konvensiya sazişi Konvensiyanın mətni 1992-ci il aprelin 30-dan mayın 9-dək Nyu-Yorkda Hökumətlərarası Danışıqlar Komitəsinin iclası zamanı hazırlanmışdır. Konvensiya 9 may 1992-ci ildə qəbul edilmiş və 4 iyun 1992-ci ildə Rio-de-Janeyroda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) imzalanmaq üçün açılmışdır (Yer Sammiti adı ilə məşhurdur). 12 iyun 1992-ci ildə 154 ölkə UN FCCC imzalandı, bu sənəd ratifikasiya edildikdən sonra imzalayanların hökumətləri "Yerin iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısının alınması" məqsədilə istixana qazlarının atmosferdəki konsentrasiyalarını azaltmağı öhdəsinə götürdü. Bu öhdəlik istixana qazları emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Konvensiyanın tərəfdarları iqlim dəyişmələri ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün 1995-ci ildən etibarən hər il keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfranslarında (COP) görüşürlər.
Konvensiyanın 3(1)-cü maddəsində deyilir ki,, in Tərəflər "ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar" əsasında iqlim sistemini qorumaq üçün hərəkət etməlidirlər və inkişaf etmiş ölkələr iqlim dəyişmələrinin həllinə "rəhbərlik etməlidirlər". 4-cü maddəyə əsasən, bütün tərəflər, məsələn, iqlim dəyişmələrinin yumşaldılması ilə bağlı ümumi öhdəlikləri öz üzərlərinə götürürlər., in 4-cü maddənin 7-ci bəndində deyilir:, in İnkişaf etməkdə olan ölkələrin Konvensiya üzrə öhdəliklərini nə dərəcədə səmərəli şəkildə yerinə yetirmələri inkişaf etmiş ölkələr tərəfindən maliyyə resursları ilə bağlı Konvensiya üzrə öhdəliklərinin effektiv şəkildə həyata keçirilməsindən asılı olacaqdır və texnologiyanın transferi, iqtisadi və sosial inkişafın və yoxsulluğun aradan qaldırılmasının inkişaf etməkdə olan tərəflərin birinci və əsas prioritetləri olduğunu tam nəzərə alacaqdır.
Ümumi məqsəd Çərçivə Konvensiyasının son məqsədi 2-ci maddədə: "atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyədə sabitləşdirilməsi" verilmişdir. Konvensiyanın 2-ci maddəsində, buna "ekosistemlərin iqlim dəyişmələrinə təbii uyğunlaşmasına, ərzaq istehsalının təhlükə altına düşməməsinə və iqtisadi inkişafın davamlı şəkildə davam etməsinə imkan vermək üçün kifayət qədər vaxt çərçivəsində nail olmaq lazım olduğu" verilmişdir.
Altı prioritet sahə İqlimin Yaxşılaşdırılması üzrə Fəaliyyət (ACE) 2015-ci ildə UNFCCC tərəfindən bu mövzuda "6 Maddə" başlığı ilə qəbul edilmiş bir termindir. Bu, konvensiyanın ilkin mətninin (1992) 6-cı maddəsinə istinad edir və altı prioritet sahəyə: təhsil, təlim, ictimai məlumatlandırma, ictimai iştirakçılıq, ictimaiyyətin məlumat əldə etməsi və bu məsələlər üzrə beynəlxalq əməkdaşlığa diqqət yetirilir. Vurğulanan bütün altı sahənin həyata keçirilməsi hər kəsin iqlim dəyişmələrinin yaratdığı problemləri dərk etməsi və həllində iştirak etməsi üçün əsas amil kimi müəyyən edilmişdir. ACE, hökumətləri təhsil və ictimai maarifləndirmə proqramları hazırlamağa və həyata keçirməyə, elmi, texniki və idarəedici kadrları hazırlamağa, informasiyaya çıxışı gücləndirməyə, iqlim dəyişmələri və onun təsirlərinin həllində ictimaiyyətin iştirakını təşviq etməyə çağırır. O, həmçinin ölkələri yaxşı təcrübə və öyrənilmiş sahələrin mübadilə yolu ilə və milli institutları gücləndirməklə bu prosesdə əməkdaşlığa daçağırır. Bu geniş fəaliyyət dairəsi xüsusi məqsədlərlə idarə olunur ki, bu da iqlimə uyğunlaşma və təsirlərinin yumşaldılması tədbirlərinin effektiv şəkildə həyata keçirilməsi və UN FCCC-nin son məqsədinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Əsas sazişlər və protokollar
Kioto protokolu thumb|Kioto protokolu tərəfdarları 1992-ci il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UN FCCC) genişləndirən beynəlxalq müqavilədir və iştirakçı dövlətləri ilə istixana qazları emissiyalarını azaltmağı öhdəsinə götürür. Kioto protokolu 11 dekabr 1997-ci ildə Yaponiyanın Kioto şəhərində qəbul edilmiş və 16 fevral 2005-ci ildə qüvvəyə minmişdir. 2020-ci ildə Protokola 192 tərəfdar dövlət (Kanada 2012-ci ilin dekabrından qüvvəyə minmiş protokoldan çıxdı) qoşulub.
Kioto protokolu UN FCCC-nin atmosferdə istixana qazlarının konsentrasiyalarını "iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyəyə" endirməklə qlobal istiləşmənin başlanğıcını azaltmaq məqsədini həyata keçirib (maddə 2). Kioto protokolu Əlavə A-da sadalanan yeddi istixana qazına: karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O), hidroftorkarbonlar (HFCs), perfluorokarbonlar (PFC), kükürd heksaflorid (SF6), azot trifluorid (NF3) tətbiq edilir. Doha raundunda ikinci uyğunluq dövrü üçün azot trifluorid də əlavə edildi.
Protokol ümumi, lakin fərqləndirilmiş öhdəliklər prinsipinə əsaslanırdı: o, ayrı-ayrı ölkələrin iqtisadi inkişaf sayəsində iqlim dəyişmələri ilə mübarizədə müxtəlif imkanlara malik olduğunu qəbul edir və buna görə də atmosferdəki istixana qazlarının hazırkı səviyyələrinə tarixən cavabdeh olduqlarını əsas götürərək, cari emissiyaları azaltmaq öhdəliyini inkişaf etmiş ölkələrin üzərinə qoyurdu.
Protokolun ilk öhdəlik dövrü 2008-ci ildə başlayıb və 2012-ci ildə başa çatıb. Birinci öhdəlik müddətində tam şəkildə iştirak edən 36 ölkənin hamısı Protokola əməl etmişdir. Bununla belə, doqquz ölkə digər ölkələrdə emissiyaların azaldılmasını maliyyələşdirməklə çeviklik mexanizmlərinə müraciət etməli oldu, çünki onların milli emissiyaları hədəflərindən bir qədər çox idi. 2007–2008-ci illərin maliyyə böhranı emissiyaları azaltdı. Ən böyük emissiya azalmaları keçmiş Şərq bloku ölkələrində müşahidə edildi, çünki Sovet İttifaqının dağılması 1990-cı illərin əvvəllərində onların emissiyalarını azaltdı. 36 inkişaf etmiş ölkə emissiyalarını azaltsa da, 1990-cı ildən 2010-cu ilə qədər qlobal emissiyalar 32% artıb.
Yaşıl İqlim Fondu thumb|Dayanıqlı İnkişaf Məqsədi 13 üzrə dünya xəritəsi Göstərici 13. A.1: Yaşıl İqlim Fondunun səfərbərliyi 100 milyard dollar dəyərində, 2018 BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 13 (SDG 13) UN FCCC ilə bağlı hədəfi ehtiva edərək, Yaşıl İqlim Fondunun necə istifadə olunacağını izah edir. 2030-cu ilə qədər əldə edilməsi nəzərdə tutulan SDG 13 çərçivəsində beş hədəfdən birində: "İqlim Dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının inkişaf etmiş ölkələr tərəfindən 2020-ci ilə qədər hər il 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədilə öhdəliyin həyata keçirilməsi, mənalı yumşaldıcı tədbirlər və icrada şəffaflıq kontekstində inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılaması haqqında müddəalara yer verilib.United Nations (2017) Resolution adopted by the General Assembly on 6 July 2017, Work of the Statistical Commission pertaining to the 2030 Agenda for Sustainable Development (A/RES/71/313 )
Paris sazişi