Nort Texas FK — Amerika futbol sisteminin üçüncü diviziyası sayılan ABŞ Birinci Liqasında çıxış edən peşəkar ABŞ futbol klubu. Klub MLS təmsilçilərindən olan "Dallas" klubunun ehtiyat komandası kimi fəaliyyət göstərir. Əsas komanda Texas ştatının Frisko şəhərində oynasa da, bu klub 2020-ci ildən etibarən Arlinqton şəhərində öz oyunlarını keçirir. Klub ev oyunlarını bir zamanlar "Texas Reyncers" beyzbol klubunun ev sahibliyi etdiyi Qloub Layf Park in Arlinqton stadionunda keçirir. Klub 2 noyabr 2018-ci ildə Birincli Liqanın qurucu üzvlərindən biri olaraq yaradılmışdır.
Tarixi 2 noyabr 2018-ci ildə "Dallas" klubu 2019-cu ildə yeni yaradılacaq futbol sisteminin üçüncü diviziyası sayılan ABŞ Birinci Liqasında çıxış etmək üçün bu klubu yaratdıqlarını açıqlamışdır. 6 dekabr 2018-ci ildə klub öz adının Nort Texas olacağını açıqlamış və klubun loqosunu təqdim etmişdir. Klub ilk mövsümündə heyətində "Dallas" klubunun gənc akademiya futbolçularının oynamasına baxmayaraq, liqanı çempion olaraq başa vurmuşdur. Həmçinin klub oktyabr ayında növbəti mövsümdə artıq "Dallas" klubunun ev oyunlarını keçirtdiyi Toyota stadionunda oynamayacaqlarını açıqlamışdır. Hal-hazırda klub amerikan futbolu komandası olan "Dallas Reneceyds" komandasının stadionu olan Qloub Layf Park in Arlinqton stadionunda ev oyunlarını keçirir.
Oyunçu və texniki heyəti Hal-hazırkı heyət
No.Möv.OyunçuMilliyət
Statistika və rekordlar Mövsümlər üzrə
MövsümUSL Birinci LiqasıPlay-offlarUS Open KubokuBombardirOyunçuQol sayı20192817565331561-ciÇempion iştirak etməyib * Ronaldo Damus162020167632719273-cüqalib gələ bilməyib iştirak etməyib * Ronaldo Damus5*MLS klublarından birinin ehtiyat komandası olduğu üçün ölkə kubokunda iştirak etmək hüququ yoxdur.
Baş məşqçi rekordları
AdMilliyətBaşlama tarixiBitmə tarixiOQBMVQBQQələbə%Erik Kill11 sentyabr 2018İndiyə qədər
Ortalama tamaşaçı sayı İl Adi mövsüm Play-offlar 2019 1,367 3,656
Uğurları USL Birinci Liqası Çempionatı Çempion: 2019 USL Birinci Liqası adi mövsüm Çempion: 2019
Oyunçu uğurları İlOyunçuÖlkəMövqeUğur2019Ronaldo Damus HaitiHücumçuQızıl Buts qalibiLiqanın əsas komandası2019Arturo Rodrigez MeksikaYarımmüdafiəçiAssist çempionuLiqanın əsas komandası2019Rikardo Pepi ABŞHücumçuLiqanın ikinci komandası2019Alfusayni Yatta QambiyaYarımmüdafiəçiLiqanın ikinci komandası
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ futbol klubları