İnfant Karl Mariya İsidro () () – İspaniya kralı IV Karlın ikinci oğlu, İspaniya infantı.

Həyatı Qardaşı VII Ferdinandın 1833-cü ildə ölümündən sonra İspaniya taxtına olan iddiasını irəli sürdü. Ancaq mərhum kralın körpə qızı İzabellanın tərəfdarları onun bu iddiasını qəbul etmədi və ölkəni idarə edən kortes birliyi 15 yanvar 1837-ci ildə İnfant Karl və onun övladlarının taxt hüququnu ləğv etdi. Buna baxmayaraq o və onun şəcərəsi XX əsrin ortalarına qədər İspaniya taxtı uğrunda taxt iddialarını davam etdirdilər.

Ailəsi 22 sentyabr 1816-cı ildə Madriddə bacısı qızı İnfanta Mariya Fransiska ilə evləndi. Cütlüyün bu evlilikdən 3 oğlu dünyaya gəldi.

Karlos Luiz de Burbon Xuan Karlos de Burbon Fernando de Burbon (1824-1861)

Xanımının vəfatından sonra, 20 oktyabr 1838-ci ildə digər bacısı qızı İnfanta Mariya Tereza ilə evləndi. Cütlüyün bu nigahdan övladı olmadı.

Mənbə

Ədəbiyyat Holt, Edgar. The Carlist Wars in Spain. Chester Springs, Pennsylvania: Dufour Editions, 1967. Moral Roncal, Antonio Manuel. Carlos V de Borbón. Madrid: Actas Editorial, 1999

İstinadlar

Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:İspaniya infantları