Dapanci () və ya çon təxsə toxu korumisi () — buxarda bişirilmiş toyuq növü. Çinin Sincan-Uyğur Muxtar Rayonuna aid məşhur bir yeməkdir.
Etimologiya Dapanci Çin dilində "böyük boşqab toyuğu" deməkdir. Yeməyin uyğur dilində olan adındakı çon () "böyük", təhsə () "süfrə", toxu () "toyuq", korumisi () isə "qızardılmış" deməkdir.
Tarix Yemək 1990-cı illərin ortalarında Çinin Sincan bölgəsində populyarlıq qazanmışdır. İddia edilir ki, yemək ilk dəfə Sıçuan bölgəsindən olan, çili bibərini toyuq və kartofla qarışdıran bir miqrant tərəfindən Şimali Sincanın Şavan şəhərində hazırlanmışdır. Yeməyin mənşəyinin Şavan olduğu düşünülsə də, başqa iddialar da mövcuddur. Bunlar arasında yeməyin Urumçi şəhərinə yaxın olan Çayvopu gölü yaxınlıqlarında bir xunanlı tərəfindən hazırlanması iddiası da var. Bəzilərinə görə, yemək ilk vaxtlarda bir neçə kiçik boşqabda verilirdi, lakin sonradan böyük bir boşqabdan istifadə olunmuşdur ki, yeməyin uyğur dilindəki adı buradan gəlir. Yemək Sincan yolları boyunca restorançılar tərəfindən yük maşını sürücüləri üçün hazırlanırdı. Dapanci tez bir zamanda bölgədə populyarlaşmış, daha sonra isə Çinin qalan hissəsinə yayılmışdır.
Tərkibi və hazırlanması Dapancinin içində olan əsas məmulatlar soğan, sarımsaq, zəncəfil, çili bibəri, üyüdülmüş cirə, Illicium verum, üyüdülmüş Sıçuan bibəri, xörək yağı, həmçinin istəkdən asılı olaraq soya sousu və pivə ilə bişirilmiş toyuq, bolqar bibəri və kartofdur.
Adətən sümüksüz olan toyuq hissələrə bölünür, ədviyyatlar və qaba doğranmış tərəvəzlərlə qovurulur və bulyonda qaynadılır. Yemək adətən lağman əriştəsi ilə verilir.
Yeməyin digər variantları Sincanda populyar olan nan çörəyi ilə verilə bilər.
İstinadlar
Kateqoriya:Uyğur mətbəxi Kateqoriya:Çin mətbəxi Kateqoriya:Toyuq qızartmaları