Türkmən eli, Türkmən torpağı və Turkomaniya (ərəbcə: توركمن إيلي) ya da Şərqi Türkməneli — İraqda bölgə adı. Türkmən eli əsasən İraq türkmənlərinin tarixi olaraq üstün əhali sayına sahib olduğu, türkmənlərin tarixi olaraq dominant olduğu geniş torpaqları ifadə etmək üçün istifadə olunan siyasi termindir. İraq-Türkiyə-Suriya sərhədində olan və çarpaz olaraq İran sərhədinə qədər uzanan bölgəni əhatə etməkdədir. Bölgənin şimal hissəsindəki şəhəri Kərkük türkmənlər üçün paytaxt hesab edilir.

Bölgənin bir sıra şəhərləri son dövlərlərdə kürdlərin sürətli məskunlaşmasına məruz qalmışdır. Nəticədə türkmənlərin paytaxtı hesab olunan Kərkük şəhəri də daxil olmaqla, Təlafər, Mosul (İraqın ikinci ən böyük şəhər), Tuzxurmatu və Mandalidə bu iki icma arasında münasibətlər kəskinləşmişdir.

Coğrafiya

Sərhədlər Bölgə İraq sərhədləri daxilində, Türkiyə-Suriya-İraq sərhədlərinin kəsiştiyi nöqtədən şimal-qərb-cənub-şərq istiqamətinə qədər yayılmışdır. Uyğun olaraq Təlafər, Mosul, Ərbil, Altınkörpü, Kərkük, Tuzxurmatu, Kifri, Qaratəpə, Hanekin, Diyala, Mendeli və Bədrəni əhatə edir, Bağdadın cənub-şərqində, İran sərhədində sonlanır. İraqı buradan bölən xətt və İraq türklərinin olduğu yer, eyni zamanda şimaldakı dağlıq kürd bölgəsi ilə cənubdakı ərəb bölgəsini bir-birindən ayıran bufer bölgə olaraq ifadə edilə bilər.

Təbii ehtiyatlar Türkmən eli zəngin təbii qaz, neft və kükürd yataqlarına sahibdir. Bununla yanaşı, iqlim və torpaq buğda və pambıq üçün çox uyğundur.

Tarix Uilyam Qutrie tərəfindən yaradılan, 1785-ci il tarixli xəritədə "Turcomania" (Türkmən eli) ifadəsi bölgəyə verilən ada dair aşkarlanan ən qədim yazılı qaynaqlardandır.

İngilis işğalı zamanı bölgənin qubernatoru olan V. R. Hay bölgə ilə əlaqəli yazdığı kitabda türkmənlərin İraqda dağınıq olaraq deyil, bölgəsəl formada məskunlaşdırlarını müəyyən etmiş və bu ifadələri qeyd etmişdir:

Liam Anderson və Qaret Stansfildə görə, "Turkomaniya" ifadəsi "Türkmən eli" ifadəsinin anqlolaşdırılmış versiyasıdır.Anderson, Liam; Stansfield, Gareth (2009), Crisis in Kirkuk: The Ethnopolitics of Conflict and Compromise, p. 56, University of Pennsylvania Press, ISBN 0812206045

Əhali Müxtəlif qaynaqlara görə, bölgədə yaşayan türkmənlərin sayı 2.5 milyon ilə 3.5 milyon arasında dəyişməkdədir.

Siyasət 2010-cu il İraq ümumi seçkilərində İraq milli məclisinə Mosul, Kərkük və Səlahəddin bölgələrindən 10 türkmən millət vəkili seçilmişdir.

Muxtar bölgə olma perspektivi

Xəlil Osmana görə bir çox türkmən siyasi qruplaşmalarının türkmənləryaşayan bölgələrdə onlara muxtariyyətin verilməsi ilə bağlı planları vardır. Məsələn, bir mübahisəli təklifə görə İraqın şimal-qərbindəki Nineviya əyalətinə daxil olan Təlafərdən Kərkük əyaləti və İraqın şimal-mərkəz bölgəsindəki Səlahəddin əyalətindən Tuzxurmatu bölgəsi boyunca Mandaliyə (Bağdadın şimal-şərqindəki Diyala əyalətinə daxildir) doğru Türkmən muxtar bölgəsi yaradılmalıdır.

Vahram Petrosyan bildirirdi ki, İraq Türkmən Cəbhəsinin irəli sürdüyü Türkmən elinin tanınması ideyası kürdlərlə türkmənlərin arasında münaqişəyə səbəb ola bilər.

2016-cı ildə Vassim Bassem bildirdi ki, Təlafərdəki türkmənlər burada özlərinin müstəqil bölgələrini qurmaq istəyirlər. Onların bu istəklərini səsləndirmələri xristian və yezidilər üçün yeni əyalətlərin yaradılması tələblərinin səsləndirilməsi ilə eyni vaxta təsadüf etmişdi.

2017-ci ilin 17 iyulunda Bağdadda "Birləşmiş İraqda türkmənlərin gələcəyi" adı altında keçirilən sammitdə türkmənlər Təlafər və Tuzxurmatunun muxtar türkmən bölgəsi olmasını və Kərkükə "xüsusi status" verilməsini tələb etdilər.Iraqi Turkmen to propose "special status" for Kirkuk , Anadolou Agency Sammit də həmçinin, İraq hökumətindən türkmən silahlı qruplaşması olan Haşd əl-Şabiyə silah-sursat verilməsi istənilmişdi.Iraq meeting tackles Turkmens' future in post-Daesh era , Anadolou Agency

Qalereya

Həmçinin bax İraq Türkman Cəbhəsi

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:İraq türkmanları Kateqoriya:İraq coğrafiyası Kateqoriya:Mədəni vilayətlər Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Türk mənşəli toponimlər