Sayur ( ; ) ― Türkiyədən başlayaraq Suriya ərazisində Fərat çayına tökülən uzun çay. Sayur Suriyada Fərat çayına qovuşan üç çaydan ən kiçiyi və sağ sahilində Fərata qovuşan yeganə çaydır. Sayur hövzəsində məskunlaşılma Alt plaeolit dövründə başlamışdır və bu günə qədər davam edir.
Xüsusiyyətləri Sayur çayı -i Türkiyə, -i isə Suriya ərazisində olmaqla uzunluğundadır. Çay Qaziantepin cənubunda birləşən iki axınla qidalanır. Buradan başlayan Sayur Suriya-Türkiyə sərhədini keçənə qədər cənub-şərqə doğru axır. Daha sonra çay Fərata tökülənə qədər onu sağ sahili boyu təxminən şərq istiqamətində davam edir. Çayın orta su sərfi saniyədə 4,1 kub metrdir. Maksimum su sərfi saniyədə 7 kub metr olmaqla fevral və mart aylarında, minimum isə saniyədə 1,4 kub metr olmaqla iyun-oktyabr aylarında qeydə alınır. Sayur Suriya ərazisində Fərata tökülən üç çayın həm uzunluğuna, həm də su sərfinə görə ən kiçiyidir. Sayur eyni zamanda Suriya ərazisində Fərat çayının sağ sahilindən ona tökülən yeganə çaydır.
Çay hövzəsi Sayur çayının hövzəsinin ümumi sahəsi 2 042 kvadrat kilometrdir. Çay hövzəsinin xüsusilə Suriyadakı hissəsi - Mənbic düzənliyi yaxşı öyrənilmişdir. Bu ərazi şimaldan Suriya-Türkiyə sərhədi ilə əhatə olunur və cənubda Mənbicə qədər uzanır. Çay hövzəsinin qərb hissəsində münbit qırmızı-qəhvəyi torpağa sahib düzənlik ərazilərə rast gəlinir və bu ərazilər əkinçilik üçün əlverişlidir. Şərqə doğru düzənliklər çoxsaylı vadilər tərəfindən parçalanaraq ərazinin bu hissələrini məskunlaşma və əkinçilik üçün daha az uyğun edir. Mənbic düzündə kontinental iqlim hakimdir. Əraznin orta temperaturu yanvar ayında , iyul ayında isə olur. İllik orta yağıntı miqdarı -dir. Bu gün ərazinin böyük bir hissəsi becərilsə də, paleobotanik, iqlim və bitki örtüyü tədqiqatları hövzənin bitki örtüyünün insan fəaliyyəti üçün maneə olduğunu göstərir.
Tarix Aşel dövrünə aid daş abidələr Sayur hövzəsində insanların hələ Alt paleolit dövründən məskunlaşdığını göstərir. Ərazidə həmçinin Orta Paleolit dövrünə aid əsərlər də tapılmışdır.
İqtisadiyyat Həm Türkiyə, həm də Suriya Sayur çayının suyunu suvarma məqsədi ilə istifadə edirlər. 19-cu əsrdən bəri çayın hövzəsində, xüsusilə də bölgənin qərbində, daha münbit hissəsində məskunlaşma və əkinçilik durmadan artmışdır. Ərazidə mühərrikli nasosların tətbiqi nəticəsində bir çox quyunun quruması yeraltı suların səviyyəsinin xeyli azalmasına səbəb olmuşdur.
Türkiyə, Sayuru meydana gətirən iki axından biri olan Ayfınar üzərində Kayacık bəndi inşa etmişdir. yüksəkliyindəki bənd səthinin sahəsi 11 kvadrat kilometr olan su anbarı yaradır. Hələb şəhərindən axan çirkab suyunun bir hissəsi Sayur çayının hövzəsinə axıdılır. Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Hələb mühafəzəsi Kateqoriya:Türkiyə çayları Kateqoriya:Suriya çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları