Künduz vilayəti (, ) — Əfqanıstan İslam Respublikasının vilayətlərindən biri.
Vilayətin sahəsi 8.040 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 900.3 min nəfər, inzibati mərkəzi Künduz şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən ibarətdir. Vilayət inzibati cəhətdən Əliabad, Ərçi, Çahardərə, İmam Sahib, Xanabad, Künduz və Qalayi Zal rayonlarına ayrılır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Əfqanıstan vilayətləri Kateqoriya:1964-cü ildə yaranmış dövlətlər və ərazilər