Hörümçək-adam — Marvel Comics-in eyniadlı personajına əsaslanan və 1981-1982-ci illərdə yayımlanmış ABŞ animasiya serialı."Spider-Man on TV". IGN. Ziff Davis. Retrieved September 9, 2010 Serial ikinci Hörümçək-adam cizgi serialı olub, 1967-1970-ci illərdə yayımlanmış cizgi serialının davamıdır.Perlmutter, David (2018). The Encyclopedia of American Animated Television Shows. Rowman & Littlefield. pp. 574–580. ISBN 978-1538103739.
Məzmun Cizgi serialı, öz bacarıqları ilə cinayətkarlara qarşı mübarizə aparan və universitetdə təhsil alan Piter Parker adlı tələbə haqqındadır. O həmçinin Daily Bugle-də fotoqraf kimi işləyir və xalası Mey ilə birgə yaşayır.
Səsləndirənlər Ted Şkuortz - Hörümçək-adam/Piter Parker Cek Encl - Doktor Donald Bleyk, Men Mountin Marko, Moi ("Pis üçbucaq") Li Beyli - Robbi Robertson Uilliam Boyitt - Çəkicbaş Uolli Börr - Sem Blok Kori Böron - Kərtənkələ Filip L. Klerki - Saydvayndr/Vəhşi Uilli Uilson ("Saydvayndr tətili") Ricis Kordik - Sirk ustası, Professor Cizmo Henri Korden - Doktor Naymann Relf Ceyms - Doktor Dum, Qoron Piter Köllin - Qırmızı Kəllə, Kaskadyor/Cek Rayvn ("Pis üçbucaq") Brayn Kömminqs - İmpayr Dövlət Universitetinin direktoru ("Nyu-York şəhərinin siçantutanı"), General ("Nyu-York şəhərinin siçantutanı") Ceff Devid - Nifilia/Doktor Bredli Şau Layn Conson - Bələdiyyə başçısı ("Şikayət") Morqan Loftinq - Mey xala, Qara pişik Muna Merşell - Betti Brent, Rodeo Qız ("Saydvayndr tətili"), Oğlan Viktor Von Dum ("Əzab topu") Cek DiLion - Ovçu Kreyvn George DiCenzo - Kapitan Amerika, Sehrbaz Uolker Edmiston - Maqnit Ron Finberq - Oğru pişik ("Arsen və Mey xala") Brayn Föld - İohann, Gənc Zənginlər ("Əzab topu"), Gənc Viktor von Dum ("Əzab topu") Linda Qeri - Kolin ("Arsen və Mey xala") Böster Cons - Hərəkətli müəllimə Sten Cons - Doktor Osminoq, Kralpin Les Lempson - Şloker ("Pis üçbucaq") Con H. Meyr - Buqələmun, Serjant Polis ("Arsen və Mey xala") Don Messik - Quzğun, Kələf Eduards ("Quzğun endi") Örlin Miller - Ka-Zar Vik Pörrin - Sub-Meriner, Kiser Sesöra Toni Popi - Boris Riçard Remos - İxtiraçı/Coşua ("Möhtəşəm kiçilmə") Cini Ross - Lerri ("Pis üçbucaq") Nil Ross - Yaşıl Qoblin/Norman Osborn, Maykl ("Gerisayma") Maykl Ray - Misterio Merilayn Şkreffer - Selli Enn Biumont ("Qumadam gəlir") Ceri Sicer - Conni Qriffon ("Hörümçək-adamı öldürməyə maraq"), Ev sahibi ("Pis üçbucaq") Maykl Şihen - Mötaymer Con Stefenson - Doktor Norton Endri Stocka - Qumadam, Professor Hiqins B.C. Uord - Nemorita, Meduza Paul Uinçell - Silvermane, Ben əmi Uilyam Uodson - Cey Cona Ceymson, Professor Donaldson ("Quzğun endu"), Doktor İvirett ("Wrath of the Sub-Mariner")
Qeyd: Nil Ross Norman Osborn / Hörümçək-adam 1994 serialı üçün Yaşıl Qoblin rolunu təkrar canlandırdı.
Uolter S. Börr cizgi serialın səs rejissoru idi.
İstehsal Serial DePatie–Freleng Enterprises-in varisi Marvel Productions-un başlanmasına yaradılıb. Bu studiya əvvəllər Yeni Möhtəşəm Dörd və Hörümçək-qadın animasiya seriallarını istehsal etmişdir (hər iki serialda Hörümçək-adam görünür).
Yayım və nəşrlər 26 seriyanın hər birinin DVD-si 4 DVD üzərindən Clear Vision tərəfindən nəşr olunmuşdur. Digər Hörümçək-adam DVD nəşrlərilə qarışıqlıq yaranmaması üçün Clear Vision bu serialın DVD cildini "Hörümçək-adam 5000" adı altında buraxmışdır.
"Heyrətamiz dostlar"-da olduğu kimi, serial daha sonra 1980-ci ildə Marvel Ekşn Kainatı-nın 90 dəqiqəlik hissəsi kimi təkrar yayımlanmışdır və bir sindikasiya serialı kimi yeni və klassik Marvel istehsalı animasiya ödənişi üçün bir platforma kimi istifadə olunmuşdur (yeni proqramlaşdırma RoboKop: Animasiya serialı, Dino-sürənlər və bəzi hallarda İks-adamların qüruru potensial animasiya serialı İks-adamlar üçün süjet yayımı kimi xidmət etmək niyyətində idi). Cizgi serialı sonuncu dəfə, yəni 1998-ci ildə digər Marvel serialları kimi UPN Kids Action Zone blokunun bir hissəsində nümayiş olundu.
2008-ci ildə Marvel hüquqları əldə etməzdən əvvəl, Serialların bütün hüquqları Disneyə məxsus idi. Hal-hazırda ABŞ və ya başqa ölkələrdə DVD nəşrinin planlaması yoxdur.
Kanadadakı Morningstar Entertainment "Hörümçək-adam Quzğuna qarşı" adlı setdə "Quzğun endi" seriyasını DVD-də buraxmışdı. Set, Spider-Man 1967 serialının hər iki seriyasını ehtiva edir. Morningstar həmçinin "Möhtəşəm Dörd Doktor Duma qarşı" setində "Dumun qanunu" seriyasını DVD üzərindən buraxmışdır, həmçinin "Arsen və Mey xala" seriyası "Heroes" qutu dəstində buraxılmışdır. Bütün Morningstar DVD-ləri 1985-ci ildə Marvel Video Kitabxana seriyası çərçivəsində Prism Video tərəfindən çıxarılan VHS / Betamax nüsxələrindən mənimsənilib
Serial Disney+ və Netflix üzərindən yayımlanır.
İstinadlar
Xarici Keçidlər
Hörümçək-adam 1981 cizgi serialı Toon Zone-da Kateqoriya:Animasiya serialları Kateqoriya:Nyu-York şəhəri haqqında teleseriallar