Luzinyanlar () — fransız mənşəli kral sülaləsi. Sülalə orta əsrlər dövründə, XII–XV əsrlərdə Yerusəlim, Kipr və Kilikiya krallıqları da daxil olmaqla, Avropa və Levantda bir neçə knyazlığı idarə etmişdir. Luzinyanların İngiltərə və Fransada da böyük nüfuzu mövcud idi.
Sülalə XX əsrin əvvəllərində Fransanın qərbində yerləşən Luzinyan şəhəri yaxınlığındakı Puatuda meydana gəlmişdir. XI əsrin sonunda sülalə artıq bölgədəki ən görkəmli kiçik qraflara çevrilmişdi. XII sonlarında evlilik və miras yolu ilə sülalənin bir qolu Yerusəlim və Kipr krallıqlarını idarə etməyə başlamışdır. XIII əsrin əvvəllərində sülalənin əsas qolu Marş və Anqumua bölgələrində hakimiyyətə gəlmişdir.
Latın şərqindəki səlibçi krallar olaraq onlar qısa müddətdə Kilikiya çarlığının Hetumi hökmdarları ilə əlaqələr qurmuşdular. Onlar beləliklə, XIV əsrin ortalarında evlilik yolu ilə çarlığın hakimiyyətini ələ keçirmişdilər. Sülalənin Kilikiya qolu Məmlük işğalından sonra Fransaya qaçmışdır.The Advocate: America's Jewish Journal, Volume 44. 21 December 1921 p. 628
Sülalənin iddiaları daha sonra Kipr qolu tərəfindən alınmışdır, lakin onlar da bir müddət sonra uğursuz olmuşdur. Krallıq XV əsrdə Venesiya Respublikası tərəfindən ihlaq edilmişdir.
İstinadlar
Əlavə oxu
Louis de Mas Latrie, Histoire de l'île de Chypre sous les princes de la maison de Lusignan (Paris, 1852-1853) W. Stubbs, Lectures on Medieval and Modern History (3rd ed., Oxford, 1900)
Kateqoriya:Luzinyanlar Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Tarixi Avropa monarxiyaları