Viktor Pavloviç Obnorski (; ) — Rusiya inqilabçısı.

Həyatı Viktor Pavloviç Obnorski 23 noyabr 1851-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasındakı Qryazovetsdə anadan olmuşdur. O, 1871–1872-ci illərdə Peterburqda fəhlə dərnəklərinin yaradılmasında iştirak etmişdir. Obnorski 1873-cü ildən gizli fəaliyyətə keçmiş, bir müddət London, Paris və Cenevrə şəhərlərində yaşamışdır. O, "Rus fəhlələrinin Şimal ittifaqı"nın təşkilatçılarından və proqramın müəlliflərindən idi. Obnorski 1879-cu ildə olunmuş, 10 il katorqa cəzasına məhkum edilmişdir. O, 1909-cu ildən Kuznetsk şəhərində (indiki Novokuzentsk) polisin nəzarəti altında yaşamışdır. Oktyabr inqilabına şahid olan Obnorski 17 aprel 1919-cu il tarixində, 67 yaşında, müvəqqəti Rusiya dövlətinin Tomsk şəhərində vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Невский В. И. История РКП(б). Краткий очерк. — Репринт 2-го издания 1926 г. "Прибой". — Санкт Петербург: Новый Прометей, 2009. — 752 с. — 1000 экз. — ISBN 978-5-9901606-1-3. Левицкий В. Виктор Обнорский — основатель Северного Союза русских рабочих. — М.: Изд-во Всесоюзного общества политкаторжан и ссыльно-поселенцев, 1929. Е. М. Жуков Гл. редактор. Обнорский Виктор Павлович // Советская историческая энциклопедия. — Москва: издательство "Советская энциклопедия", 1967. — Т. 10 НАХИМСОН-ПЕРГАМ. — С. [396–397] (стб. 1040 с илл. и карт.). — 59 500 экз. Егоров, Василий Александрович. Обнорский Виктор Павлович. — Вологда: Книжное издательство, 1962. — 30 с.

Kateqoriya:Rusiya inqilabçıları