Sergey Vladimiroviç Obraztsov (; ) — Rusiya-sovet teatr xadimi, aktyoru və rejissoru, SSRİ xalq artisti (1954), Sosialist Əməyi Qəhrəmanı (1971), SSRİ Dövlət mükafatı laureatı (1946).
Həyatı Sergey Vladimiroviç Obraztsov 5 iyul 1901-ci il tarixində Rusiya imperiyasının Moskva quberniyası ərazisində yerləşən Moskva şəhərində anadan olmuşdur. O, Vladimir Obraztsovun oğludur. Obraztsov 1922–1930-cu illərdə Moskva Bədaye Teatrı musiqi studiyasının, 1930–1936-cı illərdə İkinci Moskva Bədaye Teatrının aktyoru olmuşdur. O, 1920-ci ildə ilk dəfə kuklalarla çıxış etmiş, 1930-cu illərin ortalarında estrada artisti kimi məşhur olmuşdur. Obraztsov 1931-ci ildən Dövlət Mərkəzi Kukla Teatrına rəhbərlik etmişdir. Onun uşaqlar üçün tamaşaları: "Kaştanka" (1935, Y. Speranski), "Ələddinin çırağı", "Balaca pələng Petrik" (1940, 1965, N. Gernet), "Mister Tvister" (1961, S. Marşak); böyüklər üçün tamaşaları: "Qeyri-adi konsert" (1946), "Şeytan dəyirmanı" və "İlahi komediya" (1953, 1961, İ. Ştok), "Danışır və göstərir Mərkəzi Kukla Teatrı" (1973), "Çar Saltan nağılı" (1974, A. Puşkinin əsəri üzrə), "Əjdaha" (1980, Y. Şvarts), "Don Juan 81" və s. Obraztsov 1956-cı ildən rejissor və ssenarist kimi kinoda da fəaliyyət göstərmişdir. O, 1957-ci ildən Beynəlxalq Kuklaçılar İttifaqının vitze-prezidenti, 1958-ci ildən isə bu ittifaqın SSRİ bölməsinin prezidenti olmuşdur. Obraztsov 1935-ci ildən (fasilələrlə) pedaqoji fəaliyyət göstərmişdir. O, 1973-cü ildən professordur. Obraztsov 8 may 1992-ci il tarixində, 90 yaşında Rusiyanın paytaxtı Moskva şəhərində vəfat etmiş, Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.
Təltif və mükafatlar Sergey Obraztsov 1946-cı ildə SSRİ Dövlət mükafatı ilə təltif edilmiş, 1954-cü ildə SSRİ xalq artisti, 1971-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 3 dəfə Lenin ordeni, 2 başqa orden və medallarla təltif edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Образцов П. А., Образцова Е. М. Необыкновенный Образцов. Хозяин кукольного дома и его семья. — М.: Эксмо, 2006. — ISBN 978-5-699-18351-7. Музей театральных кукол ГАЦТК имени С. В. Образцова. // Ред. Степанкова. — М.: Бук Хаус, 2005. — ISBN 5-98641-011-4. Театр кукол. — М.: Планета, 1981. Театру кукол С. Образцова и его творчеству посвящены статьи нескольких выпусков журнала "Наука и жизнь".
Xarici keçidlər
Страница об Образцове на сайте Московского государственного Центрального театра кукол им. С. В. Образцова Article about Obraztsov Могила на Новодевичьем кладбище Разумный В. А. Воспоминания современника о С. В. Образцове
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:Rusiya pedaqoqları Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Rusiya publisistləri Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:RSFSR xalq artistləri Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:"Lenin" mükafatı laureatları Kateqoriya:"Stalin" mükafatı laureatları Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya Teatr Sənəti Universitetinin müəllimləri Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:Rusiyanın teatr pedaqoqları