Futbol üzrə 3-cü Avropa çempionatı — final turniri 1968-ci il 5-10 iyun tarixində İtaliyada keçirilən futbol yarışı.

Bu turnirdə "Avropa Kuboku" adından imtina edib, "Avropa çempionatı" adına keçilməsi qərara alınmışdır. Çünki UEFA bu turnirdə Olimpiya sisteminin qarışıq sistemlə əvəzlənməsini məqsədəuyğun hesab etmişdir.

Yeni qaydalara görə milli yığmalar əvvəlcə 8 qrupda mübarizə aparır, bu qruplardakı komandalar öz aralarında evdə və səfərdə olmaqla iki görüş keçirirdilər. Sonra, yəni 1/4, 1/2 və finalda əvvəlki kimi "uduzan çıxır" sistemi dövrəyə girirdi. Qruplar formalaşdırılarkın ilk dəfə bu turnirdə "səpələmə" prinsipi tətbiq olunmuşdur. Səkkiz güclü millinin hər biri bir qrupun başında durmuşdur. Turnirdə ümumilikdə 31 komanda iştirak etmişdir.

SSRİ və İtaliya milliləri arasında keçirilən yarımfinal oyunu 0:0 hesablı bərabərliklə nəticələnmişdir. Qalibi püşkatma (dəmir pul atmaq) müəyyənləşdirmişdir. Püşkatma zamanı bəxt SSRİ millisinin kapitanı Albert Şesternyovdan üz döndərmişdir. Belə yüksək səviyyəli futbol turnirində bu cür püşkatma birinci və sonuncu dəfə olmuşdur.

İştirakçılar

Şəhərlər və stadionlar <center> {| class="wikitable" style="text-align:center" |- ! Neapol ! Florensiya ! Roma |- | San-Paolo | Stadio Kommunale | Stadio Olimpiko

| Tutumu: 72 800 | Tutumu: 47 000 | Tutumu: 86 500 |- | 150px | 150px | 150px |- !colspan="6" ||}

Seçmə mərhələsi oyunları

Seçmə mərhələsinin oyunları iki mərhələli keçirilmişdir: qrup mərhələsi (1966-cu ildən 1968-ci ilədək davam etmişdir) və 1/4 final oyunları (1968-ci ildə keçirilmişdir). Yeddi qrupda 4, bir qrupda isə 3 komanda mübarizə aparmışdır. Komandalar biri-biriləri ilə iki oyun (evdə və səfərdə olmaqla) oynamışlar. Yalnız qrup qalibləri təsnifatın sonrakı mərhələsinə adlaya bilmişlər.

1/4 final iştirakçıları da öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə olmaqla). Cütlüklərin qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar.

Komandaların heyətləri

Final turniri

1/2 final

* İtaliya püşk (dəmir pul atmaq) sayəsində finala çıxmışdır.

3-cü yer uğrunda oyun

Final

Finalın yenidən oynanılması

1968 Avropa çempionuBirinci titul

Bombardirlər 2 top Draqan Caiç 1 top Luici Riva Ancelo Domengini Pyetro Anastazi Ceff Hörst Bobbi Çarlton

Simvolik yığma komanda Q Dino Dzoff M Mirsad Fazlagiç M Caçinto Fakketti M Albert Şesternyov M Bobbi Mur Ym İvitsa Osim Ym Sandro Matssola Ym Ancelo Domengini H Ceff Hörst H Luici Riva H Draqan Caiç Mənbə: UEFA

İstinadlar

Xarici keçidlər Çempionatın hesabatı RSSSF saytında çempionatın statistikası UEFA Avropa çempionatlarının tarixi. 1968. İtaliya "Kattenaço" triumfu 1968: italyansayağı iş

Həmçinin bax

Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:İtaliyanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:1968-ci ildəki hadisələr Kateqoriya:1968-ci ildə İtaliya Kateqoriya:1967/1968 mövsümündə İtaliyada futbol Kateqoriya:1967/1968 mövsümündə Avropada futbol