Nəğməli inqilab (; ; ; ) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə.* Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür.Between Utopia and Disillusionment by Henri Vogt, p. 26 Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur.
Zəmin İkinci Dünya müharibəsindən sonra Baltikyanı ölkələr əvvəlcə 1940-cı ildə, daha sonra isə 1944-cü ildə işğal və ilhaqdan sonra tam şəkildə SSRİ-nin tərkibinə daxil edildi. Mixail Qorbaçov 1985-ci ildə uğursuz Sovet iqtisadiyyatını stimullaşdırmaq və xüsusilə də istehlak malları, kooperativ biznesin liberallaşdırılması və xidmət iqtisadiyyatının genişləndirilməsi sahələrində məhsuldarlığı təşviq etmək ümidi ilə "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətini tətbiq etdi. Qlasnost islahatı Sovet İttifaqında siyasi azadlıqlara qoyulan məhdudiyyətləri ləğv etdi, hansı ki bu məhdudiyyətlər 1940-cı illərdə müharibə zamanı işğal edilən ərazilərdəki qeyri-rus xalqlarında problemlərə gətirib çıxarmışdı.
Moskva hökuməti tərəfindən əvvəllər gizli saxlanılan və bu günə qədər bilinməyən məsələlər ictimaiyyətə qəbul etdirilirdi; bu da öz növbəsində Baltikyanı ölkələrdə narazılığa səbəb olmuşdu. Əfqanıstandakı müharibə və Çernobıldakı nüvə qəzası ilə birlikdə baş verən hadisələr ictimaiyyət arasında partlayışa səbəb oldu və şikayətlər siyasi cəhətdən həlledici bir şəkildə dilləndirilməyə başlandı. Estoniyalılar fosfat mədənçiliyi kimi böyük Sovet inkişaf layihələri üzərində işləmək üçün xarici etnik qrupların üzvlərinin axın etməsinin milli kimliklərinə qarşı yaratdığı demoqrafik təhlükədən narahat idilər.Estonia and the Estonians, Toivo U. Raun, Hoover Press, 2001, p. 223
Qərbdəki mühacir icmaları ilə, həmçinin, xüsusən də Estoniyada Finlandiya ilə qeyri-rəsmi əlaqələrin yaradılması və Qərb həyat tərzini əks etdirən fin telekanallarına çıxışın əldə edilməsi də Sovet sisteminə qarşı narazılıqların artmasına gətirib çıxardı. 1980-ci illərin sonlarına doğru müxaliflər, millətçilər, dini icmalar və adi istehlakçılara qarşı təzyiqlər əhəmiyyətli dərəcədə azaldığından kütləvi nümayişlərin keçirilməsinə də imkan yaranmışdı.
Sovet rejiminə qarşı kütləvi nümayişlər, rejimin geniş şəkildə liberallaşdırılmasının milli həssaslıqları nəzərə almamasından sonra başladı. Moskva ümid edirdi ki, söz azadlığı və milli emblemlerə (məsələn, 1940-cı ilə qədərki yerli bayraqlara) qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, qeyri-rus xalqları SSRİ-nin tərkibində qalacaq. Ancaq vəziyyət o dərəcədə pisləşdi ki, 1989-cu ilə qədər xalqların Sovet İttifaqından tamamilə azad edilməsinə yönəlmiş kampaniyalar başladı.
Estoniya Sovet hökumətinin ətraf mühit və cəmiyyət üçün potensial fəlakətli nəticələri olan Lyaene-Virumaa vilayətində fosforit istehsal etmək planı 1987-ci ilin fevral ayında ortaya çıxmışdı. Bu plan Fosforit Müharibəsi ictimai ekoloji kampaniyasının başlamasına səbəb oldu.Phosphorite War Estonica. Ecyclopaedia about Estonia 23 avqust 1987-ci ildə, Molotov-Ribbentrop paktının ildönümündə həmin paktın yayımlanması üzrə Estoniya Qrupu () Tallinin Qədim Şəhər (Vanalin) rayonunda Hirvepark görüşü keçirərək Sovet hökumətindən məxfi protokolun açıqlanmasını və tənqid edilməsini tələb etdi.
Alo Mattiyzenin "Beş Vətənpərvər Mahnı" adlı silsilə əsərləri 1988-ci ilin mayında Tartu Pop Festivalında nümayiş olundu. İyun ayında Tallində Qədim Şəhər Festivalı keçirildi və festivalın rəsmi hissəsindən sonra iştirakçılar Mahnı Festivalı Meydanına gedərək birlikdə vətənpərvər mahnılar oxumağa başladılar. Mattiyzenin "Beş Vətənpərvər Mahnı"sı 26-28 avqust 1988-ci ildə Tallində keçirilən Rok Yay Festivalında yenidən ifa edildi. Sentyabrın 11-də Mahnı Festivalı Meydanında Estoniya Mahnısı Festivalı keçirildi. Estoniya İrsi Cəmiyyətinin sədri Trivimi Velliste ilk dəfə olaraq müstəqilliyi bərpa etmək arzusunu dilə gətirdi. 1988-ci il noyabrın 16-da Estoniya Ali Soveti Estoniyanın Suverenliyi haqqında Bəyannaməni qəbul etdi. 23 avqust 1989-cu ildə isə iki milyon insanın iştirak etdiyi, Baltik yolu adlanan insan zənciri Tallindən Vilnüsə qədər uzandı.
Nəğməli inqilab çoxsaylı etirazlar və müqavimətlərlə birlikdə dörd ildən çox davam etmişdir. 1991-ci ildə Sovet tankları müstəqillik yolunda irəliləyişi dayandırmağa çalışarkən, Estoniya Ali Soveti Estoniya Konqresi ilə birlikdə müstəqil Estoniya dövlətinin suverenliyinin bərpa olunduğunu bəyan edərək Sovet qanunvericiliyini rədd etdi. Əhali radio və televiziya stansiyalarını Sovet tanklarından qorumaq üçün insan qalxanı kimi sipər olmuşdular. Bu hərəkətlərlə Estoniya heç bir qan tökülmədən müstəqilliyini bərpa etdi.State of World Liberty
Müxtəlif siyasi partiyalar arasında razılaşma əldə edildikdən sonra 1991-ci il 20 avqust axşamı gec saatlarda müstəqillik elan edildi. Estoniya televiziyasının yaydığı xəbərə görə, ertəsi gün Sovet qoşunları Tallin televiziya qülləsinə hücum etməyə cəhd etsələr də, uğursuz oldu.History of ETV (in Estonian) Həmin gün Moskvoda Boris Yeltsinin rəhbərlik etdiyi, demokratiya tərəfdarı olan kütləvi nümayişlər zamanı kommunistlərin sərt çevriliş cəhdi uğursuzluqla nəticələndi.
22 avqust 1991-ci ildə İslandiya Estoniyanın müstəqilliyini tanıyan ilk dövlət oldu. "İslandiya Meydanı 1" () adlanan ərazidə Xarici İşlər Nazirliyinin fasadında həmin hadisəni əks etdirən lövhə yerləşir. Lövhədə deyilir: "22 avqust 1991-ci ildə İslandiya Respublikası Estoniya Respublikasının müstəqilliyinin bərpasını tanıyan ilk dövlət oldu". Bu ifadə eston, island və ingilis dillərində həkk edilib. Bəzi digər ölkələr isə vaxtilə Estoniyanın Sovet İttifaqına birləşdirilməsini tanımamışdılar.
Latviya 200px|thumb|right|Sovet Ordusunun Latviya Parlamentinə daxil olmasının qarşısını almaq məqsədilə qurulan barrikadalar. Riqa, Yakob küçəsi, 27 iyul 1991-ci il. 1980-ci illərin ikinci yarısında, Mixail Qorbaçov SSRİ-də siyasi azadlığa qoyulan məhdudiyyətləri aradan qaldıran "qlasnost" və "perestroyka" siyasətlərini tətbiq edərkən, Sovet rejiminə qarşı olan nifrət üçüncü Latviya Milli Oyanış hərəkatının başlamasına təkan verdi.
1986-cı ildə ictimaiyyətə məlum oldu ki, SSRİ Latviyanın ən böyük çayı olan Dauqava çayı üzərində digər bir su elektrik stansiyası inşa etməyi planlaşdırır və Riqada metro tikilməsi haqqında qərar qəbul edilib. Moskva tərəfindən planlaşdırılan bu layihələrin hər ikisi Latviyanın mənzərəsinin, mədəni və tarixi irsinin məhvinə səbəb ola bilərdi. Mətbuatda jurnalistlər ictimaiyyəti bu qərarlara etiraz etməyə çağırırdılar. Əhali buna dərhal reaksiya verdi və buna cavab olaraq 28 fevral 1987-ci ildə Ətraf Mühitin Mühafizəsi Klubu quruldu. 1980-ci illərin ikinci yarısında Ətraf Mühitin Mühafizəsi Klubu bölgənin ən təsirli kütləvi hərəkatlarından birinə çevrildi və Latviyanın müstəqilliyinin bərpası üçün tələblər irəli sürməyə başladı.
1987-ci il iyunun 14-də, 1941-ci il deportasiyalarının ildönümü günündə hələ bir il əvvəl qurulan "Helsinki-86" insan hüquqları qrupu əhalini Azadlıq abidəsinə (1935-ci ildə ucaldılıb. Latviyanın müstəqillik simvoludur.) gül dəstələri qoymağa çağırdı. Həmin gün sonralar Milli Oyanışın başlanğıc tarixi olaraq göstərildi. Bununla belə, bu tarixin 1985-ci ildəki Latviya Mahnı və Rəqs Festivalı ilə başladığını da bəzən qeyd edirlər; belə ki, bu zaman festivalın əsas hissəsi bitdikdən sonra Haralds Mednisin dirijorluğu ilə "Gaismas pils" mahnısının xor qrupları tərəfindən ifa edilməsi tələb olunmuşdu. Azad Latviya xalqının yenidən doğulmasından bəhs edən və ümumilikdə festivalın əsas ünsürlərindən biri hesab edilən bu mahnı repertuardan çıxarılmış, Sovet rəsmilərinin sevmədiyi həmin dirijor isə festivalın bağlanış mərasimindən uzaqlaşdırılmışdı. Buna baxmayaraq, Riqa Televiziyasında canlı yayımlanan festivalın gedişində "Gaismas pils" mahnısının ifasına davam edilmişdi.
1–2 iyun 1988-ci ildə Yazıçılar Birliyinin qurultayı keçirildi. Qurultayın iclasında cəmiyyətin demokratikləşməsi, Latviyanın iqtisadi suverenliyi, SSRİ-dən immiqrasiyanın dayandırılması, sənayenin transformasiyası və latış dilinin qorunması kimi məsələlər Birliyin nümayəndələri tərəfindən müzakirə edildi. Bu qurultayın gedişində müharibədən sonrakı Latviyada ilk dəfə olaraq 1939-cu ildən sonra Latviyanın taleyini müəyyən edən Molotov-Ribbentrop paktının məxfi protokolu ictimaiyyət tərəfindən qəbul edildi. Yazıçılar Birliyinin qurultayı ictimai rəyi bir növ oyatdı və ümummilli dirçəliş prosesinə əlavə stimul verdi.
1988-ci ilin yayında dirçəliş dövrünün ən əhəmiyyətli iki təşkilatı – Latviya Xalq Cəbhəsi və Latviya Milli İstiqlal Hərəkatı birləşməyə başladı. Qısa müddət sonra daha radikal yönümlü Vətəndaşlar Konqresi Sovet rejiminin təmsilçilərinə tam olaraq itaət edilməməsi ilə bağlı çağırış etdi. Bu təşkilatların hamısının ortaq bir məqsədi vardı: demokratiyanın və müstəqilliyin bərpası. 7 oktyabr 1988-ci ildə Latviyanın müstəqilliyini və məhkəmə sisteminin qurulmasını tələb edən kütləvi ictimai nümayiş təşkil olundu. 8 və 9 oktyabr tarixlərində Latviya Xalq Cəbhəsinin birinci qurultayı keçirildi. 200 min üzvü cəlb edən bu təşkilat müstəqilliyə qayıdışın əsas carçısı oldu.
23 avqust 1989-cu ildə, Molotov-Ribbentrop paktının 50-ci ildönümündə hər üç Baltikyanı ölkənin Xalq Cəbhələri böyük bir birlik nümayiş etdirərək Baltik yolunu reallaşdırdılar. Riqadan keçməklə Tallindən Vilnüsə qədər uzanan 600 km (373 mil) məsafədə bir insan "zəncir"i yığılmışdı. Bu, xalqın Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etməsinə çağırışının simvolik nümayişi idi.
18 mart 1990-cı ildə Ali Sovetə yeni seçkilər keçirildi və burada müstəqillik tərəfdarları qələbə qazandı. 4 may 1990-cı ildə Latviya SSR Ali Soveti iki müharibə arası dövrdəki Latviya dövlətinin və 1922-ci il Konstitusiyasının bərpasına çağıran "İstiqlal Bəyannaməsi" adlı sənəd qəbul etdi.
1991-ci ilin yanvarında kommunist tərəfdarı olan siyasi qüvvələr Sovet hakimiyyətini bərpa etməyə çalışdılar. Güc tətbiq etməklə yeni məclisi devirmək cəhdləri edildi. Latviyalı nümayişçilər Sovet qoşunlarının strateji mövqeləri yenidən ələ keçirməsini dayandırmağı bacardılar və bu hadisələr "Barrikadalar zamanı" adı ilə tarixə keçdi.
19 avqust 1991-ci ildə Moskvada dövlət çevrilişi cəhdi uğursuz oldu və Rusiyada demokratiya tərəfdarı böyük nümayişlər səbəbiylə görkəmli sovet funksionerlərindən ibarət kiçik bir qrup hakimiyyəti yenidən əldə edə bilmədi. Bu hadisə Latviyanın sürətlə müstəqilliyə doğru getməsi ilə nəticələndi. Çevrilişin uğursuzluğundan sonra Latviya Respublikası Ali Soveti 4 may 1990-cı ildə elan edilmiş tam müstəqilliyə keçid dövrünün 21 avqust 1991-ci ildə sona çatdığını elan etdi. Beləliklə də, Latviya 17 iyun 1940-cı il işğalına qədər mövcud olan dövlətçiliyini tamamilə bərpa etdi.
Litva 200px|thumb|left|Mixail Qorbaçovun Litva səfərindən görüntü. Şyaulyay, 12 yanvar 1990-cı il. 200px|thumb|left|Rok Marşı festivalında əylənən uşaqlar. Vilnüs, 28 iyul 1988-ci il 1956-1987-ci illərdə Sovet rejiminə qarşı açıq ictimai müqavimət nadir hallarda baş verirdi. 1970-80-ci illərdə bu müqavimət daha inadkar hal aldı. Bunun bir nümunəsi 1972-ci il Kaunas hadisələri ola bilər. Həmin dövrlərdə bir çox məşhur müğənnilər öz repertuarlarında Bernardas Brazcionis və Yustinas Marsinkeviçius kimi millətçi şairlərin yaradıcılığına müraciət edirdilər. 1987-ci ildə Rok Marşı festivalı () da insanlar arasında bu mövzuda məlumatlılığı artırırdı.