Rüstəm Ələm oğlu Əhmədzadə (; ) — Azərbaycanlı futbolçu. "Zirə" klubunun və Azərbaycan milli komandasının hücumçusu.
Klub karyerası Rüstəm Əhmədzadə Ukraynanın Xmelnitski vilayətində anadan olub və 6 yaşında Kiyevə köçüb. Orada "Zirka Kyiv" klubunun akademiyasında həvəskar futbola başlayıb. 2017-ci ildə, U-19 komandasında çıxış etmək üçün Oleksandriya klubuna keçdi. Bir il sonra, 2018-ci ilin yanvarında "Kolos" klubuna transfer edildi.
2020-ci ilin fevral ayında Ukrayna İkinci Liqasında çıxış edən Podillya Xmeltinski klubuna ilə yarım illik icarəyə verildi. Amma, müddət bitdikdən sonra Rüstəm Kovalivka klubuna qayıtmadı və 2020-ci ilin iyulunda Əhmədzadə "Minay" ilə müqavilə imzaladı.
Əhmədzadə, 19 iyul 2020-ci il tarixində Metallurq Zaporojye ilə keçirilən və 2-1 məğlub olduqları matçda "Minay"ın heyətindı Ukrayna Birinci Divizionunda (Perşa Liqa) debüt etdi.
7 avqust 2020-ci ildə Kramatorsk klubu "Avanqard" ilə səfərdə 2-0 hesabı ilə bitən matçda, Ukrayna Birinci Divizionunda (Perşa Liqa) və "Minay"da ilk qolunu vurdu.
29 avqust 2021-ci ildə doğma meydanda Donetsk "Şaxtyor"u ilə keçirilən matçda, Yüksək Liqada ilk qoluna imza atdı. Matç 1-1 hesabı ilə başa çatmışdır.
15 dekabr 2021-ci ildə "Qarabağ", Rüstəm Əhmədzadə ilə 2026-cı ilin iyununadək müqavilə bağlayıb.
2022-ci ilin iyulundan etibarən 2022/2023 mövsümünün sonunadək icarə əsasında "Zirə"də çıxış edir. "Zirə"də ilk qolunu 23 noyabr 2022-ci ildə, Azərbaycan Kubokunda "Mingəçevir"ə qarşı səfər matçında vurub.
Milli komanda karyerası 2021-ci ilin mayında Azərbaycan millisinə çağırıldı. 2 iyun 2021 -ci ildə Belarusla 2-1 hesabı ilə başa çatan yoldaşlıq görüşündə Azərbaycan millisi ilə debüt etdi.
4 sentyabr 2021-ci ildə İrlandiyada keçirilən 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi matçı, Əhmədzadə üçün milli komanda karyerasında ilk rəsmi beynəlxalq matç kimi əlamətdar oldu. Görüşün 71-ci dəqiqəsində meydana daxil oldu və matç 1-1 hesabı ilə başa çatdı.
Uğurları
Klub "Minay"
Ukrayna Birinci Divizionu (Perşa Liqa) frameless|16x16px Qalib (1): 2019/20
Qarabağ FK Azərbaycan Kuboku frameless|16x16px Qalib (1): 2021-22 Azərbaycan Premyer Liqası frameless|16x16px Qalib (1): 2021-22
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Ukrayna azərbaycanlıları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları