Nimruz vilayəti (; ) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Etimologiya Vilayətin adı dəri və bəluc dillərində günün yarısı və ya ortası deməkdir, nim(نيم,yarı) və roz(روز,gün) sözlərinin birləşməsidir. Coğrafiyası Vilayətin sahəsi 41.005 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 148.5 min nəfər, inzibati mərkəzi Zərənc şəhəridir.
Əhalisinin etnik tərkibi Əhalisi əsasən bəluclardan, qismən puştunlardan, az sayda tacik və özbəklərdən ibarətdir. Vilayətdə əhalinin 61%-i bəluc dilində, 27%-i (39 kəndin əhalisi) puştu dilində, 10%-i dəricə və özbəkcə danışır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Əfqanıstan vilayətləri